Nyu-Yorkda Apple şirkətinin mağazası, arxiv şəkli

iPhone sevənlərə xoş müjdə - Ucuz smartfonlar gəlir

29
(Yenilənib 01:36 19.03.2020)
Məlumatlara görə, istehsalı nəzərdə tutulan hər iki cihazın İPS ekrana, Home və Touch İD düymələrinə sahib olacağını və Apple Play funksiyasını dəstəkləyəcəyi də təsdiqlənib.

BAKI, 18 mart — Sputnik. "Apple" şirkəti bazara iki əlçatan iPhone çıxarmağı düşünür.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, informasiya "9to5mac" nəşri tərəfindən iOS 14 kodunu araşdırarkən müəyyən edilib.

Araşdıma zamanı jurnalistlər 4,7 və 5,5 ölçülü iki cihaz aşkar ediblər.

Əvvəlki məlumatlara görə, "Apple" şirkəti iPhone 9 və 9Plus adlandırılacağı ehtimal edilən iki smartfon hazırlayır. Sonuncu dəfə 2017-ci ildə şirkət iki iPhone 8 və 8Plus adlanan smartfonlar istehsal edib.

Məlumatlara görə, istehsalı nəzərdə tutulan hər iki cihazın İPS ekrana, Home və Touch İD düymələrinə sahib olacağını və Apple Play funksiyasını dəstəkləyəcəyi də təsdiqlənib.

Cihazların konkret istehsal tarixi barədə məlumat olmasa da, onların ay sonu istehsal ediləcəyi ehtimal edilir.

Xatırladaq ki, martın əvvəlində dünyada yayılan koronavirus təhlükəsinı görə iPhone SE2 smartfonun təqdimat mərasimi təxirə salınmışdı. Daha sonra mərasimin martın 31-də baş tutacağı açıqlandı.

"Apple" şirkətinin daha ucuz olacağı qeyd edilən və SE modelini əvəz edəcək yeni iPhone smartfonlarının 399 dollara satılacağı da iddia edilir.

29

Ən sürətli internet kimdədir?

911
(Yenilənib 18:38 14.01.2021)
Azərbaycanda istifadəçilərin telefonla internet arasında seçim etməli olduqları dövr arxada qalıb. Ölkəmiz internetə qoşulma sürətinə görə dünya reytinq cədvəlində heç də pis mövqe tutmur.
© Sputnik / Elnur Salayev

İnternet artıq çoxdan insan həyatının ən müxtəlif sahələrinə nüfuz edib. Hətta onun inkişafı sayəsində yeni "ağıllı ev" konsepsiyası da ortaya çıxıb. Bütün dünyanı bürüyən "hörümçək toru" yaranandan bəri onun sürəti mühüm əhəmiyyət kəsb edir. Dial-up - analoq tipli qoşulma dövrü çoxdan geridə qalsa da, internetin sürəti məsələsi həmişə aktualdır.

Oxucularımız internetə qoşulma sürətinə görə mütəxəssislərin tərtib etdiyi reytinq cədvəlində ölkəmizin hansı yerdə olduğunu Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından öyrənə  bilərlər. Hələlik Azərbaycan reytinq cədvəlində orta mövqeyini qoruyub saxlayır.

Maraqlıdır ki, dünyada həm sabit, həm də mobil internet siyahısında liderlər məhz Asiya ölkələridir. Üstəlik, bu ölkələr heç də həmişə, belə demək mümkünsə, inkişaf etmiş texniki bazaya sahib olmur. Bununla belə, zəif internetə malik ölkələr də əsasən Asiya qitəsinin payına düşür.

911

Bunu da gördük: vaksinin akkauntunu bağladılar

28
(Yenilənib 22:42 14.01.2021)
Rusiya Birbaşa İnvestisiyalar Fondu bütün istifadəçilərdən Twitter-ə müraciət edərək hesabın qaytarılmasını xahiş etmələrini istəyib

BAKI, 14 yanvar - Sputnik. Rusiyanın koronavirus infeksiyasına qarşı "Sputnik V" peyvəndinin Twitter-dəki hesabı bloklanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondu məlumat yayıb. 

"Twitter vasitəsilə biz peyvənd, onun xüsusiyyətləri haqda məlumatı bölüşürdük. Twitter üzərindən biz AstraZeneca-ya "Sputnik V" vaksininin komponentlərindən birindən istifadə etməyi təklif etdik və birgə kliniki sınaqlar keçirmək barədə razılığa gəldik". 
RBİF-in məlumatı

Fond bütün istifadəçilərdən Twitter-ə müraciət edərək hesabın qaytarılmasını xahiş etmələrini istəyib. Çağırışdan təxminən bir saat sonra hesaba qoyulan məhdudiyyət aradan qaldırılıb.

28
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Twitter, Sputnik-V peyvəndi, Rusiya
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Həbsxana, arxiv şəkli

Penitensiar xidmətin məhkumun ölümü ilə bağlı açıqlaması: "Tibbi ekspertizanın rəyi var"

0
(Yenilənib 19:58 16.01.2021)
"Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir" - Mehman Sadıqov

BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 

0