CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cansıxıcı sözünü unutdurmaq üçün "e"ləri bir yerə topladılar

CC0 / Pixabay / bloggerДевушка с ноутбуком, фото из архива
Девушка с ноутбуком, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni yaradılan saytda həmçinin, evdə qalaraq rəqəmsal biznes qurma yolları, bu bizneslərin onlayn idarə üsulları kimi insanların şəxsi inkişafı istiqamətində onlayn öyrənmə imkanları verilir

BAKI, 7 aprel — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə evdeqal.az saytı istifadəyə verilib. NRYT-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, saytın yaradılmasında əsas məqsəd insanların öz sağlamlığını, həmçinin ətrafdakıların sağlamlığını qoruması üçün ehtiyac olmadığı təqdirdə evdən çıxmamasının vacibliyi istiqamətində maarifləndirilməsi, əhalinin gündəlik tələbatlarını qarşılaya bilməsi üçün rəqəmsal xidmətlərə asan çıxışının təmin edilməsidir.

Оналйн тренировка, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Karantindən "qoğal" kimi çıxmaq istəməyənlər üçün gözəl şans yarandı

Yeni növ koronavirus (SARS-CoV-2) pandemiyasına qarşı profilaktik tədbirlər çərçivəsində evlərdə sosial izolyasiya addımlarına müvafiq olaraq, təcrid olan insanların onlayn mağazalara, əşya və xidmətlərin onlayn sifarişlərinə və onlayn-kinoteatrlara olan tələbatları dəfələrlə artıb. Məhz bunu nəzərə alaraq, "evdeqal.az" saytında istifadəçilərə e-təhsil, e-səhiyyə, e-əyləncə, e-qida və e-çatdırılma kateqoriyaları üzrə onlayn xidmətlər, eləcə də koronavirus şəraitində mövcud çağırış və imkanlar haqqında dolğun məlumatlar bir arada təqdim olunur.

Saytda həmçinin, evdə qalaraq rəqəmsal biznes qurma yolları, bu bizneslərin onlayn idarə üsulları kimi insanların şəxsi inkişafı istiqamətində onlayn öyrənmə imkanları verilir.

"evdeqal.az" saytında yerləşdiriləcək "1181" qaynar xətt nömrəsi vasitəsilə əhalinin, xüsusilə də yaşlıların "ESAS" könüllülərinin texniki dəstəyindən faydalanması planlaşdırılır.

BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin qurulmasında cəmiyyətin bütün səviyyələrində insanlara birgə çalışan təşkilatdır və o, hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təmin edir.

Xəbər lenti
0