BAKI, 3 fevral — Sputnik. Rusiyada iki metr uzaqlıqdan telefonun batareyasını şarj etməyə imkan verən qurğu yaradılır.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, qurğunun sənaye istehsalına iki ildən sonra başlanacaq.
Elektron qurğular üçün naqilsiz şarj alətləri çoxdan bazarlarda satılır. Ancaq onların bir əmması var ki, gərək qadcetin yanında olsunlar. Elektriki onlar qurğunun içində quraşdırılan dolaqdan maqnit induksiyası vasitəsilə smartfonda yerləşən digər dolağa ötürür.
"WIPOT" adlı layihənin rəhbəri Mixail Komarov deyib ki, mütəxəssislər dolaqların tezlikləri arasında yaranan maqnit rezonansını işə salaraq səmərəli iş sahəsini artırıblar. Alimlərin yeni icadı hətta telefonu cibdən çıxarmadan belə şarj etməyə imkan yaradacaq.
Onun radiusu iki m olacaq. Faydalı iş əmsalı isə analoqlarınınkına bərabər olacaq - 30%. Mütəxəssislər deyirlər ki, qurğu insan səhhətinə zərər verməyəcək, çünki müasir elektron cihazların işlətdiyi dalğa diapazonunda işləyəcək. Enerji ötürülməsinin gücü bir neçə qadceti - smartfon, naqilsiz qulaqcıqlar, saat və s. - elektriklə təmin etməyə yetəcək.
Qurğunun prototiplərini alimlər test mərhələsindən keçirirlər.
İnternet artıq çoxdan insan həyatının ən müxtəlif sahələrinə nüfuz edib. Hətta onun inkişafı sayəsində yeni "ağıllı ev" konsepsiyası da ortaya çıxıb. Bütün dünyanı bürüyən "hörümçək toru" yaranandan bəri onun sürəti mühüm əhəmiyyət kəsb edir. Dial-up - analoq tipli qoşulma dövrü çoxdan geridə qalsa da, internetin sürəti məsələsi həmişə aktualdır.
Oxucularımız internetə qoşulma sürətinə görə mütəxəssislərin tərtib etdiyi reytinq cədvəlində ölkəmizin hansı yerdə olduğunu Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından öyrənə bilərlər. Hələlik Azərbaycan reytinq cədvəlində orta mövqeyini qoruyub saxlayır.
Maraqlıdır ki, dünyada həm sabit, həm də mobil internet siyahısında liderlər məhz Asiya ölkələridir. Üstəlik, bu ölkələr heç də həmişə, belə demək mümkünsə, inkişaf etmiş texniki bazaya sahib olmur. Bununla belə, zəif internetə malik ölkələr də əsasən Asiya qitəsinin payına düşür.
BAKI, 14 yanvar - Sputnik. Rusiyanın koronavirus infeksiyasına qarşı "Sputnik V" peyvəndinin Twitter-dəki hesabı bloklanıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondu məlumat yayıb.
"Twitter vasitəsilə biz peyvənd, onun xüsusiyyətləri haqda məlumatı bölüşürdük. Twitter üzərindən biz AstraZeneca-ya "Sputnik V" vaksininin komponentlərindən birindən istifadə etməyi təklif etdik və birgə kliniki sınaqlar keçirmək barədə razılığa gəldik".
RBİF-in məlumatı
Fond bütün istifadəçilərdən Twitter-ə müraciət edərək hesabın qaytarılmasını xahiş etmələrini istəyib. Çağırışdan təxminən bir saat sonra hesaba qoyulan məhdudiyyət aradan qaldırılıb.
Ötən həftə müxtəlif hadisələrlə yadda qaldı. Əsas problemimiz - koronavirusdur, dünya iki milyondan artıq insanın ömrünə son qoyan mərəzlə mübarizəsini davam etdirir.
ABŞ Nümayəndələr Palatası ikinci dəfə tərəfdarlarını Kapitoliyə hücuma təhrik etdiyi iddia olunan Donald Trampın impiçmentinə səs verdi. Tramp iki dəfə impiçment elan olunan prezident kimi ABŞ tarixinə düşdü.
İndoneziyada Boeing 737-500 sərnişin təyyarəsi qəzaya uğradı. Göyərtədəki 65 nəfərdən heç biri sağ qalmadı. Qəzanın səbəbləri isə hələ də araşdırılır.
İspaniya sakinləri əsl qışın xoş olmayan dadını yaşadılar. "Filomena" qasırğası qarsız qışa öyrəşmiş Pireney yarımadasını ağ rəngə bürüdü.
Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.
Nikosiyanın mərkəzində mağaza sahibi maskalı, amma çılpaq maneken aparır, Kipr
Liva səhrasında adam, BƏƏ
Madriddə gənclər nəhəng qartopu düzəldirlər, İspaniya
Yokohamada kimonolu qızlar həddi-büluğa çatma mərasimində, Yaponiya
Yerusəlimdə etiraz iştirakçısı əlində nəhəng şpris tutub, İsrail
Paluda dağıdılmış abidənin yanında oynayan uşaqlar, İndoneziya
Nümayəndələr Palatasının üzvü Viki Hartsler və parlament üzvü Maykl Valts Milli Qvardiyanın əsgərlərinə pizza paylayırlar
Qız okean üzərində ipdən sallanıb
Spiker Nensi Pelosi ABŞ Prezidenti Donald Trampa qarşı imzalanmış impiçment sənədini təqdim edir
Romada bir evin pəncərəsindəki pişiklərin şəklini çəkən adam, İtaliya
Katmanduda qarşıdurmalarda xəsarət alan adama yardım göstərilir, Nepal
Kampalada qadın başında ananas aparır, Uqanda
ID2299 qalaktikasının bədii təsviri
Pekində kişi ilə uşaq donmuş gölün üzəriylə kirşədə gedirlər, Çin
Hokkaydonun tropik botanika bağında əntər meymunlar isti bulaqda çimirlər, Yaponiya
Qırmızı Xaçın əməkdaşı Sriwijaya Air şirkətinin Yava dənizində qəzaya uğramış təyyarəsinin turbinini dezinfeksiya edir
Frankfurt yaxınlığındakı Kronberq şəhəri səhər günəşini qarşılayır, Almaniya
Güclü qar səbəbindən qəzaya uğrayan avtobusların yanında polislər, İsveç
ABŞ-da etiraz edənlər və qaçışa çıxmış qız
Santiago a Mil Beynəlxalq Teatr Festivalında Fuego Rojo ifa edən La Patogallina və Ciclicus teatr truppalarının rəqqasları, Santyaqo, Çili
Belqradda avtobus sərnişinləri, Serbiya
Yağış mövsümündə çayda sörfinq, Braziliya
Hanoyda Opera Teatrının yanında qız, Vyetnam
Donmuş Xan çayı üzərində körpü, Seul, Cənubi Koreya
Pyatiqorskda isti kükürdlü su vannası qəbul edən qızlar, Rusiya