Smartfonda Whatsapp tətbiqi, arxiv şəkli

Artıq "WhatsApp" mesajlarınıza görə arxayın ola biləcəksiniz

84
(Yenilənib 17:04 02.11.2019)
Bunun üçün tətbiqin nizamlanmasına daxil olaraq "barmaq izi kilidi" funksiyasını aktivləşdirməlisiniz.

BAKI, 2 noyabr — Sputnik. "WhatsApp"-ın Android versiyasına barmaq izi xüsusiyyəti əlavə edilib. 

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, "WhatsApp" iOS-da tətbiq etdiyi barmaq izi ilə bağlam xüsusiyyətini Android tətbiqi üçün də istifadəyə verib. "Barmaq izi kilidi" funksiyası "WhatsApp"-ın Androiddəki 2.1.222 versiyası ilə birlikdə istifadəyə verilib. Artıq bütün Android cihazlara "WhatsApp"-ım yeni versiyasını yükləyərək yeni funksiyadan istifadə etmək mümkündür. Yəni bundan sonra "WhatsApp"-a ancaq barmaq izi ilə daxil olmaq mümkün olacaq.

Funksiya aktivləşdirildikdən sonra daha heç kim sizin "WhatsApp"-nızı açıb mesajlara baxa bilməyəcək. Bunun üçün tətbiqin nizamlanmasına daxil olaraq "barmaq izi kilidi" funksiyasını aktivləşdirməlisiniz.

84
Əli Abbasov, arxiv şəkli

Keçmiş nazirimizin daha bir vəzifəsini əlindən aldılar

61
(Yenilənib 11:12 14.08.2020)
Əli Abbasovun xələfi parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

BAKI, 14 avqust — Sputnik. AMEA Rəyasət Heyətinin qərarı ilə əməkdar mühəndis Vasif Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin olunub. O bu vəzifədə Əli Abbasovu əvəz edib.

YTP-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, V.Abbasov parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

61
Intel şirkətinin loqosu, arxiv şəkli

Bir, iki, üç... məxfi məlumatlar getdi "Intel"in laqeydliyi ona baha başa gəlib

91
(Yenilənib 11:42 10.08.2020)
Anonim haker təxminən 20 GB məxfi məlumatı internetə sızdırıb. Məlumatlar kompüter istehsalçısı "Intel"in serverlərindən götürülüb. Maraqlıdır ki, qovluqların kilidlənməsi üçün istifadə olunan şifrə çox sadə imiş - "Intel123"

BAKI, 10 avqust — Sputnik. "Intel" şirkətinin təhlükəsizlik sistemində "dəlik" var imiş və anonim haker bundan istifadə edərək şirkətin 20 giqabayt məlumatını sızdıra bilib.

Sputnik radiosu xəbər verir ki, bu barədə məlumatı isveçli İT məsləhətçisi Tilli Kottmann yayıb.

Kottmann bu faylları anonim mənbədən aldığını izah edib. O, ən yaxın gələcəkdə daha çox qapalı məlumatları dərc edəcəyini vəd edib.

Sızan məlumatlar arasında "Intel CEFDK" yükləyicilərinin mənbə kodları, eləcə də Amerika şirkətinin müxtəlif platformalar üçün yaratdığı prosessorların proqram təminatının mənbə kodları var.

Korporasiyanın proqram təminatında səhvlərinin axtarışı üçün istifadə etdiyi bir neçə daxili proqramı da sızdırılıb.

Qeyd edək ki, Kottmann sızdırılmış arxivi araşdırıb və orada şifrə ilə qorunan zip arxivlər tapıb. O, arxivlərin "Intel123" və ya "intel123" şifrələri ilə açıldığını müəyyən edib. Lakin bu şifrə bütün arxivləri açmır.

Kottmann müəyyən edib ki, "Intel"də məlumatları qorumaq üçün məhz bu cür şifrələrdən istifadə edilir.

"ZDNet" nəşrinin mütəxəssisləri sızıntını təhlil ediblər və orada həqiqətən də "Intel"in əqli mülkiyyətinə dair məlumatların, sənədlərin və mənbə kodlarının olduğunu təsdiq ediblər. Arxivdəki faylların bir hissəsi bu ilin mayına aiddir.

"Intel" artıq sızıntını araşdırır. Amma çox gec deyil?

91
Əlaqədar
Kibercinayətkarlar "Zoom"-a hücumlar edirlər
Dediyini etdi! Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzalayıb
İki ölkənin gizli ticarət sənədləri oğurlandı – səsi bir il sonra çıxdı
"İnstagram" parolu və "Whatsapp" mesajına aldanmayın - Bu təxribat ola bilər
Böyük hücum! İlon Mask, Bill Qeyts və digər məşhurların "Twitter" hesabları sındırılıb
Ağac, arxiv şəkli

Novxanıda qadının göstərişi başına bəla oldu

0
(Yenilənib 20:00 14.08.2020)
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Abşeron rayon Prokurorluğuna göndərilib.

BAKI, 14 avqust — Sputnik. Abşeron rayonu, Novxanı kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a xidmətin rəis müavini Ramal Bağırov bildirib.

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı Kərim Kərimov küçəsində 10 sərv ağacının kəsildiyi, 5 sərv ağacının isə budandığı məlum olub.

Araşdırma zamanı ağacların kənd sakini Solmaz Fətəliyevanın göstərişi ilə kəsildiyi və təbiətə 1960 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

"Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Abşeron rayon Prokurorluğuna göndərilib".

0
Əlaqədar
Ağac kəsən şəxs cəzalanıb
Cəmi 20 il qalıb - Bəşəriyyət üçün dəhşətli proqnoz verilib
Meşədə ağac kəsmək canından etdi
Təbiətə qənim kəsilənlərə cinayət işi açıldı
"Onları gərək cəmiyyət qınasın ki, utansınlar!" - FOTO