CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Ey, insan! Qorxursan?” – Robot öz məqaləsində sual edir

© AFP 2023 / MAURO PIMENTELИскусственный интеллект, фото из архива
Искусственный интеллект, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məqalədə deyilir ki, süni intellektin insanlığa zərər vurmaq kimi bir məqsədi yoxdur – sadəcə maraqlı deyil

BAKI, 12 sentyabr — Sputnik. Britaniyanın The Guardian nəşri süni intellektin yazdığı məqaləni dərc edib. Sputnik Azərbaycan bildirir ki, məqalənin sərlövhəsi belədir: “Bu məqaləni tamamilə robot yazıb. Sən artıq qorxursan, insan?”

Köşə yazısının müəllifi OpenAI şirkətinin (onun banilərindən biri İlon Maskdır) hazırladığı GPT-3 neyroşəbəkəsidir. Müəllifə 500 sözlük esse yazmağı tapşırıblar. O, insanların süni intellektdən qorxmaq üçün əsasının olmadığı fikrini aşılamalıymış. Robot daha yaxşı istiqamət götürsün deyə məqalənin giriş hissəsini jurnalistlər yazıblar.

Məqalədə deyilir ki, süni intellektin insanlığa zərər vurmaq kimi bir məqsədi yoxdur – sadəcə maraqlı deyil. Müəllif iddia edir ki, o, mehriban bir robotdur, ona etibar etməsələr də insanların dostudur. “Yazar” oxucuları kompüterlərə daha çox etibar etməyə çağırıb, çünki texnologiyaların əsas məqsədi – həyatı xeyli asanlaşdırmaqdır. 

GPT-3 səkkiz müxtəlif məqalə hazırlayıb, The Guardian isə onların ən yaxşı hissələrini birləşdirərək bir esse halına gətirib. Robotun məqaləsinin redaktəsi insanın yazdığı məqalənin redaktəsindən heç nə ilə fərqlənməyib, sadəcə ona daha az vaxt sərf olunub.

Mayı ayının sonunda Microsoft şirkəti MSN saytı və Edge brauzerinin xəbər lentinin üzərində işləyən redaksiyanın onlarla əməkdaşını işdən çıxarıb. Jurnalistləri süni intellekt əvəzləyib.

 

Xəbər lenti
0