İnternet, arxiv şəkli

Azərbaycanın internet sürətinə görə yeri bəlli oldu

235
(Yenilənib 16:20 14.10.2019)
Azərbaycanda internetin sürəti (3.1 Mbps) dünya üzrə orta internet sürətindən də aşağıdır və internetin sürətinə görə 207 ölkə arasında 141-ci yerdədir

BAKI, 14 oktyabr — Sputnik. Böyük Britaniyanın "Cable" şirkəti ölkələrin ortalama internet sürətini araşdırıb. Azərbaycan hər il sürəti artan qlobal internet sürəti ilə ayaqlaşa bilmir.

Sputnik Azərbaycan-ın məlumatına görə, şirkətin hesabatında bildirilir ki, Azərbaycan internetin sürətinə görə 207 ölkə arasında 141-ci yerdədir. Hesabata görə, Azərbaycanda internetin orta yükləmə sürəti 3.1 Mbps-dir. Azərbaycandakı orta internet ilə 5 GB-lıq filmi endirmək üçün 3 saat 39 dəqiqə 53 saniyə tələb olunur.

Hesabata görə, Azərbaycan siyahıda 6 pillə geriləyib. Ölkəmiz 2018-ci ildə 135-ci yerdə idi. Bu il bütün ölkələrin ortalama internet sürəti 11 Mbps təşkil edib. Azərbaycanda internetin sürəti (3.1 Mbps) dünya üzrə orta internet sürətindən də aşağıdır. Dünyada orta hesabla ən sürətli internetin olduğu ölkə 85 Mbps sürətlə Tayvandır. Tayvandakı orta internet sürətilə 5 GB-lıq bir filmi endirmək üçün 8 dəqiqə tələb olunur.

"Cable" şirkətinin hesabatı: "Worldwide broadband speed league 2019"

235
Əli Abbasov, arxiv şəkli

Keçmiş nazirimizin daha bir vəzifəsini əlindən aldılar

61
(Yenilənib 11:12 14.08.2020)
Əli Abbasovun xələfi parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

BAKI, 14 avqust — Sputnik. AMEA Rəyasət Heyətinin qərarı ilə əməkdar mühəndis Vasif Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin olunub. O bu vəzifədə Əli Abbasovu əvəz edib.

YTP-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, V.Abbasov parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

61
Intel şirkətinin loqosu, arxiv şəkli

Bir, iki, üç... məxfi məlumatlar getdi "Intel"in laqeydliyi ona baha başa gəlib

91
(Yenilənib 11:42 10.08.2020)
Anonim haker təxminən 20 GB məxfi məlumatı internetə sızdırıb. Məlumatlar kompüter istehsalçısı "Intel"in serverlərindən götürülüb. Maraqlıdır ki, qovluqların kilidlənməsi üçün istifadə olunan şifrə çox sadə imiş - "Intel123"

BAKI, 10 avqust — Sputnik. "Intel" şirkətinin təhlükəsizlik sistemində "dəlik" var imiş və anonim haker bundan istifadə edərək şirkətin 20 giqabayt məlumatını sızdıra bilib.

Sputnik radiosu xəbər verir ki, bu barədə məlumatı isveçli İT məsləhətçisi Tilli Kottmann yayıb.

Kottmann bu faylları anonim mənbədən aldığını izah edib. O, ən yaxın gələcəkdə daha çox qapalı məlumatları dərc edəcəyini vəd edib.

Sızan məlumatlar arasında "Intel CEFDK" yükləyicilərinin mənbə kodları, eləcə də Amerika şirkətinin müxtəlif platformalar üçün yaratdığı prosessorların proqram təminatının mənbə kodları var.

Korporasiyanın proqram təminatında səhvlərinin axtarışı üçün istifadə etdiyi bir neçə daxili proqramı da sızdırılıb.

Qeyd edək ki, Kottmann sızdırılmış arxivi araşdırıb və orada şifrə ilə qorunan zip arxivlər tapıb. O, arxivlərin "Intel123" və ya "intel123" şifrələri ilə açıldığını müəyyən edib. Lakin bu şifrə bütün arxivləri açmır.

Kottmann müəyyən edib ki, "Intel"də məlumatları qorumaq üçün məhz bu cür şifrələrdən istifadə edilir.

"ZDNet" nəşrinin mütəxəssisləri sızıntını təhlil ediblər və orada həqiqətən də "Intel"in əqli mülkiyyətinə dair məlumatların, sənədlərin və mənbə kodlarının olduğunu təsdiq ediblər. Arxivdəki faylların bir hissəsi bu ilin mayına aiddir.

"Intel" artıq sızıntını araşdırır. Amma çox gec deyil?

91
Əlaqədar
Kibercinayətkarlar "Zoom"-a hücumlar edirlər
Dediyini etdi! Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzalayıb
İki ölkənin gizli ticarət sənədləri oğurlandı – səsi bir il sonra çıxdı
"İnstagram" parolu və "Whatsapp" mesajına aldanmayın - Bu təxribat ola bilər
Böyük hücum! İlon Mask, Bill Qeyts və digər məşhurların "Twitter" hesabları sındırılıb
Flora Kərimova, arxiv şəkli

Flora Kərimova: "Bu yaxınlarda bilmişəm ki, yaxşı oxuyuram"

0
(Yenilənib 19:53 14.08.2020)
"Özüm özümün vurğunu olmadığımdan səsimi eşidəndə əsəbləşirdim. Ona görə də "Gün keçdi" filmində səsləndirdiyim "Bir axşam taksidə" saundtrekinin taleyini izləmirdim"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. "O dövrün mühiti, ab-havası mahnılarda da özünü göstərirdi. Ona görə də o illərin mahnıları indi yoxdur. O mahnıların dövründə münasibətlər də fərqli idi. Gələcəyə ümid var idi. İndi koronavirus, nə-bilim-nə virus insanların ruhunu korlayıb".

Bu sözləri Xalq artisti Flora Kərimova Xəzər TV-də yayımlanan "Kinomən" proqramında deyib. Sənəti ilə bağlı suallara cavab verən müğənni tərifi sevmədiyini söyləyib: "Bunu utana-utana deyirəm: nə filmə, nə televizora baxa bilirəm. Təriflərdən zəhləm gedir. Gözümün önündə o qədər səmimiyyətdən uzaq komplimentlər deyilib ki... Səhnə arxasında isə o müğənnini yıxıb-sürüyüblər. Adam rəhmətə gedib deyə adını çəkmirəm. Onun səhnə davranışından, görünüşündən, danışığından, oxumağından o qədər danışırdılar ki, amma onunla üz-üzə gələndə təriflər söyləyirdilər".

Xalq artisti bildirib ki, səhnəyə yeni addımları atdığı dönəmlərdə yolunu kəsməyə çalışanlar olub: "Yeni gələndə çox çarpışırdılar ki, məni yıxsınlar. "Mama qurban, ay can"la böyüyən uşaq birdən-birə ikiüzlü insanlarla qarşılaşdı. Balaca olanda səhnəyə çıxanda deyirdilər, nələr etdin, səndən yoxdur. Özümü itirirdim, qaçırdım. Birdən-birə ikiüzlülük gördüm. Nə ailədə, nə evdə görmüşdüm".

Əfsanəvi müğənni hərdən bəzi mahnıların yaranma tarixini belə xatırlamadığını qeyd edib: "Bu yaxınlarda bilmişəm ki, yaxşı oxuyuram. Bunu son bir-iki ildə anladım. Buna inanmayacaqsınız, amma həqiqətən belədir. "Gözləməyim, gözləməyim, neyləyim" mahnısını sonradan bilmişəm ki, ilk dəfə mən oxumuşam. Özüm özümün vurğunu olmadığımdan səsimi eşidəndə əsəbləşirdim. Ona görə də "Gün keçdi" filmində səsləndirdiyim "Bir axşam taksidə" saundtrekinin taleyini izləmirdim. Mən özümü bəyənmirdim deyə mahnının taleyi ilə maraqlanmırdım", - deyə əlavə edib.

0
Əlaqədar
Nura Suri: "Mənə mesaj yazıb, iş istəyirlər
Əməkdar artist efirdə erməni mahnısı oxuyub
Hüznlü manıslar və xalqın əndişəsi
Azərbaycanlı Mokvada qazanc yolunu tapıb
Mən köynəkdə doğulmuşam: Roza Zərgərli COVID-19-u necə keçirdiyini bilməyib