CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saxta profil sahiblərini nə gözləyir?

CC0 / Pexels / phoneЧеловек с телефоном в руке. Архивное фото
Человек с телефоном в руке. Архивное фото  - Sputnik Azərbaycan
Abunə olmaq
"Sosial şəbəkənin mənbəyi araşdırılanda məlum olur ki, bu ya Avropadadır, ya Amerikadadır" - Səməd Vəkilov

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Son zamanlar sosial şəbəkələrdə saxta profillərlə vətəndaşların şərəf və ləyaqətlərinin alçaldılması, şər-böhtan xarakterli məlumatların paylaşılması faktları geniş formada müşahidə edilir.

Hüquqşünas Səməd Vəkilovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, internet informasiya resursunda saxta istifadəçi adlarından, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - kibercinayətkarlıqdır.

Шприц в руке, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sosial şəbəkədən təyinatı üzrə istifadə etməyən şəxs saxlanılıb

"Bundan xaricdə olan şəxslər daha çox istifadə edirlər. Onlar saxta profillərlə şəxslərin şərəf və ləyaqətini alçaldan əməllər törədirlər. Sosial şəbəkənin mənbəyi araşdırılanda məlum olur ki, bu ya Avropadadır, ya Amerikadadır. Yəni elə bir ölkədədir ki, onu həmin cinayətə görə məsuliyyətə cəlb etmək çox çətindir. Bu, təhlükəsizlik işçilərini düşündürən aktual məsələlərdən biridir".

Onun sözlərinə görə, belə olan halda cinayətin baş vermə yeri, qanunvericiliyin bu məsələni necə tənzimlədiyi və hansı ölkənin qanunvericiliyi ilə tənzimlədiyi hələ ki, açıq olaraq qalır.

"Texnologiya inkişaf etdikcə kibercinayətkarlığa qarşı qanunvericilik də təkmilləşdirilməlidir. Bununla bağlı daha sərt mexanizmlər işlənilməlidir. Ancaq hələ ki, bu məsələdə qanunvericilik texnologiya ilə tərs mütənasiblik təşkil edir. Texnologiya inkişaf edir. Ancaq saxta profillərin araşdırılması, cinayətin baş vermə yeri və qanunvericiliyin tətbiqi problemləri hələ də qalmaqdadır", - deyə Vəkilov bildirib.

Ölkəmizdə bu cür hallar Cinayət Məcəlləsinin 148-1 maddəsi ilə tənzimlənir.

Vəkilovun sözlərinə görə, əgər real şəxslər internet səhifəsində şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən məlumatlar yayarlarsa, bu halda həmin maddənin sanksiya hissəsində nəzərdə tutulmuş cəza tətbiq edilir. Vətəndaşlar belə halla qarşılaşan zaman məhkəmə orqanlarına müraciət etməlidirlər.

Мужчина в коридоре, фото из архива - Sputnik Azərbaycan
Nazirliklə provayder arasında qalmaqal böyüyür - Oğurladığınız müştərilərimizi qaytarın

Cinayət Məcəlləsinin 148-1 maddəsində qeyd olunur ki, internet informasiya resursunda saxta istifadəçi adlarından, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xatırladaq ki, Ali Məhkəmə Plenumunun Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 21.02.2014-cü il 3 saylı qərarına görə, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır.

Xəbər lenti
0