Haker, arxiv şəkli

Kibercinayətkarlar koronovirus bəlasından istifadə edirlər

17
(Yenilənib 19:51 14.03.2020)
Kiberhücumun qurbanına çevrilməmək üçün istifadəçilərə tövsiyə olunur ki, koronavirusla bağlı məlumat almaq üçün yalnız təsdiq edilmiş xəritələrə müraciət etsinlər

BAKI, 14 mart — Sputnik. Kibercinayətkarlar bu dəfə bütün dünyanı təşvişə salan sağlıq problemi – koronavirusdan istifadə edirlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, insanların sağlamlıqları ilə bağlı narahatlıqlarından sui-istifadə edən bu kiberhücum növü onları tələyə düşməyə vadar edir.

Belə ki, tədqiqatçılar koronavirusla əlaqəli sənədlərdə çox sayda zərərli fayl aşkar ediblər. Həmin zərərli fayllarda koronavirusdan qorunma yollarına dair təlimatlar və virusu aşkar etmə üsullarına dair məlumat verildiyi iddia edilsə də, əsl məzmun tamamilə fərqlidir. Bu fayllar istifadəçilərin cihazlarını hədəfə alan kibertəhdidlər ehtiva edir.

Bəzi zərərli fayllar e-poçt üzərindən göndərilir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən göndərildiyi iddia edilən bir sənəddə koronavirus qurbanlarının siyahısının verildiyi bildirilir.

AAYDA koronavirusla bağlı maarifləndirmə işi həyata keçirir

Bu cür e-poçt faylına əslində digər zərərli faylları gizli olaraq yükləmək üçün istifadə olunan troyan virusu yerləşdirilir. Başqa bir casus proqram isə yoluxmuş cihazda şifrlər və digər fərdi məlumatları toplayaraq kibercinayətkara göndərir.

Başqa bir e-poçtda tibbi maska və oxşar gigiyenik məhsullar göndəriləcəyi və ya saxta peyvəndlər haqqında məlumat veriləcəyi bildirilərək istifadəçilərdən keçidlərə daxil olmaq istənilir. İstifadəçilər həmin keçidlərə daxil olduqda, fişinq saytlara yönləndirilir. Bu məlumatlar isə kibercinayətkarların əlinə keçir.

Göründüyü kimi, dünyanı narahat edən koronavirus mövzusundan sui-istifadə edən kibercinayətkarların məqsədi fərdi məlumatları ələ keçirmək və əhali arasında təşviş yaratmaqdır.

Əlbəttə ki, hər kəs ətrafının sağlamlığına görə narahat olduğu üçün bu kimi zərərli proqram ehtiva edən mətn, səs, videofaylları sevdikləri ilə paylaşır ki, bu da daha çox insanın qurbana çevrilmə ehtimalını artırır. Bu isə öz növbəsində bütün fərdi məlumatlarımızın, kredit kartı məlumatlarımız, fotoşəkillərimiz, digər önəmli qeydlərimizin risk altında qalması deməkdir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları bu kimi kibertəhdidlərə qarşı tədbirli olmağa və ayıq davranmağa çağırır. Bilinməyən mənbədən gələn e-poçt, mesaj, səs və videoları açmamağı, şübhəli keçidlərə daxil olmamağı və yalnız rəsmi mənbələrdən verilən informasiyaya etibar etməyi tövsiyə edir.

TƏBİB rəsmisindən koronavirus barədə maraqlı açıqlama: "Simptomu yoxdur"

Eyni zamanda, böyük həcmli həssas məlumatlarla işlədiklərini və risk faktorunun daha yüksək olduğunu nəzərə alaraq, müəssisələr də bu kimi kiberhücumlara qarşı hazırlıqlı olmalı və öz əməkdaşlarını bu risklər barədə məlumatlandırmalıdır.

E-poçt üzərindən fişinq kampaniyasından sonra bədniyyətlilər insanların koronavirusla bağlı qorxularından sui-istifadə etmək məqsədilə hədəf olaraq koronavirus xəritələrini seçib.

Bir çox təşkilatlar, o cümlədən Con Hopkins Universiteti tərəfindən ölkələr üzrə koronavirusla bağlı ən son statistik məlumatları insanlarla paylaşmaq məqsədilə koronavirus xəritələri/məlumat lövhələri yaradılıb.

Tədqiqatçılar bildirir ki, kibercinayətkarlar tərəfindən istifadəçi adları, şifrlər, kredit kartı nömrələri və istifadəçilərin brauzerində saxlanılan digər fərdi məlumatların ələ keçirilməsi üçün bu xəritələrin saxta versiyaları hazırlanıb.

Əsl koronavirus xəritələrinin əksinə, bu saxta saytlar istifadəçilərdən ən son yoluxma hallarından və statistik məlumatlardan xəbərdar olmaq üçün tətbiq yükləmələrini istəyir. İstifadəçinin kompüterini yoluxdurması üçün tətbiqin quraşdırılmasına belə ehtiyac yoxdur, təkcə yüklənilmə kifayət edir.

Bu saxta koronavirus xəritələri “AZORult” adlanan zərərli proqramın funksionallığından istifadə edir. Bu zərərli proqram 2016-cı ildə kəşf edilib və axtarış tarixçəsi, kukilər, şifrlər, kart məlumatları və digər məlumatları ələ keçirmək, həmin məlumatları kibercinayətkarlar tərəfindən idarə olunan C2 serverinə köçürmək üçün istifadə edilir. Bu proqram, həmçinin yoluxmuş cihazlara əlavə zərərli proqram yükləməyə imkan verir.

Əsl koronavirus xəritələrinin məlumat bazasından istifadə etməsinə baxmayaraq, əslində bu cür saxta saytları müəyyən etmək asandır. Saxta saytlar çox vaxt koronavirus xəritələrindən fərqli URL-dan istifadə edir və istifadəçilərdən xüsusi tətbiq yükləməyi tələb edir.

Bu növ kiberhücumun qurbanına çevrilməmək üçün istifadəçilərə tövsiyə olunur ki, koronavirusla bağlı məlumat almaq üçün yalnız təsdiq edilmiş xəritələrə müraciət etsinlər.

17
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə

"Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir" - Nazir

23
(Yenilənib 12:56 23.10.2020)
Ermənistanın son hərbi təxribatları səbəbindən Azərbaycanın bir neçə bölgəsində İKT və telekommunikasiya infrastrukturu ya tamamilə məhv edilib, ya da ciddi şəkildə ziyan görüb.

BAKI, 23 oktyabr — Sputnik. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Vyetnamın birgə təşkilatçılığı ilə "ITU Virtual Digital World 2020" beynəlxalq tədbiri çərçivəsində nazirlər səviyyəsində "dəyirmi masa" keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, BTİ-yə üzv olan çoxsaylı ölkənin İKT üzrə rəsmilərinin qatıldığı videotədbir "COVID-19" pandemiyası zamanı və sonrakı dövrdə rəqəmsal texnologiyaların rolu mövzusunu ehtiva edib.

Tədbir BTİ-nin Baş katibi Houlin Zao, Vyetnamın İnformasiya və Kommunikasiya naziri Nquyen Man Hunq və BTİ-nin Radiorabitə Bürosunun direktoru Mario Manieviçin açılış nitqləri ilə başlayıb. "COVID-19" pandemiyasının qlobal və milli səviyyədə rəqəmli inkişafa təsirinə dair müzakirələrin aparıldığı "dəyirmi masa"da Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxış edib. Nazir çıxışında ölkəmizdə "COVID-19"la mübarizə və pandemiyanın təsirini minimuma endirmək üçün görülmüş işlər barədə müfəssəl məlumat verib.

Əlində telefon olan qız, arxiv şəkli
© Sputnik / Murad Orujov

Ramin Quluzadə bildirib ki, pandemiya zamanında da vətəndaşlar yüksək keyfiyyətli nəqliyyat, poçt və telekommunikasiya xidmətləri, o cümlədən internet və mobil rabitə xidmətləri ilə təmin edilib. Telekommunikasiya infrastrukturunun davamlılığı tələbata uyğun olaraq artırılıb. Nazir dövlət qurumları tərəfindən yeni informasiya sistemlərinin yaradıldığını, xüsusi veb-saytlarla yanaşı, vətəndaşlar üçün məlumat-bildiriş sistemi və yoluxmuş insanlar üçün izləmə sistemi olaraq istifadə olunan mobil tətbiqetmənin hazırlandığını diqqətə çatdırıb.

"Pandemiya dövründə təhsil üzrə "Connected schools" və qurumlar üçün videokonfrans xidmətlərinin təmin edilməsi məqsədilə "Connected Government" layihələrinin tətbiqinə başladıq", – deyə Ramin Quluzadə qeyd edib. Nazir Azərbaycanın hazırda iki cəbhədə mübarizə apardığını söyləyib: "Pandemiya ilə yanaşı, bütün regionda İKT-nin inkişafına əngəl törədən erməni təxribatlarına və təcavüzlərinə cavab olaraq lazımi addımlar atırıq".

Ramin Quluzadə əlavə edib ki, Ermənistanın son hərbi təxribatları səbəbindən Azərbaycanın bir neçə bölgəsində İKT və telekommunikasiya infrastrukturu ya tamamilə məhv edilib, ya da ciddi şəkildə ziyan görüb. Son günlər bu təcavüz nəticəsində uşaqlar da daxil olmaqla, Azərbaycanın 63 dinc sakini həlak olub və 293 mülki şəxsi yaralanıb. Nazir çıxışının sonunda qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti inkişaf strategiyalarını genişləndirmək üçün səylərini davam etdirəcək.

23
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Baş Prokurorluq dinc əhaliyə dəyən zərərlərin statistikasını açıqladı
İşğal olunmuş ərazidə Qırmızı kitaba düşən 120-dək flora və fauna növündən məlumat yoxdur
Terror təhlükəsiylə bağlı yeni müraciət
Putin: "Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"
Beynəlxalq təşkilatlar rayonlarımızın raket atəşinə tutulması barədə məlumatlandırılıb
Əlində telefon olan qız, arxiv şəkli

Qarabağ artıq əhatə dairəsində

86
(Yenilənib 11:59 23.10.2020)
"Azercell Telekom" MMC işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlayıb və orada dördüncü nəsil LTE radio baza stansiyalarını quraşdırmaqdadır

BAKI, 23 oktyabr — Sputnik. Böyük sevinc hissi ilə bildirmək istəyirik ki, "Azercell Telekom" MMC işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlayıb və orada dördüncü nəsil LTE radio baza stansiyalarını quraşdırmaqdadır.

Sputnik Azərbaycan-a Azercell şirkətindən verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində qəhrəman ordumuzun bu zəfər yürüşünün möhtəşəm bir qələbə ilə başa çatacağına əmindir. Buna görə də operator ölkəmizin azad edilmiş bütün tarixi ərazilərini müasir mobil şəbəkə ilə əhatə etməyə, eləcə də tezliklə öz evlərinə qayıdacaq sakinlərini fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyə hazırdır. Azərbaycanda bağlantısız heç bir nöqtə qalmayacaq! Qarabağdan eşidilmək ümidilə #gəlirik! Qarabağ Azərbaycandır!

86
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan millətimizə səsləndi: "Aman, fransız markalı malları almayın!"

0
(Yenilənib 17:45 26.10.2020)
Türkiyə Prezidenti: Bütün dünyanın gözləri önündə Fələstində zülm, İraq və Əfqanıstanda terror can almağa davam edir. Fransada yaşananlar, Almaniyada yaşananlar dünyanın gözü önündə olur.

BAKI, 26 oktyabr — Sputnik. Bütün dünyanın gözləri önündə Fələstində zülm, İraq və Əfqanıstanda terror can almağa davam edir. Fransada yaşananlar, Almaniyada yaşananlar dünyanın gözü önündə olur. Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bütün dünyanın gözləri önündə Fələstində zülm, İraq və Əfqanıstanda terror can almağa davam edir. Fransada yaşananlar, Almaniyada yaşananlar dünyanın gözü önündə olur. Qərb, xüsusi ilə Xristian dünyasına səslənirəm. İnsanıq, insan olaraq Xristian olmaq günah deyil, ona da sahib çıxırıq. Fransada müsəlmanlara qarşı zülm varsa, orada sahib çıxaq deyə dünya liderlərinə səslənirəm. Necə ki, Fransada türk markalı mal almayın deyirlərsə, mən də buradan millətimə səslənirəm: aman, fransız markalı malları almayın", - deyə Ərdoğan qeyd edib.

0
Əlaqədar
Dünya müsəlmanları Fransa mallarını boykot etməyə çağırırlar
Ərdoğan: "Azərbaycanın yanında olduğumuz üçün günahlandırıldıq"
Ərdoğan: "Azərbaycandakı faciələrin arxasında Fransa dayanır