Əsəsbi adam, arxiv şəkli

Nazirliklə provayder arasında qalmaqal böyüyür - Oğurladığınız müştərilərimizi qaytarın

1212
(Yenilənib 16:52 07.11.2019)
"Xırdalan, Sulutəpə, Binəqədi üzrə bizdən internet alan abonentlərimiz heç bir ləğv ərizəsi yazmadan avtomatik “Aztelekom” MMC-yə keçirdiliblər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 noyabr — Sputnik. Bir aya yaxındır ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  ilə Azərbaycanın özəl internet provayderi olan “Avirtel” MMC arasında məhkəmə çəkişməsi davam edir. Bu gün “Avirtel” MMC ilə nazirliyə məxsus “Aztelekom” MMC arasında yaranmış narazılığa nazir müavini Elmir Vəlizadə münasibət bildirib. O qeyd edib ki, nazirlik özəl internet provayderlərinə fəaliyyət göstərmək üçün tam şərait yaradıb: “Bununla belə, əgər hər-hansı provayderin nədənsə narazılığı varsa, nazirliyə müraciət edə bilər. Bütün şikayətlərə baxılır”.

Sputnik Azərbaycan-a açıqlama verən “Avirtel” MMC-nin müştəri xidmətinin rəhbəri Tarıyel Əliyev isə nazirliyin onların fəaliyyətinə məhdudiyyət qoymaqda davam etdiyini söyləyib: “Belə açıqlama verilsə də, bizim “Aztelekom” MMC tərəfindən oğurlanmış müştərilərimiz hələ də qaytarılmayıb. Oktyabr ayının 10-dan bizə məxsus avadanlıqlar hər üç ATS-də söndürülüb. Xırdalan, Sulutəpə, Binəqədi üzrə bizdən internet alan abonentlərimiz heç bir ləğv ərizəsi yazmadan avtomatik “Aztelekom” MMC-yə keçirdiliblər. Halbuki, abonent ləğv ərizəsi yazmadan provayderi dəyişə bilməz. Abonentlər özləri də bununla bağlı “Aztelekom” MMC-yə narazılıqlarını bildiriblər. Buna baxmayaraq, bu dövlət provayderinin bizdən oğurladığı müştərilər geri qaytarılmır. Buna görə də, biz Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində Abşeron Telekommunikasiya Qovşağına qarşı iddia qaldırmışıq. ATS-dən müştərilərə belə bəhanə gətiriblər ki, guya bizim avadanlıq işləmir. Bəzi abonentlərə isə deyiblər ki, “Avirtel” MMC-nin borcu var. Bir qismə isə bizimlə müqavilənin müddətinin bitdiyini əsas gətiriblər".

Avritellə bağlı şikayət
Avritellə bağlı şikayət

"Aztelekom" MMC-dən isə Sputnik Azərbaycan-a bildirdilər ki, “Aztelekom” tərəfindən irimiqyaslı layihələr həyata keçirilir: “Layihələr çərçivəsində bir neçə regionun telekommunikasiya infrastrukturu yenidən qurulur, TDM (Time Division Multiplexing - red.) stansiyaları NGN (Next Generation Networks - red.) şəbəkə avadanlıqları ilə əvəz edilir, köhnə mis kabellər istismardan çıxarılır, əvəzinə isə yeni fiberoptik kabellər çəkilir. Layihəyə start verilməsindən 12 ay əvvəl bölgələrdə fəaliyyət göstərən provayderlər infrastrukturun yenilənməsi haqda rəsmi məlumatlandırılıb, onlara istifadə etdikləri avadanlıqların yeni qurulacaq şəbəkəyə uyğunlaşdırılmasına ehtiyac olduğu bildirilib.

Məktəblilər planşet ilə, arxiv şəkli
© AFP 2020 / DAMIEN MEYER
Buna baxmayaraq, əksər provayderlər, o cümlədən “Avirtel” tərəfindən dəfələrlə onlara göndərilən məktublara baxmayaraq heç bir tədbir görülməyib. Nəticədə həmin provayderin abunəçiləri telekommunikasiya xidmətlərindən məhrum olublar. Yaranmış şəraiti nəzərə alaraq, “Aztelekom” milli rabitə operatoru olaraq digər provayderlərin öz infrastrukturunu yeniləmə prosesində olduğu müddət ərzində həmin abunəçilərə bir müddət təmənnasız internet xidmətlərindən istifadə imkanı təqdim edib. Ötən müddət ərzində vətəndaşların bir qismi öz istəyi ilə “Aztelekom”la abunə müqaviləsi imzalayaraq xidmətlərimizdən yararlanmağa başlayıblar. Digər abonentlər isə alternativ provayderlərin xidmətlərindən istifadə etməkdədirlər”.

Dövlət provayderindən həmçinin bildiriblər ki, 2016-cı ildə isə göstərilən xidmətlərə görə tariflərdə dəyişiklik edildiyindən, yeni şərtlərə uyğun müqavilə bağlanmasına ehtiyac yaranıb: “Bununla bağlı bütün provayderlər, o cümlədən “Avirtel” rəsmi şəkildə məlumatlandırılıb. Lakin bütün digər provayderlər həmin tariflərə uyğun müqavilə bağlasa da, “Avirtel” həmin müqaviləni imzalamaqdan imtina edib, eyni zamanda 2013-cü ildən müəyyən edilmiş tariflərlə hesablanmış müqavilə üzrə ödənişləri icra etməkdən qəsdən yayınıb. Müqavilənin tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi müddəasına əsasən, növbəti müddətə uzadılmayacağına dair “Aztelekom” “Avirtel”ə 30 noyabr 2018-ci il və 6 dekabr 2018-ci il tarixli rəsmi bildirişlər göndərib.

Avritellə bağlı şikayət
Avritellə bağlı şikayət

Hazırda “Avirtel”in Abşeron TKQ-nin xidməti ərazilərindəki binalarda öz avadanlıqlarını yerləşdirməsinin və eyni zamanda elektrik enerjisindən istifadə etməsinin heç bir hüquqi əsası yoxdur. “Avirtel” bütün bunlardan xəbərsiz olan abunəçilərini məsələnin əsl mahiyyətindən yayındıraraq bu məsələdə “Aztelekom”u, o cümlədən onun regionlarda fəaliyyət göstərən struktur bölmələrini günahlandıraraq məsuliyyəti öz üzərindən atmağa, dövlət şirkətinə qarşı vətəndaşlarda hiddət hissini yaratmağa çalışır”.

Qeyd edək ki, yaranmış vəziyyətdən “Avirtel” MMC-nin müştəriləri də narazıdırlar. Onlar provayderin "Facebook" sosial şəbəkəsindəki hesabında internetlərinin kəsilməsindən, "Aztelekom"-a keçirilməsindən narazılıqlarını ifadə ediblər.

1212
Əlaqədar
Köhnə model "iPhone"ların internetə çıxışı bağlana bilər
Uşaqlar arasında psixi pozuntuların artmasının ilginc səbəbi - Düşmən evin içindədir
Ehtiyatlı olun: "Kaspersky Lab" fişinq hücumların artması barədə xəbərdarlıq edir
Azərbaycanın internet sürətinə görə yeri bəlli oldu
Uşaqları zərərli informasiyadan qorumayanların vəziyyəti pis olacaq
Əli Abbasov, arxiv şəkli

Keçmiş nazirimizin daha bir vəzifəsini əlindən aldılar

61
(Yenilənib 11:12 14.08.2020)
Əli Abbasovun xələfi parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

BAKI, 14 avqust — Sputnik. AMEA Rəyasət Heyətinin qərarı ilə əməkdar mühəndis Vasif Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin olunub. O bu vəzifədə Əli Abbasovu əvəz edib.

YTP-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, V.Abbasov parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

61
Intel şirkətinin loqosu, arxiv şəkli

Bir, iki, üç... məxfi məlumatlar getdi "Intel"in laqeydliyi ona baha başa gəlib

91
(Yenilənib 11:42 10.08.2020)
Anonim haker təxminən 20 GB məxfi məlumatı internetə sızdırıb. Məlumatlar kompüter istehsalçısı "Intel"in serverlərindən götürülüb. Maraqlıdır ki, qovluqların kilidlənməsi üçün istifadə olunan şifrə çox sadə imiş - "Intel123"

BAKI, 10 avqust — Sputnik. "Intel" şirkətinin təhlükəsizlik sistemində "dəlik" var imiş və anonim haker bundan istifadə edərək şirkətin 20 giqabayt məlumatını sızdıra bilib.

Sputnik radiosu xəbər verir ki, bu barədə məlumatı isveçli İT məsləhətçisi Tilli Kottmann yayıb.

Kottmann bu faylları anonim mənbədən aldığını izah edib. O, ən yaxın gələcəkdə daha çox qapalı məlumatları dərc edəcəyini vəd edib.

Sızan məlumatlar arasında "Intel CEFDK" yükləyicilərinin mənbə kodları, eləcə də Amerika şirkətinin müxtəlif platformalar üçün yaratdığı prosessorların proqram təminatının mənbə kodları var.

Korporasiyanın proqram təminatında səhvlərinin axtarışı üçün istifadə etdiyi bir neçə daxili proqramı da sızdırılıb.

Qeyd edək ki, Kottmann sızdırılmış arxivi araşdırıb və orada şifrə ilə qorunan zip arxivlər tapıb. O, arxivlərin "Intel123" və ya "intel123" şifrələri ilə açıldığını müəyyən edib. Lakin bu şifrə bütün arxivləri açmır.

Kottmann müəyyən edib ki, "Intel"də məlumatları qorumaq üçün məhz bu cür şifrələrdən istifadə edilir.

"ZDNet" nəşrinin mütəxəssisləri sızıntını təhlil ediblər və orada həqiqətən də "Intel"in əqli mülkiyyətinə dair məlumatların, sənədlərin və mənbə kodlarının olduğunu təsdiq ediblər. Arxivdəki faylların bir hissəsi bu ilin mayına aiddir.

"Intel" artıq sızıntını araşdırır. Amma çox gec deyil?

91
Əlaqədar
Kibercinayətkarlar "Zoom"-a hücumlar edirlər
Dediyini etdi! Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzalayıb
İki ölkənin gizli ticarət sənədləri oğurlandı – səsi bir il sonra çıxdı
"İnstagram" parolu və "Whatsapp" mesajına aldanmayın - Bu təxribat ola bilər
Böyük hücum! İlon Mask, Bill Qeyts və digər məşhurların "Twitter" hesabları sındırılıb
Laboratoriya işçisi, arxiv şəkli

ABŞ koronavirus istehsalına başlayıb peyvənd olanlara vurulacaq

0
(Yenilənib 20:05 14.08.2020)
İnstitutun açıqlamasına görə, COVID-19 peyvəndi edilmiş insanlar üzərində vaksinin insanlara olan əks-təsirləri ilə bağlı araşdırmalara başlanılır

BAKI, 14 avqust — Sputnik. Dünyada koronavirusdan daha çox zərər görən ölkənin - ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu korona virusu istehsal etməyə başlayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, virus COVID-19 peyvəndinin sınaqlarında iştirak edən şəxslərə vurulacaq.

İnstitutun açıqlamasına görə, COVID-19 peyvəndi edilmiş insanlar üzərində vaksinin insanlara olan əks-təsirləri ilə bağlı araşdırmalara başlanılır: "ABŞ alimləri könüllü şəkildə koronavirus peyvəndi edilmiş şəxslərə istehsal etdikləri virusu vuracaqlar. Bunun üçün proseslərə başlanılıb".

 

0
Teqlər:
ABŞ, COVID-19, Koronavirus
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Yenə yüksəlir: Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxub
Həkim koronavirusun insanın beynini necə sıradan çıxarmasından danışıb
Hindistan koronavirus əleyhinə dərmanın satışına başladı - 64 manata
Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu
Koronavirusa qarşı peyvənddən xəstələnmək olarmı?