Xaker, arxiv şəkli

Azərbaycan üzrə kiberhücumların sayı kəskin artıb

28
(Yenilənib 21:08 13.11.2020)
Son günlərdə Azərbaycanda "Facebook" istifadəçilərinin hesablarının bloklanması halları ilə bağlı müraciətlərin də sayı artıbSon günlərdə Azərbaycanda "Facebook" istifadəçilərinin hesablarının bloklanması halları ilə bağlı müraciətlərin də sayı artıb.

BAKI, 13 noyabr — Sputnik. Cəbhədə Ermənistanın genişmiqyaslı təxribatlarının başlandığı gündən, sentyabrın 27-dən etibarən Azərbaycan üzrə kiberhücumların sayı adi günlərlə müqayisədə 5-6 dəfə artıb. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, xarici ölkələrdən daxil olan zənglər, veb-kameraların sındırılması, router və modemlərə kütləvi hücumlar, xəbər saytlarına hücumlar, sosial şəbəkə hesablarının saxtalaşdırılması, fişinq hücumları, demək olar ki, hər gün üzləşdiyimiz düşmən təxribatlarıdır.

Son günlərdə Azərbaycanda "Facebook" istifadəçilərinin hesablarının bloklanması halları ilə bağlı müraciətlərin də sayı artıb.

Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti "Facebook" sosial şəbəkə istifadəçilərini hesablarının bloklanmasının və ya ləğv edilməsinin qarşısını almaq üçün aşağıdakı qaydalara əməl etməyə çağırır.

- Özünü başqa şəxs və ya təşkilat kimi qələmə vermək məqsədilə saxta hesabların yaradılması;

- Əqli mülkiyyət hüququnu pozan paylaşımların edilməsi;

- Şəxsi hesabdan biznes məqsədləri üçün istifadə edilməsi;

- Rəy və ya paylaşımların təkrarlanması, eyni anda həddindən artıq dostluq sorğularının göndərilməsi və ya qəbul edilməsi (Facebook tərəfindən spam kimi qəbul edilir);

- Süni yolla bəyənmə, izləyici və baxışların əldə edilməsi;

- Pornoqrafik xarakterli paylaşımların edilməsi (xüsusilə, uşaq pornoqrafiyası);

- Fiziki şəxslər arasında odlu silahların, spirtli içkilər və tütün məmulatlarının alışı və satışı;

- Narkotik vasitələrin və psixotrop maddələrin alışı və satışı;

- Şəxsin irqi və milli mənsubiyyəti, dini və siyasi baxışları, cinsi, cinsi oriyentasiyası, əlilliyi, xəstəliyi və digər hallarla bağlı zorakılığa və təhqirə yol verilməsi;

- Şəxsiyyətin alçaldılması, nifrətə çağırışlar, təhqir və böhtan xarakterli məlumatlar;

- İntihara sövq etmək;

- Sağlamlıq və ictimaiyyət üçün təhlükə yaradan paylaşımların edilməsi;

- Terrorizm və ya zorakılığın təbliği və təşviqi;

- Başqa şəxsin fərdi məlumatlarının icazəsiz paylaşılması;

- Qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədi ilə kiberdələduzluq fəaliyyəti;

- Başqasına məxsus sosial şəbəkə hesabının ələ keçirilməsinə cəhdlər;

"Facebook" hesabının bloklanmaması üçün nə etmək gərəkdir?

- "Facebook" sosial şəbəkəsindən istifadə şərt və qaydalarına əməl edin.

- "Facebook" hesabınızın bloklanmasına səbəb ola biləcək yuxarıda göstərilən hərəkətlərə yol verməyin.

- Başqalarına məxsus fərdi məlumatlardan istifadə etməklə saxta hesablar yaratmayın.

- Yayılması qanunla qadağan edilən məlumatları paylaşmayın.

- Müəlliflik hüququnu pozan, terrorizmə, zorakılığa və nifrətə təşviq edən paylaşımlar etməkdən çəkinin.

- Başqasına məxsus fərdi məlumatları onların icazəsi olmadan paylaşmayın.

- İnsanlarla ünsiyyət qurarkən təhqir, təhdid və ya digər xoşagəlməz ifadələrdən çəkinin. Şəxsi fikirlərinizi başqalarının hüquqlarını pozmayacaq şəkildə və qarşılıqlı hörmət çərçivəsində ifadə edin.

- Məhsul və xidmətlərin reklamı üçün biznes səhifələrindən istifadə edin.

- Rəy və paylaşımlarınızı təkrarlamayın, süni yolla bəyənmə, izləyici və ya baxış əldə etməyə çalışmayın.

- Bundan əlavə, "Facebook" qaydalarını pozan məzmunları (hesab, rəy, paylaşım, reklam və s.) rəy bildirmədən paylaşımın və ya hesabın sağ tərəfindəki üç nöqtəyə klik etməklə şikayət edin.

"Facebook" hesabı bloklandıqda nə etmək gərəkdir?

Əgər yuxarıdakı qaydaları pozmadığınızı və "Facebook" tərəfindən hesabınızın səhvən bloklandığını düşünürsünüzsə, aşağıdakı keçidə daxil olaraq "Facebook"un rəsmi müraciət formasını doldurun. https://www.facebook.com/help/contact/260749603972907.

Şəkildə göstərilən boş xanalara aşağıdakı məlumatları daxil edin:

1. Hesabınızı qeydiyyatdan keçirərkən istifadə etdiyiniz e-poçt ünvanı və ya mobil nömrənizi;

2. Hesabınızda göstərilən ad və soyadınızı ("Facebook"da olduğu kimi);

3. Şəxsiyyət vəsiqənizin aydın görünən şəkli (.jpeg formatında).

Daha sonra "Send (Göndər)" düyməsini sıxaraq müraciətinizi "Facebook"a göndərin.

Müraciət formasının doldurulması ilə bağlı hər hansı çətinliyiniz yaranarsa, www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.

28
Teqlər:
"Facebook", facebook, kiberhücum, Kiberhücumlar
Kaspersky Lab şirkətinin loqotipi, arxiv şəkli

Kaspersky gələcəyin proqnozunu verir - hücumlar daha dağıdıcı olacaq

21
(Yenilənib 13:36 25.11.2020)
Ehtimallara görə, müxtəlif ölkələrin hökumətləri konkret bir qrupun bu və ya digər bir hücumda iştirakı barədə daha ciddi bəyanatlar verəcəklər.

BAKI, 25 noyabr — Sputnik. "Kaspersky" şirkətinin mütəxəssisləri 2021-ci ildə mürəkkəb kibertəhdid mənzərəsinin necə dəyişəcəyinə dair proqnozlarını açıqlayıb.

Sputnik Azərbayan şirkətin məlumatına istinadla xəbər verir ki, APT-qruplar tərəfindən digər təcavüzkarların qurban şəbəkəsinə sızmaq üçün resurs satınalmasını əsas və ən təhlükəli tendensiyalarından biri kimi göstəriblər.

Məsələn, 2020-ci ildə fidyə proqramlarının təcavüzkarların adi, yüksək dərəcədə ixtisaslaşdırılmamış zərərli proqramlardan istifadə edərək sistemdə möhkəmlənməsinə yol açan çox sayda hədəf hücumu qeydə alınıb. Əksər hallarda oğurlanmış hesab məlumatları satan Genesis kimi gizli onlayn mağazalarla onlar arasında əlaqə olduğu bildirilir. Mütəxəssislər təcavüzkarların mürəkkəb hədəf kampaniyaları üçün bu cür sxemlərdən istifadəyə davam edəcəklərinə inanır.

Şəbəkədə daha mürəkkəb kiber təhdidlərin quraşdırılmasının qarşısını almaq üçün təşkilatlara hədəfə alınmış hər bir kompyuterdəki bütün zərərli proqramı hərtərəfli yoxlamaq və cavab tədbirləri görmək tövsiyə olunur.

Əlavə olaraq, mütəxəssislər onların fikrincə gələn il üstünlük təşkil edəcək bir sıra tendensiyaları da qeyd ediblər.

Ehtimallara görə, müxtəlif ölkələrin hökumətləri konkret bir qrupun bu və ya digər bir hücumda iştirakı barədə daha ciddi bəyanatlar verəcəklər. Məxfiliyi aradan qaldırılmış alətlərin istifadəsi daha çətin olduğundan kiber silahlar barədə məlumatların dövlət qurumlarının rəsmi kanalları vasitəsilə açıqlanması kiber casusluq kampaniyaları ilə daha fəal şəkildə mübarizə aparmağa imkan verəcək.

Silikon Vadisi şirkətləri hesab məlumatlarının təhdidlərə açıq olmasına görə 2020-ci ildə məhkəmə iddiası ilə üzləşmiş Whatsappı nümunə götürəcək və sistem boşluğundan istifadə edən eksployt brokerlərini daha tez-tez məhkəməyə verəcəklər.

Həmçinin şəbəkə cihazlarına yönəlmiş hədəf hücumlarının sayı artacaq: qlobal məsafədən işləmə tendensiyası nəticəsində, təcavüzkarlar şəbəkə cihazlarının VPN şlüzləri kimi boşluqlarından istifadə etməyə yönələcək və vişinq (etibarlı mənbədən gəlmiş kimi görünən, əslində saxta olan elektron məktub, zəng, mesaj və s.) kimi sosial mühəndislik metodlarından istifadə edərək istifadəçi məlumatlarını toplayacaqlar.

Bundan əlavə fidiyə təhdidlərinin də artacağı qeyd edilir. Geniş potensial qurban kütləsinə malik təsadüfi, sistemsiz hücumları, təcavüzkar tərəfindən müəyyən bir təşkilatın məlumatlarını şifrələndiyi və ondan böyük məbləğdə fidyə tələb edildiyi hədəf hücumları əvəzləyəcək. Onlar bu cür əməliyyatlar üçün mürəkkəb, bahalı alətlər hazırlayacaqlar.

"Kaspersky" hesab edir ki, hücumlar daha dağıdıcı olacaq. Həyatımız getdikcə texnologiyadan və internet əlaqələrindən asılı olduğuna görə onların səthi də genişlənir.

Şirkəyətin proqnozuna görə, 5G texnologiyasındakı boşluqların istismarı da artacaq. O, nə qədər populyarlaşsa, təcavüzkarlar ondakı boşluqları daha aktiv şəkildə axtaracaqlar.

Bundan əlavə, mürəkkəb kiber kampaniyalar pandemiyadan qazanc götürməyə və onlardan hədəf sistemlərinə sızmaq üçün istifadə etməyə davam edəcək, çünki COVID-19 gələn il də qlobal səviyyədə insanların həyatını təsir edəcək.

"Dünya çox tez dəyişir və sabah nə baş verəcəyindən əmin olmaq mümkün deyil. Şahidi olduğumuz və təhdid mənzərəsinə təsir edən dəyişikliklərin miqdarı və mürəkkəbliyi müxtəlif ssenarilərə səbəb ola bilər. Dünyada bütün mürəkkəb kiber hücumları hərtərəfli qavrayacaq bir mütəxəssis qrupu yoxdur, amma əvvəlki təcrübəmizin də göstərdiyi kimi, bir çox mürəkkəb təhdidləri qabaqcadan görə və nəticədə onlara qarşı daha yaxşı hazırlaşa bilərik. Təcavüzkarların taktikalarını və metodlarını öyrənməyə, öyrəndiklərimizi bölüşməyə və aşkarlanan hədəf hücumlarının nəticələrini qiymətləndirməyə davam edəcəyik", - deyə "Kaspersky"nin Qlobal Təhdid Araşdırmaları və Təhlili Mərkəzi rəhbərinin müavini Sergey Novikov bildirib.

21
Teqlər:
kiberhücum, kiber, Silikon Vadisi, silikon, My Kaspersky, Kasperski Laboratoriyası, Kaspersky Safe Kids
Kompüter ekranında virus, arxiv şəkli

Canlı yayımlara aldanmayın: məşhurlara aludə olub, quru yurdda qala bilərsiniz

24
(Yenilənib 22:19 24.11.2020)
İstifadəçinin hesabından vəsaitlər silinir və fərdi məlumatları digər kiberdələduzluq əməllərinin həyata keçirilməsində istifadə olunur.

BAKI, 24 noyabr — Sputnik. Kiberdələduzlar tərəfindən koronavirusla bağlı həyata keçirilən fişinq hücumları artmaqdadır. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Sputnik Azərbaycan-a verilən məlumata görə, belə ki, növbəti fişinq kampaniyasında məşhur şəxslərin real videolarından istifadə olunaraq onların adından saxta canlı yayımlar edilir. 10 min avrodan çox ianə təklifi ilə istifadəçilər həmin yayımları izləməyə sövq olunurlar. Yayıma daxil olub sadə sualı cavablandıran istifadəçidən növbəti mərhələlərdə fərdi məlumatlarını təqdim edərək qeydiyyatdan keçməsi və kart hesabının məlumatları istənilir. Bu cür məlumatları təqdim edən istifadəçinin hesabından vəsaitlər silinir və fərdi məlumatları digər kiberdələduzluq əməllərinin həyata keçirilməsində istifadə olunur.

© AR Ministry of Transport, Communications and High Technologies
Fişinq kampaniyası

Qeyd edək ki, kiberdələduzların gələcəkdə insanların koronavirusla bağlı qorxu, təşviş və marağından sui-istifadə edərək onları "tələ"yə salmaq cəhdlərini davam etdirməsi istisna olunmur. Məhz bu səbəbdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları kibermühitdə maksimum diqqətli olmağa, hər hansı hədiyyə, ianə və ya pulsuz məhsul vəd edən bildirişlərə aldanıb fərdi, xüsusilə bank məlumatlarını təqdim etməməyə və bu kimi bildirişləri spam mesaj olaraq şikayət etməyə çağırır. Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməlidirlər. Hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdırlar. Həmçinin vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.

24
Teqlər:
fişinq, dələduzluq, kibercinayət, canlı yayım, sosial şəbəkələr, internet, Azərbaycan

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

0
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0