Whatsapp

"WhatsApp" koronavirusa görə məhdudiyyətlər tətbiq edəcək

46
Şirkət vurğulayır ki, "WhatsApp" mesajların gizliliyi və dezinformasiyanın yayılmasının qarşısının alınması istiqamətində işləyir.

BAKI, 7 aprel — Sputnik. "WhatsApp" messenceri koronavirus haqında dezinformasiyanın qarşısını almaq üçün əldə olunan mesajların göndərilməsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq edəcək. Bu barədə Sputnik Azərbaycan "TheVerge" nəşrinə istinadən xəbər verir.

"Biz məhdudiyyətlər tətbiq edəcəyik. Bu cür mesajlar bundan sonra bir dəfəyə yalnız bir qrupa göndərilə biləcək", - deyə məlumatda qeyd olunur.

Şirkət vurğulayır ki, "WhatsApp" mesajların gizliliyi və dezinformasiyanın yayılmasının qarşısının alınması istiqamətində işləyir.

Qeyd olunur ki, "WhatsApp" istifadəçilərə daha dəqiq informasiyanın çatdırılması üçün Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra ölkələrin Milli Səhiyyə Nazirlikləri ilə işləyir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,3 milyonu keçib, 74 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

46
Smartfonun ekranında Whatsapp tətbiqinin loqosu, arxiv şəkli

"WhatsApp" istifadəçilərə yeni fırıldaqçılıqla bağlı xəbərdarlıq edib

19
(Yenilənib 09:25 02.06.2020)
Yeni cihazda hesabı daxil etmək üçün "WhatsApp" istifadəçiləri SMS vasitəsilə onlara gələn xüsusi kodu daxil etməlidirlər. Fırıldaqçılar məhz bundan yararlanırlar.

BAKI, 2 iyun - Sputnik. "WhatsApp" messencer istifadəçilərinə fırıldaqçıların hesablarına daxil ola biləcəkləri yeni sxem barədə xəbərdarlıq edib.

Bu barədə "Report" xəbər verir.

Bildirilir ki, profillərin oğurlanması telefon nömrəsi ilə bağlanılma və messencerin SMS vasitəsilə təsdiqlənməsi sistemindən istifadə etməsi səbəbindən mümkün olub.

Qeyd olunur ki, yeni cihazda hesabı daxil etmək üçün "WhatsApp" istifadəçiləri SMS vasitəsilə onlara gələn xüsusi kodu daxil etməlidirlər. Fırıldaqçılar məhz bundan yararlanırlar.

Potensial zərərçəkənin tanışlarından kiminsə "WhatsApp" və ya "Facebook"a daxil olmasından sonra aşağıdakı mesaj göndərilir: “SMS göndərə bilmirəm, ona görə də "WhatsApp"dan kod ala bilmirəm. Nömrənizə bir şifrə göndərməyimi xahiş etdim. Xahiş edirəm onu mənə yönləndirin".

19
Twitter loqosu

Donald Tramp "Twitter"in bağlanılmasını istisna etməyib

27
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrin fəaliyyətinin izlənilməsinə dair sərəncama imza atıb.

BAKI, 29 may — Sputnik. ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə məlumat verib.

“Bu gün söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edən sərəncam imzaladım. “Twitter” kimi sosial şəbəkələr neytral platformanı qoruduqlarına dair fərziyələrə əsaslanmaqla misli görünməmiş məsuliyyətdən qorunmaq imkanına sahib idilər. Ancaq bu, belə deyil. İcra olunan sərəncam kommunikasiya etikasına dair qanunun 230-cu hissəsinə əsaslanaraq yeni qaydaların yaradılması məqsədini daşıyır. Senzura və ya siyasi aksiyalarda iştirak edən sosial şəbəkələr artıq məsuliyyət qorunmasına sahib olmayacaqlar, bu böyük bir qərardır”, - Tramp belə deyib.

Prezidentin sözlərinə görə, belə bir sərəncamdan əvvəl sosial şəbəkələr “istədiklərini edə bilirdilər”. Amerikalı lider həmin saytlar tərəfindən hər hansı “aldadıcı və ya zərərli ticarət fəaliyyəti”nə yol verilməsi cəhdlərinin izlənilməsini Federal Ticarət Komissiyasına tapşırıb.

Tramp, həmçinin jurnalistlərin suallarını cavablandırarkən, “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.

27
Nazirlər Kabineti

Azərbaycanda karantin rejiminin yumşaldılması dayandırılır

3
Yoluxmanın dərəcəsi ilə bağlı sağalanlar arasında fərq müşahidə olunur. Yeni bir situasiya yaradıb. Buna səbəb də vətəndaşların karantin rejiminin qaydalarına riayət etməməsidir.

BAKI, 3 iyun - Sputnik. “Son günlər koronavirusla bağlı yoluxmanın artması müşahidə olunur”.

Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Yoluxmanın dərəcəsi ilə bağlı sağalanlar arasında fərq müşahidə olunur. Yeni bir situasiya yaradıb. Buna səbəb də vətəndaşların karantin rejiminin qaydalarına riayət etməməsidir.

Karantin rejiminin yumşaldılmasının dayandırılması aktuallaşıb. Müxtəlif variantlar müzakirə olunub. Məhdudlaşdırma ilə bağlı məsələ müzakirə olunub. Cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam məhdudlaşdırma qüvvəyə minə bilər”, - deyə İ.Məmmədov bildirib.

3