Smartfon

Telefon sahibindən xəbərsiz şəkil silir

26
(Yenilənib 23:44 31.01.2020)
Google hələ ki problemi aradan qaldırmadığından "SlashGear" Android-in endirim qovluğundakı şəkillərin yerini dəyişməməyi məsləhət görüb

BAKI, 1 fevral — Sputnik. Android 9 əməliyyat sisteminin istifadəçiləri problemlə qarşılaşıblar.

Sputnik Azərbaycan bildirir ki, smartfon sahiblərinin şikayətlərini "SlashGear" nəşri işıqlandırıb.

İstifadəçilərdən biri Android 9 ƏS səhvi barədə hesabat dərc edib. Onun sözlərinə görə, telefonundan şəkillər silinməyə başlayıb. İstifadəçi dəqiqləşdirib ki, internetdən endirilən şəkillər endirim qovluğundan istənilən digərinə köçürülərkən sistem onları özbaşına silir.

İstifadəçi bildirib ki, digər qovluğa köçürülmə zamanı silinməyən şəkillər sadəcə açılmaya da bilər. "Endirim" sistem qovluğunun adı dəyişdirilərkən də eyni problem yaşanır. Həmçinin məsələ yalnız şəkillərdədir, digər endirilən faylları heç bir problem olmadan qovluqdan-qovluğa köçürmək olur.

"SlashGear" bildirir ki, problem "Doze" enerji qoruması rejimindəki baqla əlaqəli ola bilər. O, ilk dəfə 2015-ci ildə Android Marshmallow ƏS ilə birlikdə peyda olub. Google hələ ki problemi aradan qaldırmadığından "SlashGear" Android-in endirim qovluğundakı şəkillərin yerini dəyişməməyi məsləhət görüb.

26

Ən sürətli internet kimdədir?

912
(Yenilənib 18:38 14.01.2021)
Azərbaycanda istifadəçilərin telefonla internet arasında seçim etməli olduqları dövr arxada qalıb. Ölkəmiz internetə qoşulma sürətinə görə dünya reytinq cədvəlində heç də pis mövqe tutmur.
© Sputnik / Elnur Salayev

İnternet artıq çoxdan insan həyatının ən müxtəlif sahələrinə nüfuz edib. Hətta onun inkişafı sayəsində yeni "ağıllı ev" konsepsiyası da ortaya çıxıb. Bütün dünyanı bürüyən "hörümçək toru" yaranandan bəri onun sürəti mühüm əhəmiyyət kəsb edir. Dial-up - analoq tipli qoşulma dövrü çoxdan geridə qalsa da, internetin sürəti məsələsi həmişə aktualdır.

Oxucularımız internetə qoşulma sürətinə görə mütəxəssislərin tərtib etdiyi reytinq cədvəlində ölkəmizin hansı yerdə olduğunu Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından öyrənə  bilərlər. Hələlik Azərbaycan reytinq cədvəlində orta mövqeyini qoruyub saxlayır.

Maraqlıdır ki, dünyada həm sabit, həm də mobil internet siyahısında liderlər məhz Asiya ölkələridir. Üstəlik, bu ölkələr heç də həmişə, belə demək mümkünsə, inkişaf etmiş texniki bazaya sahib olmur. Bununla belə, zəif internetə malik ölkələr də əsasən Asiya qitəsinin payına düşür.

912

Bunu da gördük: vaksinin akkauntunu bağladılar

28
(Yenilənib 22:42 14.01.2021)
Rusiya Birbaşa İnvestisiyalar Fondu bütün istifadəçilərdən Twitter-ə müraciət edərək hesabın qaytarılmasını xahiş etmələrini istəyib

BAKI, 14 yanvar - Sputnik. Rusiyanın koronavirus infeksiyasına qarşı "Sputnik V" peyvəndinin Twitter-dəki hesabı bloklanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondu məlumat yayıb. 

"Twitter vasitəsilə biz peyvənd, onun xüsusiyyətləri haqda məlumatı bölüşürdük. Twitter üzərindən biz AstraZeneca-ya "Sputnik V" vaksininin komponentlərindən birindən istifadə etməyi təklif etdik və birgə kliniki sınaqlar keçirmək barədə razılığa gəldik". 
RBİF-in məlumatı

Fond bütün istifadəçilərdən Twitter-ə müraciət edərək hesabın qaytarılmasını xahiş etmələrini istəyib. Çağırışdan təxminən bir saat sonra hesaba qoyulan məhdudiyyət aradan qaldırılıb.

28
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Twitter, Sputnik-V peyvəndi, Rusiya
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Manat, arxiv şəkli

Yardım dayandırılmayıb - Şahmar Mövsümov

0
(Yenilənib 20:07 16.01.2021)
"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur" - Prezidentin köməkçisi

BAKI, 16 yanvar — Sputnik. Sahibkarlara dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbirlər planı üzrə proseslər davamlı olaraq həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov deyib ki, müxtəlif sahələr və istiqamətlərdə sahibkarlara yardım nəzərdə tutulub:

"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur. Ümumilikdə zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb".

0