CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"PicsArt" kimi proqramları telefonunuzdan silin - Təhlükə var

© AFP 2023 / YASUYOSHI CHIBAМолодые люди со смартфонами в руках, фото из архива
Молодые люди со смартфонами в руках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İstifadəçilər proqramın mənşəyi ilə maraqlanmadan onu yükləyir, bu zaman isə informasiyalar digər tərəfə ötürülə bilir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. Azərbaycan ərazilərinin işğaldan azad olunması uğrunda Ermənistanla ön cəbhədə silahlı mübarizə aparır. Eyni zamanda onun arxa cəbhədə də mənfur qonşunun təxribatları ilə mübarizə aparmaq qayğısı var. Söhbət həm də iki ölkə arasında gedən informasiya müharibəsindən gedir. Əlaqədar dövlət qurumları tərəfindən informasiya müharibəsində qalib olmaq üçün xüsusi təlimatlar hazırlanıb yayımlanır. Lakin əlimizdə olan bir məlumatı yaymasaq belə, telefonlara yüklənmiş hansısa məlumatları istəmədən ötürmüş ola bilərik. Məsələn, bu, "PicsArt" proqramı vasitəsilə də baş verə bilər. Ermənistan startapı hesab edilən və mərkəzi Ermənistanda yerləşən bu və bu kimi proqramlar ciddi təhlükə mənbəyidir. Çünki, bu tip proqramlar yükləndikdən sonra telefondakı bütün proqramlara, eyni zamanda da əlaqə nömrələri, fotolara giriş istənilir.

Приложение  Facebook, Instagram и WhatsApp на экране телефона, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
İnformasiya müharibəsi üçün bəzi sosial şəbəkələrin fəaliyyəti bərpa olunmalıdır

İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə ekspert Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istifadəçilər hansısa proqramları yükləyərkən diqqətli olmalıdırlar:

"Şəkil və videoların üzərində işlənilməsi üçün nəzərdə tutulan bu proqramın illik dövriyyəsi kifayət qədər yüksəkdir. Foto və video yükləmə proqramı olaraq ən çox müraciət edilən proqramlardan biridir. Vaxtilə Azərbaycanda da bu proqramdan çox istifadə edilirdi. Xüsusən də indiki zamanda bu cür proqramlardan istifadə risklər yaradır".

Osman Gündüz xatırladıb ki, 2008-ci ildə Rusiya-Gürcüstan arasında münaqişələr gərginləşəndə, Rusiyanın da bir sıra proqramları Gürcüstanda işləməmişdi. Odur ki, vətəndaşlar hətta sosial şəbəkələrdə hansısa məlumat paylaşmasa, lakin öz telefonlarında bu proqramlar olsa, risk yaranır. Çünki şəkil qovluqlarından istənilən şəkil götürülə bilər. Bu, hərbçilər və müəyyən ərazilərlə bağlı da ola bilər. Bu zaman qarşı tərəf həmin şəkil vasitəsilə istənilən məlumatları əldə etməyə qadirdir.

"Proqram rahatlıqla azərbaycanlı istifadəçiləri görür və bunu rahatlıqla başqa bir tərəfə sata bilər. Hazırda Amerika ilə "Huawei" arasında olan münaqişə də məhz ABŞ-ın iddia etdiyi kimi istifadəçi məlumatlarının Çinə ötürülməsi ilə bağlıdır. ABŞ iddia edir ki, şirkət Çindən investisiya alır. Eyni şeyi biz "PicsArt"a qarşı tətbiq edə bilərik", - deyə mütəxəssis bildirib.

Ekspert deyir ki, bu cür təhlükələrdən qorunmaq üçün istifadəçilər hansısa proqramı yükləyərkən mütləq onun mənşəyini öyrənməli, haqqında bir məlumat əldə etməlidirlər. İstifadəçilər ilk olaraq, "PicsArt"dan imtina etməlidir.

Здание Службы государственной безопасности Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət Təhlükəsizliyi Xidməti ölkə vətəndaşlarına xəbərdarlıq etdi

İKT üzrə ekspertin sözlərinə görə, hazırda internet mağazaya girişdə hansısa məhdudiyyət yoxdur və hər bir istifadəçi rahatlıqla istənilən proqramı yükləyə bilir: "Burada elə də nəzarət olmur. Bu proqramlar sərbəst satışdadırlar. Lakin hansısa qurum tərəfindən bloklanması mümkündür. İndiki halda vətəndaşların özlərinin ayıq-sayıq olması daha yaxşı olardı. Bəzi dövlət qurumlarının əməkdaşlarından da bu tip proqramlardan istifadə etmələri ilə bağlı məlumatlar eşidilir. Adi vətəndaşla müqayisədə dövlət məmurunun telefonunda bu tip proqramların olması daha təhlükəlidir. Bu səbəbdən aidiyyəti dövlət qurumlarının bununla bağlı vətəndaşlar, dövlət məmurlarına məlumat vermələri daha doğru olardı".

İT mütəxəssisləri sözügedən proqramla bağlı onu da deyirlər ki, "PicsArt"ı yükləməklə nəinki foto və əlaqə nömrələrinə, o cümlədən də səs yazmalarına istənilən şəkildə giriş əldə etmək mümkündür.

Mövzu ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, erməni təxribatının qarşısını almaq üçün mobil telefonlardan istifadədə diqqətli olmaq lazımdır: "Ermənistan informasiya müharibəsində də təxribatçı əməlləri davam etdirir. Belə ki, düşmən daha bir məkrli niyyətini smartfonlar və mobil platformalar vasitəsilə həyata keçirir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bu istiqamətdə müvafiq tədbirlər görür. Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, informasiya müharibəsinin də böyük önəm kəsb etdiyi bir zamanda müasir cihazlara qarşı maksimum ehtiyatlı olmaq, təxribatın qurbanına çevrilməmək lazımdır".

Работа за компьютером, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ermənilər kibermühitdə təxribatlarını davam etdirirlər - Nazirlik

"Əgər telefonlarınızda aşağıda qeyd olunan mobil proqramlar varsa, onları telefonunuzdan dərhal silin. Çünki bu proqramlar fərdi məlumatlarınız üçün təhlükə mənbəyi hesab oluna bilər. Belə ki, düşmən tərəf bu proqramlar vasitəsilə fərdi məlumatlarınızı ələ keçirə və çirkin niyyətlərlə istifadə edə bilər:

1.Snapchat

2.Picsart

3.Tamable

4.Codesignalcom

5.Renderforest

6.Zangi Messenger

7. Sololearn

8.Zoomerang

9.Shadowmatic".

Qeyd edək ki, kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərsiniz.

Xəbər lenti
0