Sumaks startap şirkətininin hazırladığı cihaz

Azərbaycanda sosial məsafəni qoruyan cihaz yaxın gəlsəniz siqnal verəcək - FOTO

128
(Yenilənib 18:29 18.05.2020)
Cihaz dövlət qurumlarında, iaşə obyektlərində, zavodlarda və s. qurumlarda çalışan işçilər üçün nəzərdə tutulur.

BAKI, 18 may — Sputnik. Azərbaycanın "Sumaks" startap şirkəti sosial məsafəni qoruyan cihaz təqdim edib. Bu barədə Sputnik Azərbaycan-a şirkətin rəhbəri Cavid Məmmədov məlumat verib.

© Photo : Courtesy of Javid Mammadov
"Sumaks" startap şirkətinin rəhbəri Cavid Məmmədov

O, bildirib ki, cihaz dövlət qurumlarında, iaşə obyektlərində, zavodlarda və s. qurumlarda çalışan işçilər üçün nəzərdə tutulur: "Ölkədə yüngülləşdirilən karantin rejimi səbəbindən iş yerlərində insanların sosial təmasda olması halları çoxalır. Xüsusi sensorlarla təchiz olunan cihaz, təyin olunan 2 metr sosial məsafə pozulduqda davamlı olaraq siqnal verir. Yaxın zamanda bu cihaz müxtəlif iş yerlərinə təklif olunacaq".

128
Smartfonun ekranında Whatsapp tətbiqinin loqosu, arxiv şəkli

"WhatsApp" istifadəçilərə yeni fırıldaqçılıqla bağlı xəbərdarlıq edib

19
(Yenilənib 09:25 02.06.2020)
Yeni cihazda hesabı daxil etmək üçün "WhatsApp" istifadəçiləri SMS vasitəsilə onlara gələn xüsusi kodu daxil etməlidirlər. Fırıldaqçılar məhz bundan yararlanırlar.

BAKI, 2 iyun - Sputnik. "WhatsApp" messencer istifadəçilərinə fırıldaqçıların hesablarına daxil ola biləcəkləri yeni sxem barədə xəbərdarlıq edib.

Bu barədə "Report" xəbər verir.

Bildirilir ki, profillərin oğurlanması telefon nömrəsi ilə bağlanılma və messencerin SMS vasitəsilə təsdiqlənməsi sistemindən istifadə etməsi səbəbindən mümkün olub.

Qeyd olunur ki, yeni cihazda hesabı daxil etmək üçün "WhatsApp" istifadəçiləri SMS vasitəsilə onlara gələn xüsusi kodu daxil etməlidirlər. Fırıldaqçılar məhz bundan yararlanırlar.

Potensial zərərçəkənin tanışlarından kiminsə "WhatsApp" və ya "Facebook"a daxil olmasından sonra aşağıdakı mesaj göndərilir: “SMS göndərə bilmirəm, ona görə də "WhatsApp"dan kod ala bilmirəm. Nömrənizə bir şifrə göndərməyimi xahiş etdim. Xahiş edirəm onu mənə yönləndirin".

19
Twitter loqosu

Donald Tramp "Twitter"in bağlanılmasını istisna etməyib

27
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrin fəaliyyətinin izlənilməsinə dair sərəncama imza atıb.

BAKI, 29 may — Sputnik. ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə məlumat verib.

“Bu gün söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edən sərəncam imzaladım. “Twitter” kimi sosial şəbəkələr neytral platformanı qoruduqlarına dair fərziyələrə əsaslanmaqla misli görünməmiş məsuliyyətdən qorunmaq imkanına sahib idilər. Ancaq bu, belə deyil. İcra olunan sərəncam kommunikasiya etikasına dair qanunun 230-cu hissəsinə əsaslanaraq yeni qaydaların yaradılması məqsədini daşıyır. Senzura və ya siyasi aksiyalarda iştirak edən sosial şəbəkələr artıq məsuliyyət qorunmasına sahib olmayacaqlar, bu böyük bir qərardır”, - Tramp belə deyib.

Prezidentin sözlərinə görə, belə bir sərəncamdan əvvəl sosial şəbəkələr “istədiklərini edə bilirdilər”. Amerikalı lider həmin saytlar tərəfindən hər hansı “aldadıcı və ya zərərli ticarət fəaliyyəti”nə yol verilməsi cəhdlərinin izlənilməsini Federal Ticarət Komissiyasına tapşırıb.

Tramp, həmçinin jurnalistlərin suallarını cavablandırarkən, “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.

27
Məmur, arxiv şəkli

Azərbaycanda işçilərin işdən müxtəlif saatlarda çıxması təklif olunur

0
Bayramlı bildirib ki, bununla bağlı müvafiq təkliflər var və qəbul olunsa, sabaha məlumat veriləcək.

BAKI, 3 iyun - Sputnik. "Səhər və axşam saatlarında insanların sayını nizamlamaq məqsədilə üç ayrı qrup şəklində müxtəlif saatlarda işdən çıxılacaq. Bu da sıxlığı aradan qaldırmaq məqsədi daşıyır.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bununla bağlı təkliflər var və qəbul olunsa, sabaha məlumat veriləcək.

0