Avtomobil tıxacı, arxiv şəkli

Bakı tıxaclarına necə dərman olardı yeniliyi məmurlara təqdim elədilər - VİDEO

54
Mütəxəssislərin fikrincə, sosial məsafənin qorunması tələb olunan bir zamanda uçan taksinin adi taksilərdən üstünlüyü şübhəsizdir

BAKI, 3 avqust — Sputnik. Airbus ötən həftə ilk dəfə CityAirbus (uçan taksi) kimi tanınan eVTOL təyyarəsini Bavariyada dövlət işçiləri və jurnalistlərə təqdim edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Travel and Leisure yazıb.

“Uçan taksi” dörd sərnişini  100 km məsafəyə 120 km/saat sürətlə daşıya bilir. eVTOL məsafədən idarə olunur və elektrik enerjisi ilə işləyir.

​Onun yaradıcıları ümid edirlər ki, gələcəkdə böyük şəhərlərdə tıxaclardan qurtulmaqda bu taksilərin rolu böyük olacaq. Hər nəqliyyat vasitəsinin dörd propelleri var. Uçan taksiyə sürücü gərək deyil. Mütəxəssislərin fikrincə, sosial məsafənin qorunması tələb olunan bir zamanda uçan taksinin adi taksilərdən üstünlüyü şübhəsizdir. Əlavə olaraq, uçan taksi, demək olar ki, səssizdir.

Uçan taksini ilk dəfə elə Almaniyada, ötən ilin dekabrında test ediblər. Onun nə vaxt kütəvi istifadəyə veriləcəyi isə hələ bilinmir.

 

54
Laptop

Daha bir dövlət qurumu adından vətəndaşlara saxta məktublar göndərilir

27
(Yenilənib 15:02 29.10.2020)
Göndərilən saxta məktublarda istifadəçilərdən 48 saat ərzində məktubda göstərilmiş keçidə daxil olaraq elektron poçtları qeydiyyatdan keçirmələri və onu təsdiq etmələri istənilir

BAKI, 29 oktyabr — Sputnik. Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan tərəfi kibermühitdə uğursuz təxribatlarını davam etdirir. Düşmən bu dəfə də elektron poçt üzərindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) adından "fişinq" xarakterli məktublar göndərir. Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən bildirilib.

Məlumata görə, göndərilən saxta məktublarda istifadəçilərdən 48 saat ərzində məktubda göstərilmiş keçidə daxil olaraq elektron poçtları qeydiyyatdan keçirmələri və onu təsdiq etmələri istənilir. Əks halda, həmin istifadəçilərin e-poçtlarından istifadə edə bilməyəcəkləri bildirilir: "Yalançı məktuba etibarlığı artırmaq üçün mətndə Azərbaycan Respublikasının bayrağı və gerbi, Nazirliyin loqosu, ünvanı, rəsmi şəxsin adı göstərilir. Məqsəd istifadəçilərin diqqətini yayındıraraq, zərərli keçidlərə daxil olmağa vadar etməklə müvafiq məlumatları ələ keçirmək və bu yolla həmin şəxslərin istifadə etdikləri avadanlığa və şəbəkəyə yol tapmaqdır.

NRYTN yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Qeyd edək ki, bir çox istifadəçilərin öz elektron poçtlarına VPN internet bağlantısından istifadə yolu ilə daxil olması həmin şəxslər və onların təmsil etdikləri qurumların şəbəkələri üçün çox ciddi təhlükə riski yaradır. İstifadəçilərdən xahiş olunur ki, hazırkı dövrdə maksimum diqqətli olsunlar, bu kimi məlumatlara etimad edib ani hərəkət etməsinlər. Eyni zamanda keçidlərə daxil olub fərdi məlumatlarını təqdim etmədən öncə fərqli əlaqə vasitələrindən istifadə etməklə məktubun göndərildiyi ünvanı və məlumatların düzgünlüyünü rəsmi mənbədən yoxlasınlar. Bir daha qeyd edirik ki, bu formatlı məlumatlar xüsusən "fişinq" (tilova salmaq) cəhdləridir. Həmçinin vətəndaşlar bu kimi hallarla üzləşdiklərində, 1654 və 1655 qaynar xətti, www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər".

27
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
"WhatsApp"la ehtiyatlı olun, tələyə düşə bilərsiniz
"Mail.ru" istifadəçiləri, diqqət: hisslərinizlə oynayıb hücuma keçirlər
Nazirlikdən növbəti xəbərdarlıq: Ermənistan bu dəfə ASAN xidməti "işə salıb"
Ermənilər kibermühitdə təxribatlarını davam etdirirlər - Nazirlik
Facebook, Instagram və WhatsApp tətbiqlərinin loqosu, arxiv şəkli

"WhatsApp"la ehtiyatlı olun, tələyə düşə bilərsiniz

46
(Yenilənib 16:47 27.10.2020)
"WhatsApp" üzərindən "Adidas" və digər məşhur şirkətlərin adından "spam" mesajlar göndərərək həmin şirkətlərin yubileyi münasibətilə pulsuz məhsulların paylandığını bildirirlər

BAKI, 27 oktyabr — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşları "WhatsApp" üzərindən məşhur şirkətlərin adından həyata keçirilən "fişinq" kampaniyaları barədə xəbərdar edir.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, kiberdələduzlar istifadəçiləri "tələ"yə salmaq məqsədilə onlara "WhatsApp" üzərindən "Adidas" və digər məşhur şirkətlərin adından "spam" mesajlar göndərərək həmin şirkətlərin yubileyi münasibətilə pulsuz məhsulların paylandığını bildirirlər. Hədiyyəni əldə etmək üçün istifadəçidən keçidə daxil olaraq anketi doldurması istənilir. Məlumata etimad edərək keçidə daxil olan istifadəçi həmin şirkətin rəsmi səhifəsinə oxşar saxta səhifəyə yönləndirilir.

Bununla yanaşı, istifadəçidən, həmçinin mobil nömrəsini daxil etməklə həmin mesajı nömrə siyahısında olan 20 "WhatsApp" istifadəçisinə göndərməsi tələb olunur. Kiberdələduzların məqsədi saxta reklam baxışları toplamaqla "asan" yolla gəlir əldə etmək, istifadəçiləri üçüncü tərəf tətbiqləri yükləməyə vadar etmək və fərdi məlumatları ələ keçirməkdir. Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu alınan hər mesaja şübhə ilə yanaşmaq, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməmək və məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə etməklə yoxlamaqdır. Vətəndaşlardan xahiş olunur ki, hər hansı şirkət, qurum və ya təşkilat adından bu kimi məlumatlar aldıqda, ilk öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olsunlar. Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

46
Əlaqədar
Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir: Raket hücumu var
Nazirlik xəbərdarlıq etdi: Ermənilər yeni təxribatlar hazırlayıblar
"Mail.ru" istifadəçiləri, diqqət: hisslərinizlə oynayıb hücuma keçirlər
Nazirlikdən xəbər saytlarına tövsiyə
Təxribata uymayın - Banklar müştərilərə xəbərdarlıq edir
Gürcüstanda parlament seçkisi

Gürcüstanda parlament seçkiləri: Giorgi Qaxaria "ölkənin demokratik inkişafına" səs verib

0
Baş nazir: "Seçki kampaniyası demokratiyanın bütün tələblərinə cavab verib, bu səbəbdən demokratik dəyərlərə, ədalətə və iqtisadi cəhətdən güclü Qərb yönümlü dövlətə səs verdim".

BAKI, 31 oktyabr — Sputnik. Bu gün Gürcüstanda parlament seçkisi keçirilir. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı xəbər görə, səhər saatlarında səsvermədə iştirak edən qonşu ölkənin Baş naziri Giorgi Qaxaria ölkənin demokratik inkişafına səs verdiyini bildirib.

"Seçki kampaniyası demokratiyanın bütün tələblərinə cavab verib, bu səbəbdən demokratik dəyərlərə, ədalətə, iqtisadi cəhətdən güclü Qərb yönümlü dövlətə səs verdim", - deyə o bildirib.

"Bugün dünəndən qat-qat üstün olan Gürcüstana səs verdim və sabah bugünküdən daha yaxşı olacaq. Əlbəttə ki, heç kim keçmişə qayıtmağı xəyal edə bilməz, səsimi ölkənin gələcəyi üçün verdim", - deyə Baş nazir vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda budəfəki parlament seçkisi qarışıq seçki sistemi əsasında keçirilir: 150 yerdən 120-si partiyaların təqdim etdikləri siyahı əsasında, 30-u isə majoritar dairələr tərəfindən seçiləcək. Partiyalar üçün keçid həddi 1%-dir, majoritar namizədlərin səslərin 50%-dən çoxunu qazanması tələb olunur.

Səslərin 40%-dən çoxunu alacaq bir partiya müstəqil olaraq hökuməti qura biləcək.

Xatırladaq ki, Gürcüstanda 48 partiya və iki siyasi blok parlament yerləri uğrunda mübarizə aparır. Əsas rəqiblər hakim "Gürcü Arzusu" partiyası və başında keçmiş Prezident Mixail Saakaşvilinin durduğu birləşmiş müxalifəti təmsil edən Vahid Milli Hərəkatdır.

Azərbaycandan qonşu ölkədə seçkiləri müşahidə edən Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev jurnalistlərə açıqlamasında bildirib ki, onların olduğu dairələrdə hər hansı insident baş verməyib:

“Pandemiya şəraitinə baxmayaraq, seçici fəallığı müşahidə olunur. Seçki məntəqələrində koronavirus infeksiyasının yayılmaması üçün xüsusi qaydalara ciddi şəkildə əməl olunur”.

A.Nağıyev qeyd edib ki, deputatlığa namizədlər arasında Gürcüstan azərbaycanlılarının da yer alması mühüm əhəmiyyət kəsb edir.

Qrup rəhbəri Milli Məclis və Gürcüstanın yeni seçiləcək parlamenti arasında əməkdaşlığın davam etdiriləcəyini söyləyib: “Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Parlamentlərarası əlaqələrin gələcəkdə də davam etdirilməsi və gücləndirilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, qonşu ölkədə keçirilən parlament seçkilərini Milli Məclisin 3 üzvü müşahidə edir.

0