Nyu-Yorkda Apple mağazası, arxiv şəkli

“Apple” bütün mağazalarını bağladı - Çində isə yenidən açdı

15
(Yenilənib 15:42 14.03.2020)
Açıqlamada bildirilir ki, əməkdaşlarını, eləcə də müştərilərini günü-gündən artan virusdan müdafiə etmək üçün əlavə tədbirlərə ehtiyac var

BAKI, 14 mart — Sputnik. "Apple" şirkəti koronavirusla əlaqədar olaraq Çinin hüdudlarından kənarda fəaliyyət göstərən bütün mağazalarını 27 mart tarixinədək bağlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda şirkətin saytında məlumat verilib.

Açıqlamada bildirilir ki, əməkdaşlarını, eləcə də müştərilərini günü-gündən artan virusdan müdafiə etmək üçün əlavə tədbirlərə ehtiyac var. Eyni zamanda, şirkətin vəziyyətin stabilləşdiyi Çin ərazisindəki mağazalarının bu gün yenidən açıldığı qeyd edilir.

Ümumilikdə şirkətə məxsus olan 460 mağazanın 270-i ABŞ ərazisində yerləşir.

Qeyd edək ki, martın 11-də "Apple" şirkəti yalnız İtaliyada fəaliyyətini dayandırmaqla bağlı qərar vermişdi.

15