Klaviatura

Klaviatura casusunu necə müəyyən etmək olar?

13
(Yenilənib 10:32 21.08.2020)
Keyloggerin varlığını kompüterin ələ keçirilməsi hesab etmək olar. Və bu istifadəçi üçün çox pis xəbərdir.

BAKI, 21 avqust - Sputnik. Klaviatura "casusu"nu və ya keyloggeri müəyyən edə bilmək üçün ya komputerdə antivirus proqramları ilə axtarış aparmaq, ya da daxili analizator sistemindən istifadə edərk tapmaq olar.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə "Cet İnfosistemləri" şirkətinin rəhbəri Aleksey Malnev danışıb. Onun sözlərinə görə, belə casusun varlığı istifadəçi üçün pis işarədir.

Keyloggerin varlığını kompüterin ələ keçirilməsi hesab etmək olar. Və bu istifadəçi üçün çox pis xəbərdir.

Fakt budur ki, müasir zərərli proqram təchizatı adətən keyloggerdən istifadə edir.

"Klaviaturaya daxil olan məlumatların məxfiliyinin pozulması ilə yanaşı kompüterinizdə bir sıra digər potensial problemləriniz də var: hard diskinizdəki məxfi sənədlərin oğurlanması, hesab məlumatlarının ələ keçirilməsi, gizli səs və video yazısı (mikrofon və video kamera ilə), məlumatların məhv edilməsi (zərərli Ransomware şifrələmə modulu varsa), haker tərəfindən kompüterinizə məsafədən tam giriş" - deyə Malnev qeyd edib.

13
Google şirkətinin loqosu, arxiv şəkli

Google-un köməyilə koronavirusun harada “partladığını” bilmək olar

26
(Yenilənib 17:27 13.09.2020)
Bundan öncə Google və Apple yeni tip koronavirusa yoluxan şəxslərin kontaktlarının izlənməsi texnologiyasını işləyib hazırlayıblar

BAKI, 13 sentyabr — Sputnik. Alimlər Google axtarış sisteminin köməyilə koronavirus ocağını o hələ alovlanmağa başlamamışdan tapmağın üsulunu öyrəniblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Massachusets General Hospital saytında yer alan tədqiqatda deyilir.

Alimlər müşahidə ediblər ki, “dadbilmənin itməsi”, “iştahsızlıq”, “diareya” sözləri ilə Google-da verilən axtarışlar COVID-19-a yoluxmanın yüksək olduğu 5 ştatdan (Nyu-York, Nyu-Cersi, Kaliforniya, Massaçusets, İllinoys) verilən “koronavirus” sözü ilə axtarışlarla üst-üstə düşür. Üstəlik, bu korrelyasiya göstərilən mövzulara maraqla yoluxma sayının artması arasındakı 3-4 həftədə daha çox müşahidə olunub.

“Bizim məlumatlarımız mədə-bağırsaq əlamətlərinin COVID-19-a yoluxmanın potensial “xəbərçiləri” olduğunu təsdiqləyir və pandemiyaların öncədən proqnozlaşdırılmasında Google Trends-in qiymətli alət olduğunu göstərir”, - məqalədə deyilir.

Bundan öncə Google və Apple yeni tip koronavirusa yoluxan şəxslərin kontaktlarının izlənməsi texnologiyasını işləyib hazırlayıblar. Şirkətlər tibb işçilərinə kömək etmək üçün səylərini birləşdiriblər.

 

26
Teqlər:
ocaq, tədqiqat, ABŞ, söz, açar, Koronavirus, epidemiya, COVID-19, sistem, axtarış, Google
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Alman virusoloq: “Həyatın dayanmasına imkan vermək olmaz”
Qubernatorla alimin davası - PZR testini yanıltmaq mümkündür?
Koronavirusu ilk araşdıran alimlərdən bədbin şərh: "Çox vaxtımız yoxdur, gecikmişik"
Şahzadə koronavirusa yoluxma təhlükəsi ilə karantinə alınıb
Yeddi ay müqavimət göstərdilər, sonra üç günə hər şey məhv oldu
Süni intellekt, arxiv şəkli

“Ey, insan! Qorxursan?” Robot öz məqaləsində sual edir

8
(Yenilənib 00:21 12.09.2020)
Məqalədə deyilir ki, süni intellektin insanlığa zərər vurmaq kimi bir məqsədi yoxdur – sadəcə maraqlı deyil

BAKI, 12 sentyabr — Sputnik. Britaniyanın The Guardian nəşri süni intellektin yazdığı məqaləni dərc edib. Sputnik Azərbaycan bildirir ki, məqalənin sərlövhəsi belədir: “Bu məqaləni tamamilə robot yazıb. Sən artıq qorxursan, insan?”

Köşə yazısının müəllifi OpenAI şirkətinin (onun banilərindən biri İlon Maskdır) hazırladığı GPT-3 neyroşəbəkəsidir. Müəllifə 500 sözlük esse yazmağı tapşırıblar. O, insanların süni intellektdən qorxmaq üçün əsasının olmadığı fikrini aşılamalıymış. Robot daha yaxşı istiqamət götürsün deyə məqalənin giriş hissəsini jurnalistlər yazıblar.

Məqalədə deyilir ki, süni intellektin insanlığa zərər vurmaq kimi bir məqsədi yoxdur – sadəcə maraqlı deyil. Müəllif iddia edir ki, o, mehriban bir robotdur, ona etibar etməsələr də insanların dostudur. “Yazar” oxucuları kompüterlərə daha çox etibar etməyə çağırıb, çünki texnologiyaların əsas məqsədi – həyatı xeyli asanlaşdırmaqdır. 

GPT-3 səkkiz müxtəlif məqalə hazırlayıb, The Guardian isə onların ən yaxşı hissələrini birləşdirərək bir esse halına gətirib. Robotun məqaləsinin redaktəsi insanın yazdığı məqalənin redaktəsindən heç nə ilə fərqlənməyib, sadəcə ona daha az vaxt sərf olunub.

Mayı ayının sonunda Microsoft şirkəti MSN saytı və Edge brauzerinin xəbər lentinin üzərində işləyən redaksiyanın onlarla əməkdaşını işdən çıxarıb. Jurnalistləri süni intellekt əvəzləyib.

 

8
Teqlər:
qorxu, jurnalistlər, The Guardian, məqalə, süni intellekt, robot
Əlaqədar
Pandemiyanın son məqsədi barədə deyilənlər reallaşmağa başlayır - Bu da ilk qaranquş
Qazandığımızı tam itirə bilərik: təşəbbüsü robotlara verməklə...
Kosmobioloq və neyroqastronom: koronavirusdan sonra hansı peşələr dəbdə olacaq?
Robotlar da yatmalıdır
Dəyişikliyin astanasındayıq: ənənəvi peşələr əhəmiyyətini itirəcək
 Hotel, arxiv şəkli

Pandemiya dövründə mehmanxana restoranlar: problemləri necə həll etməli

0
(Yenilənib 00:16 22.09.2020)
Koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil

BAKI, 22 sentyabr — Sputnik. Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə görülən sərt tədbirlər iqtisadiyyatın bir çox sahələri kimi, restoran və mehmanxana biznesinə də ciddi zərər vurub. Bildirilir ki, sərt karantin tədbirlərindən ən çox onlar əziyyət çəkib.

Ancaq  sentyabrdan karantin rejimi, xüsusilə bu sahə ilə bağlı xeyli yumşaldılıb. Eyni zamanda koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil. 

Otel və restoranların fəaliyyətlərinin hansı istiqamətdə dəyişdiyi, dövlətin onlara hansı dəstəyi göstərməsi, müştəri bazasının nə dərəcədə azalması və s. barədə suallara sentyabrın 24-ü saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan Otellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi aydınlıq gətirəcək.

Spikerə suallarınızı əvvəlcədən ivelizade@gmail.com elektron poçtuna göndərərək ünvanlaya bilərsiniz.

Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq. 

Əlaqə:

Telefonlar: 404-13-84/85

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi bu ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə.

0