Robot, arxiv şəkli

Məşhur şirkət yeniliyə imza atdı - insan baxışına malik robot yaratdı

33
(Yenilənib 08:35 04.11.2020)
Robot nəinki "üzünü" ona baxan şəxsə çevirir, hətta insan gözlərinin sakkad adlandırılan qəfil hərəkətlərini və nəfəs alarkən təbii baş hərəkətlərini imitasiya edə bilir.

 

BAKI, 4 noyabr — Sputnik. "Disney Research" insanabənzər robotların insanlarla göz təması qurmasına kömək edəcək bir sistem yaradıb.

Sputnik Azərbaycan xəbər verir ki, multimperiyanın robototexnika sahəsindəki nailiyyətləri barədə "Gizmodo" məlumat verib.

Robot nəinki "üzünü" ona baxan şəxsə çevirir, hətta insan gözlərinin sakkad adlandırılan qəfil hərəkətlərini və nəfəs alarkən təbii baş hərəkətlərini imitasiya edə bilir. Nümunə olduqca qorxuducu görünür - dərisi yoxdur və Hollivud filmlərindən zombiləri xatırladır. Ancaq texnologiyanın özünün yaxşı perspektivləri var.

Belə ki, bu robotlardan bütün dünyada animatron simvolların istifadə olunduğu "Disneyland" şəhərciklərində tətbiq oluna bilər.

33
Qadın telefonla maşında, arxiv şəkli

Telefon nömrələrinizi vacib hesablardan ayırın, səbəb ciddidir

48
(Yenilənib 22:35 21.11.2020)
Məsələn, bank tətbiqetmələri saytlarda, xüsusən də digər şəxsi məlumatlarla birlikdə buraxdığınız ümumi nömrəyə bağlanmamalıdır. Spam poçt və onlayn alış-verişlər üçün virtual nömrədən istifadə edin.

BAKI, 21 noyabr — Sputnik. İstənilən telefon nömrəsini internet vasitəsilə tapmaq mümkündür. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Rusiya Rəqəmsal Ekspertiza Mərkəzinin rəhbəri Anton Kukanovun sözlərinə görə, sosial şəbəkə istifadəçiləri özləri haqqında çox sayda fərdi məlumatlar paylaşırlar.

"Messenger, eləcə də sosial şəbəkələrdəki səhifələr bir istifadəçi haqqında məlumat tapmağa yardım edə bilər. Bu, telefon nömrəsi ilə edilən axtarış sayəsində mümkündür. Bu funksiyanı ləğv etsəniz də, mesajlaşma və sosial şəbəkələrdə eyni avatardan istifadə edirsinizsə, axtarış sistemində elementar şəkil axtarışı zamanı belə, şəbəkə təcavüzkarları ümumi bir səhifəyə aparacaq", - deyə o, bildirib.

Ekspert əlavə edib ki, sosial şəbəkələrdə məlumatlarınız hər kəsə açıqdırsa, hər kəs şəxsi məlumatlarınızı, yaşayış yerinizə, işlədiyiniz və ya təhsil aldığınız yerə, dostlarınızın kim olduğuna, nə ilə maraqlandığınıza və hətta gündəlik səyahətlərinizin marşrutuna qədər öyrənə bilər. Onun sözlərinə görə, bu dələduzlar tərəfindən qeyri-adi məqsədlər üçün istifadə edilə bilər.

Bu səbəbdən də, dələduzlara imkan yaratmamaq üçün vacib olan və olmayan hesablardan mobil nömrələrinizi ayırın.

Məsələn, bank tətbiqetmələri saytlarda, xüsusən də digər şəxsi məlumatlarla birlikdə buraxdığınız ümumi nömrəyə bağlanmamalıdır. Spam poçt və onlayn alış-verişlər üçün virtual nömrədən istifadə edin.

"Fotoşəklinizi və ani mesajlaşmalardakı şəxsi məlumatlarınızı ümumi baxışdan yığışdırın. Hətta yaxşı olardı ki, hesabınızı telefon nömrəsi ilə sosial şəbəkələrdə axtarma funksiyasını bağlayasınız. Həmişə iki faktorlu identifikasiya və mürəkkəb parollardan istifadə etməlisiniz", - deyə Kukanov bildirib.

48
Teqlər:
elektron poçt, e-poçt, spam, messenger, Rusiya
Co Bayden, arxiv şəkli

"Twitter" prezident hesabını Co Bayden üçün hazırlayır

11
"Twitter, 20 yanvar 2021-ci ildə Ağ Evin idarə hesablarının köçürülməsini dəstəkləməyə fəal hazırlaşır " - deyə Pasilio vurğulayıb.

BAKI, 21 noyabr — Sputnik. Twitter rəsmi prezident hesabını Co Baydenə təhvil verməyə hazırlaşır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, sosial şəbəkənin sözçüsü Nik Pasilio bildirib ki, şəbəkə ABŞ prezidenti Co Baydenin andiçməsindən sonra rəsmi hesab üzərində nəzarəti ona təhvil verəcək.

Pasilionun sözlərinə görə, Donald Tramp öz məğlubiyyətini etiraf etməsə belə bu baş verəcək.

"Twitter, 20 yanvar 2021-ci ildə Ağ Evin idarə hesablarının köçürülməsini dəstəkləməyə fəal hazırlaşır " - deyə Pasilio vurğulayıb.

O dəyişikliklərin Amerika Birləşmiş Ştatları administarsiyasının onlarla digər rəsmi hesablarına da təsir edəcəyini deyib.

11
Teqlər:
Twitter, Donald Tramp, Co Bayden
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusdan ölüm yoluxma rekord həddə çatdı

0
34 nəfər COVID-19-dan vəfat edib. Ölkədə son sutka ərzində 14358, hazırkı dövrədək isə 1631597 test aparılıb

BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda koronavirusa (COVID-19) 3646 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 34 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 31999 nəfərdir. Ölkədə son sutka ərzində 14358, hazırkı dövrədək isə 1631597 test aparılıb.

Ümumi ölənlərin sayı 1194 nəfərdir. Ümumi yoluxanların sayı 98927 nəfər, ümumi sağalanların sayı 65734 nəfərdir.

0
Teqlər:
rekord, ölənlər, yoluxma, Koronavirus, COVID-19, epidemiya, Azərbaycan
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər