TikTok tətbiqi, arxiv şəkli

TikTok Trampın qəzəbinə gəldi

37
(Yenilənib 09:44 16.08.2020)
Bundan əvvəl ABŞ-ın Dövlət katibi Mayk Pompeo TikTok-un digər Çin sosial şəbəkələri kimi ABŞ-da qadağan olunacağını istisna etməyib

BAKI, 31 iyul — Sputnik. ABŞ Tiktok tətbiqinin əleyhinə müxtəlif tədbirləri, o cümlədən qadağan olunmasını nəzərdən keçirir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə deyib.

“Biz TikTok-u öyrənirik. Bir onu qadağan da edə bilərək. Başqa bir şeylər də edə bilərik”, - Tramp deyib.

“Bir-iki variant var... Baxarıq, görək nə olacaq”, - Prezident əlavə edib.

Bundan əvvəl ABŞ-ın Dövlət katibi Mayk Pompeo TikTok-un digər Çin sosial şəbəkələri kimi ABŞ-da qadağan olunacağını istisna etməyib. Pompeo bildirib ki, buna səbəb kimi onların fərdi məlumatları Çin hökumətinə ötürmək imkanı əsas götürülə bilər. TikTok isə heç vaxt Çin hökumətinə informasiya ötürmədiyini və heç bunu etməyə hazırlaşmadığını da bildirib.

Tiktok – Çinin ByteDance şirkətinə məxsus, qısa videoların yaradılması və baxılması üçün tətbiqdir. 2018-ci ildə buraxılmış proqram əlavəsi qısa videolar üçün tətbiqlər seqmentində Çində lider olmaqla yanaşı, artıq bütün dünyada da populyarlıq qazanır.

 

37
Əlaqədar
Belə maneə kampaniyası görülmədi: Trampın hər tvitinə görə pul tutacaqlar
TikTok istifadəçilərinə şad xəbər - İki milyon dollar...
Filtrlənən internet: hər dövlətin öz marağı həmişə öndə olacaq
Donald Tramp "Twitter"in bağlanılmasını istisna etməyib
Qadın itkin düşmüş ərini "TikTok"da tapdı
Facebook, Instagram və WhatsApp tətbiqlərinin loqosu, arxiv şəkli

"WhatsApp"la ehtiyatlı olun, tələyə düşə bilərsiniz

35
(Yenilənib 16:47 27.10.2020)
"WhatsApp" üzərindən "Adidas" və digər məşhur şirkətlərin adından "spam" mesajlar göndərərək həmin şirkətlərin yubileyi münasibətilə pulsuz məhsulların paylandığını bildirirlər

BAKI, 27 oktyabr — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşları "WhatsApp" üzərindən məşhur şirkətlərin adından həyata keçirilən "fişinq" kampaniyaları barədə xəbərdar edir.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, kiberdələduzlar istifadəçiləri "tələ"yə salmaq məqsədilə onlara "WhatsApp" üzərindən "Adidas" və digər məşhur şirkətlərin adından "spam" mesajlar göndərərək həmin şirkətlərin yubileyi münasibətilə pulsuz məhsulların paylandığını bildirirlər. Hədiyyəni əldə etmək üçün istifadəçidən keçidə daxil olaraq anketi doldurması istənilir. Məlumata etimad edərək keçidə daxil olan istifadəçi həmin şirkətin rəsmi səhifəsinə oxşar saxta səhifəyə yönləndirilir.

Bununla yanaşı, istifadəçidən, həmçinin mobil nömrəsini daxil etməklə həmin mesajı nömrə siyahısında olan 20 "WhatsApp" istifadəçisinə göndərməsi tələb olunur. Kiberdələduzların məqsədi saxta reklam baxışları toplamaqla "asan" yolla gəlir əldə etmək, istifadəçiləri üçüncü tərəf tətbiqləri yükləməyə vadar etmək və fərdi məlumatları ələ keçirməkdir. Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu alınan hər mesaja şübhə ilə yanaşmaq, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməmək və məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə etməklə yoxlamaqdır. Vətəndaşlardan xahiş olunur ki, hər hansı şirkət, qurum və ya təşkilat adından bu kimi məlumatlar aldıqda, ilk öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olsunlar. Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

35
Əlaqədar
Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir: Raket hücumu var
Nazirlik xəbərdarlıq etdi: Ermənilər yeni təxribatlar hazırlayıblar
"Mail.ru" istifadəçiləri, diqqət: hisslərinizlə oynayıb hücuma keçirlər
Nazirlikdən xəbər saytlarına tövsiyə
Təxribata uymayın - Banklar müştərilərə xəbərdarlıq edir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə

"Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir" - Nazir

27
(Yenilənib 12:56 23.10.2020)
Ermənistanın son hərbi təxribatları səbəbindən Azərbaycanın bir neçə bölgəsində İKT və telekommunikasiya infrastrukturu ya tamamilə məhv edilib, ya da ciddi şəkildə ziyan görüb.

BAKI, 23 oktyabr — Sputnik. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Vyetnamın birgə təşkilatçılığı ilə "ITU Virtual Digital World 2020" beynəlxalq tədbiri çərçivəsində nazirlər səviyyəsində "dəyirmi masa" keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, BTİ-yə üzv olan çoxsaylı ölkənin İKT üzrə rəsmilərinin qatıldığı videotədbir "COVID-19" pandemiyası zamanı və sonrakı dövrdə rəqəmsal texnologiyaların rolu mövzusunu ehtiva edib.

Tədbir BTİ-nin Baş katibi Houlin Zao, Vyetnamın İnformasiya və Kommunikasiya naziri Nquyen Man Hunq və BTİ-nin Radiorabitə Bürosunun direktoru Mario Manieviçin açılış nitqləri ilə başlayıb. "COVID-19" pandemiyasının qlobal və milli səviyyədə rəqəmli inkişafa təsirinə dair müzakirələrin aparıldığı "dəyirmi masa"da Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxış edib. Nazir çıxışında ölkəmizdə "COVID-19"la mübarizə və pandemiyanın təsirini minimuma endirmək üçün görülmüş işlər barədə müfəssəl məlumat verib.

Əlində telefon olan qız, arxiv şəkli
© Sputnik / Murad Orujov

Ramin Quluzadə bildirib ki, pandemiya zamanında da vətəndaşlar yüksək keyfiyyətli nəqliyyat, poçt və telekommunikasiya xidmətləri, o cümlədən internet və mobil rabitə xidmətləri ilə təmin edilib. Telekommunikasiya infrastrukturunun davamlılığı tələbata uyğun olaraq artırılıb. Nazir dövlət qurumları tərəfindən yeni informasiya sistemlərinin yaradıldığını, xüsusi veb-saytlarla yanaşı, vətəndaşlar üçün məlumat-bildiriş sistemi və yoluxmuş insanlar üçün izləmə sistemi olaraq istifadə olunan mobil tətbiqetmənin hazırlandığını diqqətə çatdırıb.

"Pandemiya dövründə təhsil üzrə "Connected schools" və qurumlar üçün videokonfrans xidmətlərinin təmin edilməsi məqsədilə "Connected Government" layihələrinin tətbiqinə başladıq", – deyə Ramin Quluzadə qeyd edib. Nazir Azərbaycanın hazırda iki cəbhədə mübarizə apardığını söyləyib: "Pandemiya ilə yanaşı, bütün regionda İKT-nin inkişafına əngəl törədən erməni təxribatlarına və təcavüzlərinə cavab olaraq lazımi addımlar atırıq".

Ramin Quluzadə əlavə edib ki, Ermənistanın son hərbi təxribatları səbəbindən Azərbaycanın bir neçə bölgəsində İKT və telekommunikasiya infrastrukturu ya tamamilə məhv edilib, ya da ciddi şəkildə ziyan görüb. Son günlər bu təcavüz nəticəsində uşaqlar da daxil olmaqla, Azərbaycanın 63 dinc sakini həlak olub və 293 mülki şəxsi yaralanıb. Nazir çıxışının sonunda qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti inkişaf strategiyalarını genişləndirmək üçün səylərini davam etdirəcək.

27
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Baş Prokurorluq dinc əhaliyə dəyən zərərlərin statistikasını açıqladı
İşğal olunmuş ərazidə Qırmızı kitaba düşən 120-dək flora və fauna növündən məlumat yoxdur
Terror təhlükəsiylə bağlı yeni müraciət
Putin: "Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"
Beynəlxalq təşkilatlar rayonlarımızın raket atəşinə tutulması barədə məlumatlandırılıb
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Bərdədə vəziyyət

Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman

0
(Yenilənib 20:05 27.10.2020)
"Təəssüflər olsun ki, Ermənistanın qeyri-insani hərəkətlərdən çəkindirilməsi istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməməsi onları daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir"

BAKI, 27 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri 26 oktyabr 2020-ci il tarixdə saat 08:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini növbəti dəfə pozaraq və müharibə cinayətlərini davam etdirərək Bərdə rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutmuşlar. Nəticədə mülki əhalidən 4 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Həlak olanlar və yaralananlar içərisində uşaqlar da var. Dağıntılar altında hələ də çoxlu insan qaldığından bu rəqəmlər hər an arta bilər. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə ombudsman Səbinə Əliyevanın mətbuata açıqlamasında deyilir.
Vurğulanır ki, mülki insanlara qarşı törədilən bu terror bir daha onu göstərir ki, işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının, eləcə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkmir.
Təəssüflər olsun ki, Ermənistanın qeyri-insani hərəkətlərdən çəkindirilməsi istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməməsi onları daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir.

Dünya ictimaiyyəti səsimizə səs verərək Ermənistan tərəfindən törədilən son dərəcədə qəddar, amansız və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq müharibə cinayətlərinə yol vermiş işğalçı Ermənistan dövlətindən beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin tələblərinə əməl etməyi, mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan cinayətkar əməllərdən çəkinməyi, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarını, dinc əhalinin qətlə yetirilməsində təqsirkar olan şəxslərin cəzalandırılması ilə bağlı təsirli tədbirlər görülməsini tələb etməlidir.

0
Teqlər:
ombudsman, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, atəş, Bərdə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO