WhatsApp messencerinin veb-səhifəsi

Koronavirusa görə WhatsApp-da yeni funksiya işə düşdü

1458
(Yenilənib 22:34 28.04.2020)
Əvvəllər bu funksiya yalnız test versiyalarında mümkün idi. İndi funksiyanın aktiv olması üçün tətbiqi yeniləmək lazım gələcək

BAKI, 28 aprel — Sputnik. WhatsApp messencerində qrup audio-videozənglərinə qoşula bilənlərin limiti iki dəfə artırılıb.

Sputnik Azərbaycan şirkətin bloquna istinadən bildirir ki, indi videozəngə bir dəfəyə 8 nəfər qoşula bilər.

Əvvəllər bu funksiya yalnız test versiyalarında mümkün idi. İndi funksiyanın aktiv olması üçün tətbiqi yeniləmək lazım gələcək.

İştirakçıların əlavə edilməsi qaydası əvvəlki kimi qalıb: yeni qrup zəngi düyməsinə basıb formatı (audio və ya video) seçmək, sonra isə istədiyiniz istifadəçiləri əlavə etmək lazımdır.

Qrup söhbətlərini genişləndirmək lüzumunu mütəxəssislər koronavirus epidemiyası ilə əlaqələndiriblər.

“Pandemiyaya görə çoxumuz ailəmizdən, dostlarımızdan kənarda qalmışıq. Buna görə dünyanın bütün guşələrində insanlar WhatsApp-da səsli və videosöhbətlərdən yararlanmağa başlayıblar”, - məlumatda qeyd olunur.

ÜST-ün məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 3 milyonu keçib, ölənlərin sayı 200 minə yaxındır.

1458
Əlaqədar
İnternetdə söhbətlərinizin dinlənməsini istəmirsizsə, bunları bilməlisiz
Onlayn ticarət məfhumunu səhv başa düşən şəxs saxlanılıb
"WhatsApp" koronavirusa görə məhdudiyyətlər tətbiq edəcək
"Whatsapp"dan yeni funksiya: mesaj avtomatik pozulacaq
Koronavirus "mütəxəssisi" təşəkkür gözləyirdi, əvəzində...
Smartfonun ekranında Whatsapp tətbiqinin loqosu, arxiv şəkli

"WhatsApp" istifadəçilərə yeni fırıldaqçılıqla bağlı xəbərdarlıq edib

19
(Yenilənib 09:25 02.06.2020)
Yeni cihazda hesabı daxil etmək üçün "WhatsApp" istifadəçiləri SMS vasitəsilə onlara gələn xüsusi kodu daxil etməlidirlər. Fırıldaqçılar məhz bundan yararlanırlar.

BAKI, 2 iyun - Sputnik. "WhatsApp" messencer istifadəçilərinə fırıldaqçıların hesablarına daxil ola biləcəkləri yeni sxem barədə xəbərdarlıq edib.

Bu barədə "Report" xəbər verir.

Bildirilir ki, profillərin oğurlanması telefon nömrəsi ilə bağlanılma və messencerin SMS vasitəsilə təsdiqlənməsi sistemindən istifadə etməsi səbəbindən mümkün olub.

Qeyd olunur ki, yeni cihazda hesabı daxil etmək üçün "WhatsApp" istifadəçiləri SMS vasitəsilə onlara gələn xüsusi kodu daxil etməlidirlər. Fırıldaqçılar məhz bundan yararlanırlar.

Potensial zərərçəkənin tanışlarından kiminsə "WhatsApp" və ya "Facebook"a daxil olmasından sonra aşağıdakı mesaj göndərilir: “SMS göndərə bilmirəm, ona görə də "WhatsApp"dan kod ala bilmirəm. Nömrənizə bir şifrə göndərməyimi xahiş etdim. Xahiş edirəm onu mənə yönləndirin".

19
Twitter loqosu

Donald Tramp "Twitter"in bağlanılmasını istisna etməyib

27
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrin fəaliyyətinin izlənilməsinə dair sərəncama imza atıb.

BAKI, 29 may — Sputnik. ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə məlumat verib.

“Bu gün söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edən sərəncam imzaladım. “Twitter” kimi sosial şəbəkələr neytral platformanı qoruduqlarına dair fərziyələrə əsaslanmaqla misli görünməmiş məsuliyyətdən qorunmaq imkanına sahib idilər. Ancaq bu, belə deyil. İcra olunan sərəncam kommunikasiya etikasına dair qanunun 230-cu hissəsinə əsaslanaraq yeni qaydaların yaradılması məqsədini daşıyır. Senzura və ya siyasi aksiyalarda iştirak edən sosial şəbəkələr artıq məsuliyyət qorunmasına sahib olmayacaqlar, bu böyük bir qərardır”, - Tramp belə deyib.

Prezidentin sözlərinə görə, belə bir sərəncamdan əvvəl sosial şəbəkələr “istədiklərini edə bilirdilər”. Amerikalı lider həmin saytlar tərəfindən hər hansı “aldadıcı və ya zərərli ticarət fəaliyyəti”nə yol verilməsi cəhdlərinin izlənilməsini Federal Ticarət Komissiyasına tapşırıb.

Tramp, həmçinin jurnalistlərin suallarını cavablandırarkən, “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.

27

Bəlkə qaytardılar - SMS icazə sistemi yenidən tətbiq edilə bilər

0
Bu, əvvəlki qaydada olmayacaq. Yalnız xüsusi hallarda insan səhhəti ilə bağlı ola bilər. İctimai və şəxsi nəqliyyatdan istifadə isə mümkün olmayacaq

BAKI, 3 iyun - Sputnik. "Ola bilsin ki, bəzi şəxslərə SMS icazəsi verilsin".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Bu, əvvəlki qaydada olmayacaq. Yalnız xüsusi hallarda insan səhhəti ilə bağlı ola bilər. İctimai və şəxsi nəqliyyatdan istifadə isə mümkün olmayacaq", - o bildirib.

Qeyd edək ki, Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq.

0