CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnternetdə söhbətlərinizin dinlənməsini istəmirsizsə, bunları bilməlisiz

© Sputnik / Anar MustafayevWhatsApp mesenceri
WhatsApp mesenceri - Sputnik Azərbaycan
Abunə olmaq
Müvafiq şirkətlərə xüsusi məbləğ ödəyərək başqalarının hesablarına daxil olmaq, oların yazışmalarını, səs yazılarını əldə etmək, söhbətlərini dinləmək mümkündür.

BAKI, 28 aprel – Sputnik. Danışıqlarınızın, audiolarınızın mümkün dinlənməsindən, mətnlərinizin izlənməsindən özünüzü qorumaq üçün messencerlərdə onlarla bağlı bütün məlumatları arxivdən silmək lazımdır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu "Praym" agentliyinə TelecomDaily informasiya-analitik agentliyinin rəhbəri Denis Kuskov bildirib.

"Əgər biz messencerlər vasitəsilə səs danışıqlarını dinləmək imkanından danışırıqsa, bu, adi səs rabitəsi üzrə danışıqları dinləmək imkanı ilə eyni şeydir", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, üçüncü tərəfin sizin həmsöhbətinizlə olan yazışmalarınızın mətnini və ya danışıqlarınızın səs yazısını əldə etmək ehtimalı var. 

Ekspert onu da bildirib ki, bu və ya digər şəxsin hesabına daxil olmaq, həm mətn mesajlarına, həm də audio zənglərə çıxışı təmin etmək üçün şirkətlərin xüsusi qiymətləri mövcuddur.

Xəbər lenti
0