Zoom proqramı, arxiv şəkli

Kibercinayətkarlar "Zoom"-a hücumlar edirlər

23
(Yenilənib 17:30 23.04.2020)
Reklam proqramlarından əlavə ".lnk" fayl genişlənməsi adı altında gizlənən təhdidlər də tapılıb. Bu faylların böyük əksəriyyəti müxtəlif proqramların zəifliklərindən istifadə edən eksploytlardır.

BAKI, 23 aprel — Sputnik. Cinayətkarlar onlayn-konfrans xidmətləri adından istifadə edirlər.

Sputnik Azərbaycan xəbər verir ki, "Kaspersky" şirkəti tanınmış onlayn-konfrans xidmətləri adından istifadə edən 1300-ə yaxın zərəli tətbiq, hətta kodlarla təhciz olunmuş fayllar aşkarlayıblar. Cinayətkarlar "Zoom", "Webex", "Slack" və digər xidmətlərin adından istifadə edirlər.

Cinayətkarlar, biznesin bu xidmətlərə artan tələbi fonunda, onlardan korporativ istifadəçilərə hücum etmək üçün istifadə edirlər. Beləliklə, 200 növ təhdid forması yayılıb, əsasən isə "DealPly" və "DownloadSponsor". Hər ikisi reklamları göstərən və ya reklam modullarını yükləyən təhdid formasıdır.

Xidmətlərin adlarına uyğunlaşdırılan reklam softlarının təhlükəsi diqqətdən qaçırılmamalıdır. Belə hücumlar nəticəsində istənilən şəxsin razılığı olmadan, onun məxfi məlumatları üçüncü şəxslərin serverlərinə köçürülə bilər. Üstəlik, bu cür proqramların topladığı məlumatların kəmiyyəti, həqiqətən müxtəlifdir - istifadəçi seçimləri, axtarış tarixçəsi, geolokasiya və s.

Reklam proqramlarından əlavə ".lnk" fayl genişlənməsi adı altında gizlənən təhdidlər də tapılıb. Bu faylların böyük əksəriyyəti müxtəlif proqramların zəifliklərindən istifadə edən eksploytlardır.

"Onlayn konfranslar üçün platformalar indi dünyada çox populyardır. Böyük və kiçik şirkətlər tərəfindən video-konfranslar təşkil etmək üçün istifadə olunur. Adi istifadəçilər dostları və ailələri ilə söhbət etmək üçün onlara müraciət edirlər. Buna görə də, onların adından istifadə edən zərərli proqramların sayının artacağını istisna edə bilmərik. İstifadəçilər və təşkilatların işçiləri rahat ünsiyyət vasitəsi istifadə edərkən, kiberhücuma məruz qalmamaq üçün son dərəcə diqqətli olmalıdırlar", - bunu "Kaspersky" şirkətinin Azərbaycandakı mümayəndəsi Müşviq Məmmədov deyib.

Video-konfrans xidmətlərindən istifadə edərkən təhlükəsizliyi təmin etmək üçün "Kaspersky" aşağıdakıları tövsiyə edir:

• video-konfrans proqramlarını mobil cihaz və ya kompüterə yalnız rəsmi mənbələrdən, məsələn, Google Play və ya App Store-dan yükləyin;

• hər video-konfrans xidmətindəki hesab üçün unikal və mürəkkəb şifrədən istifadə edin;

• imkan olduğu halda, hesabınızı qorumaq üçün iki faktorlu avtorizasiyadan yararlanın;

• lazım olduqda hər konfrans üçün yeni parol yaradın;

• İnternet görüşlərin linklərini kənar adamlarla bölüşməyin, onları sosial şəbəkələrdə yerləşdirməyin, ekran görüntülərini yaymayın (orda şəxsi məlumatlar ola bilər);

• "Gözləmə otağı" funksiyasını aktivləşdirin və onlayn görüşdə hər iştirakçını təsdiqləyin;

• Rəqəmsal savadlılığınızı mütəmadi olaraq artırın, işçilərinizı marifləndirin, məsələn, "Kaspersky ASAP" platformasından istifadə etməklə. Bu, yuxarıda sadalanan bütün təhlükəsizlik qaydalarına riayət etməyə kömək edəcək və zərərli proqramların işə salınması və ya fişerlərin tələsinə düşmək riskini əhəmiyyətli dərəcədə azaldacaq;

• Şirkətləri kiberhücumlardan, spamlardan və fişinqlərdən qorumaq üçün "Kaspersky Endpoint Security Cloud" kimi kompleks həlldən istifadə edin.

23
Azərpoçtun binası, arxiv şəkli

Kartdan pullarınızı oğurlamağın təzə üsulunu tapıblar, diqqətli olun

26
(Yenilənib 13:22 19.01.2021)
Onların hədəfi onlayn alqı-satqı səhifələrində müxtəlif məhsulların satışını həyata keçirən vətəndaşlardır

BAKI, 19 yanvar — Sputnik. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidməti son zamanlar vətəndaşlardan daxil olan müraciətlərin çoxluğunu və əksər vətəndaşların məlumatlı olmadıqları üçün kiberdələduzların qurbanına çevrildiyini nəzərə alaraq əhalini "Azərpoçt" MMC adına açılan saxta saytlar barədə bir daha xəbərdar edir.

NRYTN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, belə ki, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə "Azərpoçt" MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır. Onların hədəfi onlayn alqı-satqı səhifələrində müxtəlif məhsulların satışını həyata keçirən vətəndaşlardır. Kiberdələduzlar alıcı qismində saxta "WhatsApp" nömrələrindən bu vətəndaşlara yazaraq məhsulu almaq istədiyini bildirir və ödənişin həyata keçirilməsi üçün satıcıdan "Azərpoçt" MMC-nin adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyir. Vətəndaş bu keçidə daxil olaraq kart hesabının məlumatlarını təqdim etdikdə hesabın balansında olan vəsait kiberdələduzların əlinə keçir. Elektron Təhlükəsizlik Xidməti bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara kibermühitdə maksimum diqqətli olmağı tövsiyə edir.

© AR Ministry of Transport, Communications and High Technologies
Azərpoçt"un rəsmi saytına oxşar saxta səhifənin skrinşotu

Belə ki, tanımadığı şəxslərdən gələn mesajlarda göstərilən keçidlərə daxil olmamağa və hər hansı əməliyyatı həmin qurumun rəsmi saytının internet ünvanını brauzerdə açılmış yeni səhifədən əllə daxil edərək icra etməyə çağırır. Qeyd edək ki, real alıcı ödəniş etmək üçün heç bir halda satıcını hər hansı sayta yönləndirmir, CVV/CVC (kartın arxasındakı üçrəqəmli kod) və kartın etibarlılıq müddəti kimi məlumatları tələb etmir. Alıcının ödəniş etməsi üçün satıcının, sadəcə, kart hesab nömrəsini və ya cari hesab nömrəsini təqdim etməsi kifayət edir. Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməli və hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdır. "Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur", - nazirlikdən bildirilib.

26
Teqlər:
pul, kart, kibercinayət, dələduz
Twitter tətbiqinin loqosu, arxiv şəkli

Türkiyədə Twitter-də reklam vermək qadağan olundu

10
(Yenilənib 11:23 19.01.2021)
Facebook və Instagram Türkiyə rəhbərliyinin tələbinə əməl edəcək: onlar yeni qanunvericiliyə uyğun olaraq Türkiyədə nümayəndəlik açır.

BAKI, 19 yanvar — Sputnik. Türkiyə rəhbərliyi yerli şirkətlərə Twitter-də reklam verməyi qadağa edib. Sputnik Azərbaycan Resmi Gazete-ye istinadən xəbər verir ki, buna səbəb Twitter-in sosial şəbəkələrin tənzimlənməsi haqqında yeni qərara əsasən Türkiyəyə öz nümayəndəsini təyin etməməsidir.

Qərara əsasən, Türkiyədə Twitter, Periscope, Pinterest-də reklam verən şirkətləri böyük cərimələr gözləyir.

Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayyan bazar ertəsi qeyd edib ki, Facebook və Instagram Türkiyə rəhbərliyinin tələbinə əməl edəcək: onlar yeni qanunvericiliyə uyğun olaraq Türkiyədə nümayəndəlik açır.

10
Teqlər:
reklam, Türkiyə, Twitter

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

0
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

0