CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"WhatsApp" istifadəçilərini sevindirəcək

© AFP 2023 / NICOLAS ASFOURISmartfonun ekranında Whatsapp messengerinin loqotipi
Smartfonun ekranında Whatsapp messengerinin loqotipi - Sputnik Azərbaycan
Abunə olmaq
Eyni zamanda "KaiOS" əsaslı cihazların istifadəçiləri artıq 24 saatdan sonra yox olacaq paylaşımları bölüşmək şansı əldə edəcəklər.

BAKI, 4 iyul — Sputnik. "WhatsApp" istifadəçilərinə tezliklə bir neçə yeni funksiya təqdim edəcək. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tətbiqin tərtibatçıları bildiriblər ki, bir neçə həftə ərzində tətbiqdə böyük yenilənmə gözlənilir.

Belə ki, istifadəçilər animasiya stikerləri əldə edəcəklər. Bununla yanaşı, kontakt siyahısına yeni bir nömrəni əl ilə daxil etmək əvəzinə QR kodlarından istifadə edə biləcəklər. Ayrıca, "qaranlıq rejim" veb versiyasına da tətbiq olunacaq. Tərtibatçıların sözlərinə görə, bu, kompüterdə də mümkün olacaq.

Bundan əlavə, "WhatsApp" istifadəçilərinə qrup video zənglərinin funksiyalarının təkmilləşdiriləcəyi də vəd edilib. Eyni zamanda "KaiOS" əsaslı cihazların istifadəçiləri artıq 24 saatdan sonra yox olacaq paylaşımları bölüşmək şansı əldə edəcəklər.

Xəbər lenti
0