İnternet routeri

Yaxşı "tor"a düşmədiyimizə görə ancaq təəssüflənmək qalır

153
Müqayisə üçün, hesabata görə, 5 Gb həcmdə videonu yükləmək üçün Rusiyada 45 dəqiqə 51 saniyə, reytinqə başçılıq edən Tayvanda isə cəmi 8 dəqiqə 2 saniyə tələb olunur

BAKI, 23 fevral — Sputnik. Ən sürətli internetə malik ölkələrin siyahısı açıqlanıb.

Sputnik Azərbaycan bildirir ki, reytinqə Tayvan, Sinqapur, Cersi (La-Manşda ada), İsveçrə və Danimarka başçılıq edir. Bu barədə WebsiteToolTester-in hesabatında qeyd edilib.

İyirmiliyə Yaponiya, Lüksemburq, Niderland, İsveçrə, Norveç, Andorra, İspaniya, Belçika, ABŞ, Latviya, Yeni Zelandiya, Honkonq, Macarıstan və Litva da daxildir.

Azərbaycan siyahıda 150-ci sırada qərarlaşıb.

Qonşularımızdan Rusiya 207 ölkə arasında 53-cü, Gürcüstan 97-ci, Türkiyə 111-ci, Ermənistan 119-cu, İran 127-cidir.

Müqayisə üçün, hesabata görə, 5 Gb həcmdə videonu yükləmək üçün Rusiyada 45 dəqiqə 51 saniyə, reytinqə başçılıq edən Tayvanda isə cəmi 8 dəqiqə 2 saniyə tələb olunur.

153
Əlaqədar
Yenilənmə Windows istifadəçilərini internetsiz qoydu
Azərbaycan mobil internet reytinqində
Azərbaycanlı müğənni "Google Rusiya"nın baş reklam qəhrəmanı olub - VİDEO
"Samsung" rusiyalıların televizorlarını bağladı
Biabırçılıq – Nəhəng şirkətlər neylədiyinizi, hətta hansı pornoları izlədiyinizi də bilir