CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

WhatsApp təqdim edir! Hamını maraqlandıran yenilik olacaq

© pixabay / AntonWhatsapp
Whatsapp - Sputnik Azərbaycan
Abunə olmaq
Amma hamının çoxdan gözlədiyi yeniləmənin nə vaxt istifadəçilərə təqdim olunacağı hələlik dəqiq bilinmir.

BAKI, 25 iyul – Sputnik. “WhatsApp” messencerində nəhayət, eyni hesaba fərqli cihazlardan giriş etmək mümkün olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Məlumata görə, bu funksiya hələ hazırlıq mərhələsindədir. O, istifadəçilər üçün əlçatan olan zaman tətbiqdə xüsusi “Linked Devices” (“Bağlı cihazlar”) bölməsi görünəcək.

Orada dördə qədər yeni cihaz əlavə etmək mümkün olacaq, üstəlik, məlum bölmədə eyni hesaba bağlı bütün cihazlar göstəriləcək.

Amma çoxdan gözlənilən yeniləmənin nə vaxt istifadəçilərə təqdim olunacağı hələlik dəqiq bilinmir.

Xəbər lenti
0