Microsoftun ofisi

Microsoft yeni Windows dizaynını göstərdi - VİDEO

29
(Yenilənib 00:00 21.03.2020)
Çarx Microsoftun martın 30-da baş tutacaq onlayn təqdimatına 10 gün qalmış təqdim edilib. Tədbirdə şirkətin gələcək planları açıqlanacaq.

BAKI, 20 mart – Sputnik. Microsoft şirkəti yenilənmiş Windows dizaynını nümayiş etdirib. Sputnik Azərbaycan xəbər verir ki, əməliyyat sisteminin yeni xarici görünüşünü məhsul üzrə direktor Panos Panay “Instagram” hesabında yayımlayıb.

Tizer əməliyyat sisteminin bir milyard istifadəçisi ilə bağlı buraxılıb. Kiçik videoçarxda sistemin əvvəllər necə olduğu və illər ərzində necə dəyişdiyi nümayiş etdirilir.

Çarx Microsoftun martın 30-da baş tutacaq onlayn təqdimatına 10 gün qalmış təqdim edilib. Tədbirdə şirkətin gələcək planları açıqlanacaq.

29