İnternet şəbəkəsi, arxiv şəkli

Tısbağa yerişi ilə yürüş: biz onlara inanırıq, onlar bizi başa düşür

708
(Yenilənib 01:30 18.10.2019)
Osman Gündüz deyir ki, əgər nazirlik özəl provayderlərə kabel-kanal sisteminə daxil olmağa icazə verərsə, onların da resurslarından istifadə edilsə, özəllər üçün münbit şərait yaradılmış olar

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 oktyabr — Sputnik. Azərbaycanda genişzolaqlı internetin tətbiqindən sonra ölkəmizdə internetin sürətini artırdığı deyilsə də, bu reallığı əks etdirmir. Bu gün insanların mütləq əksəriyyəti internetin sürətindən şikayətlənir.

Azərbaycanda internetin sürətinin ən ləng yeriyən heyvan olan tısbağanın sürəti ilə müqayisə olunması da təsadüfi deyil. Ölkəmizdə internetin sürətinin aşağı olmasını Böyük Britaniyanın dünya ölkələri arasında ortalama internet sürətini araşdıran "Cable" şirkəti də təsdiqləyib. Şirkətin məlumatında bildirilir ki, Azərbaycan hər il sürəti artan qlobal internet sürəti ilə ayaqlaşa bilmir. Belə ki, ölkəmiz internetin sürətinə görə 207 ölkə arasında 141-ci yerdədir. Hesabata görə, Azərbaycanda internetin orta yükləmə sürəti 3.1 Mbps-dir. Azərbaycandakı orta internet ilə 5 GB-lıq filmi endirmək üçün 3 saat 39 dəqiqə 53 saniyə tələb olunur. Hesabata görə, son ildə Azərbaycan siyahıda 6 pillə geriləyib. Ölkəmiz 2018-ci ildə 135-ci yerdə idi.

Bu il bütün ölkələrin ortalama internet sürəti 11 Mbps təşkil edib. Azərbaycanda internetin sürəti (3.1 Mbps) dünya üzrə orta internet sürətindən də aşağıdır. Dünyada orta hesabla ən sürətli internetin olduğu ölkə 85 Mbps sürətlə Tayvandır. Tayvandakı orta internet sürətilə 5 GB-lıq bir filmi endirmək üçün 8 dəqiqə tələb olunur.

Hökumət internet istifadəçiləri üçün vacib olan qərarı təsdiqlədi>>

Sputnik Azərbaycan Azərbaycanda internetin sürətinin günü-gündən zəifləməsinin səbəbini araşdırıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kifayət qədər nüfuzlu "Cable" şirkətinin yüksək sürətli internetlə bağlı statistikasında hər dəfə Azərbaycan aşağı pillələrdə yer alır: "Cable"nın apardığı araşdırmada 2018-ci ildə Azərbaycan 135-ci, 2017-ci ildə 102-ci yerdə olub, indi isə 141-ci yerdə qərar tutub. Bu isə o deməkdir ki, Azərbaycan internetin sürətinə görə son bir ildə 6 pillə, son iki ildə 39 pillə geriləyib. Azərbaycanda internetin sürəti dünya üzrə orta göstəricidən 3.5 dəfə aşağıdır".

O.Gündüz deyir ki, nəticələri açıqlayan qurum kifayət qədər oturuşmuş və nüfuzlu qurumdur: "Nəzərə almaq lazımdır ki, bu şirkətin ciddi partnyorları var. Azərbaycanda internetin sürətinin zəif olmasının səbəbi Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üç ildir ki, yürütdüyü səhv siyasətidir. Nazirlik genişzolaqlı internetlə bağlı bütün yükü öz üzərinə götürüb və bunu etiraf eləməkdən də çəkinmir. Nazirlik deyir ki, hər şeyi özü edəcək. Ona görə də bütün rabitə quyularının ağzını bərk-bərk bağlayıb və heç bir özəl kabel-kanal sistemini yaxın buraxmır. Nazirlik təbii-inhisar subyekti olaraq, tənzimləyici və kommersiya səlahiyyətlərinə sahib olaraq, qanuni kommersiya səlahiyyətlərindən sui-istifadə edərək internet bazarında tam üstünlük əldə edib".

O.Gündüzün sözlərinə görə, əgər nazirlik özəl provayderlərə kabel-kanal sisteminə daxil olmağa icazə verərsə, onların da resurslarından istifadə edilsə, özəllər üçün münbit şərait yaradılmış olar.

İnternet üzərində nəzarət üçün abonentlərin üzü skan ediləcək>>

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin müvafiq qurumları tərəfindən şəhər əraziləri və regionlar arasında rəqəmsal fərqin azaldılması, informasiya cəmiyyətinin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür: "Həyata keçirilmiş işlər nəticəsində hazırda əhalinin 80 faizi internet, 73 faizi isə genişzolaqlı internet istifadəçisidir. "Cable.co.uk" təşkilatının təqdim etdiyi statistik göstəricilər subyektiv xarakter daşıyır və ölkə üzrə internetin tam mənzərəsini əks etdirmir. Bununla yanaşı qeyd edək ki, statistikaya nəzər saldıqda, ölkədə internet sürətinin orta göstəricisinin əvvəlki illərə nisbətən artdığı müşahidə olunur. Eyni zamanda, təşkilat tərəfindən araşdırma aparılan ölkələrin sayının ildən-ilə artdığı nəzərə alınmalıdır. 

Məlumat üçün bildirək ki, Bakı şəhərində mənzillərə yüksək sürətli internet xidməti verilməsinə imkan yaradan (GPON) texnologiyanın tətbiqi ilə fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin göstərilməsi istiqamətində işlər həyata keçirilir. Bu texnologiya vasitəsilə istifadəçilər mənzilədək çəkilmiş fiber optik xətt ilə həm telefon, həm internet, həm də televiziya xidmətlərini əldə edə bilirlər. Vətəndaşlara simsiz yüksək sürətli internet xidməti verilməsini təmin edən LTE texnologiyası vasitəsilə də müasir telekommunikasiya xidmətlərinin göstərilməsi üçün müvafiq layihənin icrası davam etdirilir. Eyni zamanda, regionlarda genişzolaqlı internet xidmətlərinin göstərilməsini genişləndirmək üçün ATS-lərdə genişzolaqlı internet avadanlıqlarının və telefon şəbəkəsinin montaj tutumları tələbata uyğun olaraq artırılır. Regionların telefon şəbəkəsi üzrə DWDM/MPLS şəbəkəsinin qurulması üçün layihə hazırlanıb, podratçı şirkətlə müqavilə bağlanıb və yaxın dövrdə şəbəkənin qurulması nəzərdə tutulur. Layihənin əsas əhəmiyyəti yüksəksürətli transmissiya şəbəkəsinin qurulması, şəbəkənin dayanıqlılığının təmin edilməsi, şəbəkənin tutumunun 100 Gbit/s-yə çatdırılması və bütün qovşaqlar üzrə yüksəksürətli internetin təmin olunmasıdır".

708
Əli Abbasov, arxiv şəkli

Keçmiş nazirimizin daha bir vəzifəsini əlindən aldılar

61
(Yenilənib 11:12 14.08.2020)
Əli Abbasovun xələfi parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

BAKI, 14 avqust — Sputnik. AMEA Rəyasət Heyətinin qərarı ilə əməkdar mühəndis Vasif Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin olunub. O bu vəzifədə Əli Abbasovu əvəz edib.

YTP-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, V.Abbasov parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

61
Intel şirkətinin loqosu, arxiv şəkli

Bir, iki, üç... məxfi məlumatlar getdi "Intel"in laqeydliyi ona baha başa gəlib

91
(Yenilənib 11:42 10.08.2020)
Anonim haker təxminən 20 GB məxfi məlumatı internetə sızdırıb. Məlumatlar kompüter istehsalçısı "Intel"in serverlərindən götürülüb. Maraqlıdır ki, qovluqların kilidlənməsi üçün istifadə olunan şifrə çox sadə imiş - "Intel123"

BAKI, 10 avqust — Sputnik. "Intel" şirkətinin təhlükəsizlik sistemində "dəlik" var imiş və anonim haker bundan istifadə edərək şirkətin 20 giqabayt məlumatını sızdıra bilib.

Sputnik radiosu xəbər verir ki, bu barədə məlumatı isveçli İT məsləhətçisi Tilli Kottmann yayıb.

Kottmann bu faylları anonim mənbədən aldığını izah edib. O, ən yaxın gələcəkdə daha çox qapalı məlumatları dərc edəcəyini vəd edib.

Sızan məlumatlar arasında "Intel CEFDK" yükləyicilərinin mənbə kodları, eləcə də Amerika şirkətinin müxtəlif platformalar üçün yaratdığı prosessorların proqram təminatının mənbə kodları var.

Korporasiyanın proqram təminatında səhvlərinin axtarışı üçün istifadə etdiyi bir neçə daxili proqramı da sızdırılıb.

Qeyd edək ki, Kottmann sızdırılmış arxivi araşdırıb və orada şifrə ilə qorunan zip arxivlər tapıb. O, arxivlərin "Intel123" və ya "intel123" şifrələri ilə açıldığını müəyyən edib. Lakin bu şifrə bütün arxivləri açmır.

Kottmann müəyyən edib ki, "Intel"də məlumatları qorumaq üçün məhz bu cür şifrələrdən istifadə edilir.

"ZDNet" nəşrinin mütəxəssisləri sızıntını təhlil ediblər və orada həqiqətən də "Intel"in əqli mülkiyyətinə dair məlumatların, sənədlərin və mənbə kodlarının olduğunu təsdiq ediblər. Arxivdəki faylların bir hissəsi bu ilin mayına aiddir.

"Intel" artıq sızıntını araşdırır. Amma çox gec deyil?

91
Əlaqədar
Kibercinayətkarlar "Zoom"-a hücumlar edirlər
Dediyini etdi! Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzalayıb
İki ölkənin gizli ticarət sənədləri oğurlandı – səsi bir il sonra çıxdı
"İnstagram" parolu və "Whatsapp" mesajına aldanmayın - Bu təxribat ola bilər
Böyük hücum! İlon Mask, Bill Qeyts və digər məşhurların "Twitter" hesabları sındırılıb
Laboratoriya işçisi, arxiv şəkli

ABŞ koronavirus istehsalına başlayıb peyvənd olanlara vurulacaq

0
(Yenilənib 20:05 14.08.2020)
İnstitutun açıqlamasına görə, COVID-19 peyvəndi edilmiş insanlar üzərində vaksinin insanlara olan əks-təsirləri ilə bağlı araşdırmalara başlanılır

BAKI, 14 avqust — Sputnik. Dünyada koronavirusdan daha çox zərər görən ölkənin - ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu korona virusu istehsal etməyə başlayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, virus COVID-19 peyvəndinin sınaqlarında iştirak edən şəxslərə vurulacaq.

İnstitutun açıqlamasına görə, COVID-19 peyvəndi edilmiş insanlar üzərində vaksinin insanlara olan əks-təsirləri ilə bağlı araşdırmalara başlanılır: "ABŞ alimləri könüllü şəkildə koronavirus peyvəndi edilmiş şəxslərə istehsal etdikləri virusu vuracaqlar. Bunun üçün proseslərə başlanılıb".

 

0
Teqlər:
ABŞ, COVID-19, Koronavirus
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Yenə yüksəlir: Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxub
Həkim koronavirusun insanın beynini necə sıradan çıxarmasından danışıb
Hindistan koronavirus əleyhinə dərmanın satışına başladı - 64 manata
Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu
Koronavirusa qarşı peyvənddən xəstələnmək olarmı?