WhatsApp logo

"Whatsapp"dan yeni funksiya: mesaj avtomatik pozulacaq

143
Avtomatik silinmə həm fərdi, həm də qrup yazışmalarında mümkün olacaq. Mesajlarının silinməsini istəməyənlər isə əyarlar bölməsindən avtomatik silinmə funksiyasını dayandıra bilərlər

BAKI, 15 mart — Sputnik.  WhatsApp yeni, mesajların avtomatik silinməsi funksiyasını işə salır. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə şirkətin saytında məlumat verilib.  

Qeyd olunur ki, istifadəçi müstəqil surətdə mesajların qorunma müddətini təyin edə bilər. Bunların saxlanma müddəti 1 saatdan 1 ilədək ola bilər. Avtomatik silinmə həm fərdi, həm də qrup yazışmalarında mümkün olacaq. Mesajlarının silinməsini istəməyənlər isə əyarlar bölməsindən avtomatik silinmə funksiyasını dayandıra bilərlər. 

Funksiya işə düşərkən müsajın göndərilmə vaxtının yanında saata bənzəyən işarə peyda olacaq. 

143
İnternetsiz telefon, arxiv şəkli

Azərbaycanda internetin verilməsində məhdudiyyətlər tətbiq olunur

801
(Yenilənib 10:39 27.09.2020)
"Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik" - NRYTN

BAKI, 27 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

"Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik" deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, səhər saatlarından etibarən Azərbaycan ərazisində sosial şəbəkələrin işində problem yaranıb.

801
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənistan cəbhə boyu təxribat törədib, ölənlər və yaralananlar var
Prezidentin köməkçisi Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb
MN: Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələri susdurulur
Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
Ermənistan ordusunun mərmi atəşi nəticəsində Ağdamda mülki şəxs yaralanıb
Google şirkətinin loqosu, arxiv şəkli

Google-un köməyilə koronavirusun harada “partladığını” bilmək olar

33
(Yenilənib 17:27 13.09.2020)
Bundan öncə Google və Apple yeni tip koronavirusa yoluxan şəxslərin kontaktlarının izlənməsi texnologiyasını işləyib hazırlayıblar

BAKI, 13 sentyabr — Sputnik. Alimlər Google axtarış sisteminin köməyilə koronavirus ocağını o hələ alovlanmağa başlamamışdan tapmağın üsulunu öyrəniblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Massachusets General Hospital saytında yer alan tədqiqatda deyilir.

Alimlər müşahidə ediblər ki, “dadbilmənin itməsi”, “iştahsızlıq”, “diareya” sözləri ilə Google-da verilən axtarışlar COVID-19-a yoluxmanın yüksək olduğu 5 ştatdan (Nyu-York, Nyu-Cersi, Kaliforniya, Massaçusets, İllinoys) verilən “koronavirus” sözü ilə axtarışlarla üst-üstə düşür. Üstəlik, bu korrelyasiya göstərilən mövzulara maraqla yoluxma sayının artması arasındakı 3-4 həftədə daha çox müşahidə olunub.

“Bizim məlumatlarımız mədə-bağırsaq əlamətlərinin COVID-19-a yoluxmanın potensial “xəbərçiləri” olduğunu təsdiqləyir və pandemiyaların öncədən proqnozlaşdırılmasında Google Trends-in qiymətli alət olduğunu göstərir”, - məqalədə deyilir.

Bundan öncə Google və Apple yeni tip koronavirusa yoluxan şəxslərin kontaktlarının izlənməsi texnologiyasını işləyib hazırlayıblar. Şirkətlər tibb işçilərinə kömək etmək üçün səylərini birləşdiriblər.

 

33
Teqlər:
ocaq, tədqiqat, ABŞ, söz, açar, Koronavirus, epidemiya, COVID-19, sistem, axtarış, Google
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Alman virusoloq: “Həyatın dayanmasına imkan vermək olmaz”
Qubernatorla alimin davası - PZR testini yanıltmaq mümkündür?
Koronavirusu ilk araşdıran alimlərdən bədbin şərh: "Çox vaxtımız yoxdur, gecikmişik"
Şahzadə koronavirusa yoluxma təhlükəsi ilə karantinə alınıb
Yeddi ay müqavimət göstərdilər, sonra üç günə hər şey məhv oldu
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Əliyevə zəng etdi: "Türkiyə Azərbaycanın yanındadır"

0
(Yenilənib 14:30 27.09.2020)
Rəcəb Tayyib Ərdoğan həmişə olduğu, kimi bu gün də Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb

BAKI, 27 sentyabr — Sputnik. Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Türkiyə Prezidenti bu gün Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib, onlara Allahdan rəhmət diləyib. Rəcəb Tayyib Ərdoğan həmişə olduğu, kimi bu gün də Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.

Başsağlığına görə minnətdarlığını bildirən dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə Prezidentinin daimi dəstəyini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev bu gün cəbhə xəttində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində baş verən hadisələrin gedişi barədə məlumat verib.

Dövlət başçıları dost və qardaş Azərbaycanla Türkiyə arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

0
Teqlər:
Azərbaycan prezidenti İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan, Türkiyə, münaqişə, təxribat, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Azərbaycan Odusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib
Rəsmi Bakı: Məsuliyyət tam olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür
İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirib
Çavuşoğlu və Lavrov Qarabağdakı son durumu müzakirə etdilər
Səfərbərlik Xidməti məlumat yaydı