Xaker

İnternetdə fırıldaqçılığın yeni növü

71
(Yenilənib 18:52 22.01.2020)
Fırıldaqçılar özlərini fərdi məlumatların müdafiəsi fondunun nümayəndələri kimi təqdim edərək, fərdi məlumatları ələ keçirir və bundan pul qazanırlar

BAKI, 22 yanvar — Sputnik. "Kaspersky Lab"ın mütəxəssisləri internetdə yeni fırıldaq sxemini aşkarlayıblar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə"Kaspersky Lab" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, fırıldaqçılar özlərini fərdi məlumatların müdafiəsi fondunun nümayəndələri kimi təqdim edərək, fərdi məlumatları ələ keçirir və bundan pul qazanırlar. Onlar bu fondun ABŞ Federal Ticarət Komissiyası tərəfindən yaradıldığını bildirirlər.

Özlərinə feyk sayt yaradan kibercinayətkarlar internet istifadəçilərinə fərdi məlumatların oğurlanmasına görə kompensasiya ödəyəcəklərini deyirlər. Sözügedən cinayət halı daha çox Rusiya, Əlcəzair, Misir və Birləşmiş Ərəb Əmirliklərində və s. ölkələrdə qeydə alınıb. Cinayətkarlar internet istifadəçilərindən məlumatlarının oğurlanıb-oğurlanmadığını yoxlamaq adı ilə bir sıra şəxsi informasiya alırlar. Bura ad, soyad, telefon nömrəsi və sosial şəbəkələrinin linki daxildir. İnformasiyaları aldıqdan sonra isə istifadəçiyə fərdi məlumatlarında boşluq aşkarlandığını bildirərək, onlara kompensasiya ödəniləcəyini deyirlər. Kompensasiyanı almaları üçün isə sosial sığorta nömrələrini istəyirlər. Sonra o nömrənin bazada görünmədiyini deyərək, müvəqqəti olaraq 9 dollara yeni nömrə almağı təklif edirlər. Şirkət mütəxəssisləri bu kimi təkliflərə skeptik yanaşmanı tövsiyə edir. Eyni zamanda, etibarlı sayt və tətbiqlərdən istifadə etməyi məsləhət görürlər.

71
Əlaqədar
Azərbaycanda valideynlərin uşaqlarla bağlı etdikləri dəhşətli səhv
ABŞ kibermüharibə hazırlayır, bəhanəsi var
ABŞ rəqiblərinin müdafiə sistemini "dəlmə-deşik" edəcək - Asiyada vəziyyət dəyişəcək
Saxta profil sahiblərini nə gözləyir?
Ekspert Kibertəhlükəsizlik üzrə Milli Strategiya barədə: ondan heç kimin xəbəri yoxdur
Qadın telefonla maşında, arxiv şəkli

Telefon nömrələrinizi vacib hesablardan ayırın, səbəb ciddidir

48
(Yenilənib 22:35 21.11.2020)
Məsələn, bank tətbiqetmələri saytlarda, xüsusən də digər şəxsi məlumatlarla birlikdə buraxdığınız ümumi nömrəyə bağlanmamalıdır. Spam poçt və onlayn alış-verişlər üçün virtual nömrədən istifadə edin.

BAKI, 21 noyabr — Sputnik. İstənilən telefon nömrəsini internet vasitəsilə tapmaq mümkündür. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Rusiya Rəqəmsal Ekspertiza Mərkəzinin rəhbəri Anton Kukanovun sözlərinə görə, sosial şəbəkə istifadəçiləri özləri haqqında çox sayda fərdi məlumatlar paylaşırlar.

"Messenger, eləcə də sosial şəbəkələrdəki səhifələr bir istifadəçi haqqında məlumat tapmağa yardım edə bilər. Bu, telefon nömrəsi ilə edilən axtarış sayəsində mümkündür. Bu funksiyanı ləğv etsəniz də, mesajlaşma və sosial şəbəkələrdə eyni avatardan istifadə edirsinizsə, axtarış sistemində elementar şəkil axtarışı zamanı belə, şəbəkə təcavüzkarları ümumi bir səhifəyə aparacaq", - deyə o, bildirib.

Ekspert əlavə edib ki, sosial şəbəkələrdə məlumatlarınız hər kəsə açıqdırsa, hər kəs şəxsi məlumatlarınızı, yaşayış yerinizə, işlədiyiniz və ya təhsil aldığınız yerə, dostlarınızın kim olduğuna, nə ilə maraqlandığınıza və hətta gündəlik səyahətlərinizin marşrutuna qədər öyrənə bilər. Onun sözlərinə görə, bu dələduzlar tərəfindən qeyri-adi məqsədlər üçün istifadə edilə bilər.

Bu səbəbdən də, dələduzlara imkan yaratmamaq üçün vacib olan və olmayan hesablardan mobil nömrələrinizi ayırın.

Məsələn, bank tətbiqetmələri saytlarda, xüsusən də digər şəxsi məlumatlarla birlikdə buraxdığınız ümumi nömrəyə bağlanmamalıdır. Spam poçt və onlayn alış-verişlər üçün virtual nömrədən istifadə edin.

"Fotoşəklinizi və ani mesajlaşmalardakı şəxsi məlumatlarınızı ümumi baxışdan yığışdırın. Hətta yaxşı olardı ki, hesabınızı telefon nömrəsi ilə sosial şəbəkələrdə axtarma funksiyasını bağlayasınız. Həmişə iki faktorlu identifikasiya və mürəkkəb parollardan istifadə etməlisiniz", - deyə Kukanov bildirib.

48
Teqlər:
elektron poçt, e-poçt, spam, messenger, Rusiya
Co Bayden, arxiv şəkli

"Twitter" prezident hesabını Co Bayden üçün hazırlayır

11
"Twitter, 20 yanvar 2021-ci ildə Ağ Evin idarə hesablarının köçürülməsini dəstəkləməyə fəal hazırlaşır " - deyə Pasilio vurğulayıb.

BAKI, 21 noyabr — Sputnik. Twitter rəsmi prezident hesabını Co Baydenə təhvil verməyə hazırlaşır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, sosial şəbəkənin sözçüsü Nik Pasilio bildirib ki, şəbəkə ABŞ prezidenti Co Baydenin andiçməsindən sonra rəsmi hesab üzərində nəzarəti ona təhvil verəcək.

Pasilionun sözlərinə görə, Donald Tramp öz məğlubiyyətini etiraf etməsə belə bu baş verəcək.

"Twitter, 20 yanvar 2021-ci ildə Ağ Evin idarə hesablarının köçürülməsini dəstəkləməyə fəal hazırlaşır " - deyə Pasilio vurğulayıb.

O dəyişikliklərin Amerika Birləşmiş Ştatları administarsiyasının onlarla digər rəsmi hesablarına da təsir edəcəyini deyib.

11
Teqlər:
Twitter, Donald Tramp, Co Bayden
İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam

0
(Yenilənib 17:15 24.11.2020)
Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

BAKI, 24 noyabr — Sputnik. "Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim"i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

0