CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaq kimindir - sənin, yoxsa internetin?

© AFP 2023 / FREDERICK FLORINPlanşetdən istifadə edən uşaqlar, arxiv şəkli
Planşetdən istifadə edən uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Nəzərə almaq lazımdır ki, uşaqlar da bizim istifadə etdiyimiz sosial şəbəkələrdən istifadə edirlər. Ona görə də əvvəl öz davranışlarımıza çəki-düzən verməliyik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. Gürcüstanda uşaqların yay tətilində internetdən daha çox nədən istifadə etdikləri açıqlanıb.

Kasperski laboratoriyasının açıqlamasına görə, Gürcüstanda uşaqların çox hissəsi (52,03 faiz) internetdən ünsiyyət vasitəsi kimi istifadə edib. 33,59 faiz uşaqlar isə "YouTube" kanalında yeni serial və filmlər izləməklə zamanını keçirib.

Подключение к интернету, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakının bir rayonu ilə bağlı nazirlikdən sərfəli paket: internet xətləri dəyişdiriləcək

5,91 faiz uşaqlar lotereyalar, azartlı oyunlar axtarmaqla məşğul olub. Erotika və pornomateriallar, alkoqollu içkilər və narkotiklərlə bağlı məlumatlar axtaranların sayı isə çox az olub.

Bəs azərbaycanlı uşaqlar internetdə daha çox nə ilə maraqlanırlar? Sputnik Azərbaycan mövzunu araşdırıb.

Bakı sakini Vüsalə Qurbanovanın sözlərinə görə, övladları dərsdən sonra zamanını internet oyunları oynamaqla keçirirlər.

"Mən öz e-mail ünvanımı "YouTube" kanalına bağladığım üçün övladlarımın nə izlədiyinə nəzarət edə bilirəm. Uşaqlarım daha çox vaynerlərin kanallarına abunədirlər, onların çəkdiyi vaynları izləyirlər. Eyni zamanda uşaqlarımın izlədiyi videolar arasında müasir oyunların hazırlanmış videoları da yer alır", - deyə V.Qurbanova bildirib.

Bakı sakinini narahat edən əsas məsələ isə videolar arasında yer alan reklam çarxlarıdır: "Bu videoçarxlarda uşaqların yaşına uyğun olmayan preparatlar reklam edilir. Cinsi istəyi artırmaq üçün dərmanlar və ya ara-sıra porno reklamlar üzə çıxır".

Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, cəmiyyət olaraq internetdə çox vaxt keçiririk. Bu vaxtın böyük bir hissəsini sosial şəbəkə və oyunlar əhatə edir.

"Hesablamalara görə, gün ərzində azı 150 dəfə mobil telefona baxırıq. Belə olan təqdirdə qarşımıza müxtəlif mövzularda reklam və ya videolar çıxa bilər. Çünki statistikaya görə, internetdə hər dəqiqədə 35 min kiberhücum baş verir, 21 min spam mesaj göndərilir, 30 nəfərin hesabı oğurlanır. Buraya uşaqların istismarı, kiberzorakılıq, şantaj və ölümlə nəticələnən bəzi oyunlar da aiddir", - deyə psixoloq bildirib.

F.Mehmanqızının sözlərinə görə, uşaqları internetdə qorumaq üçün onların internetdə keçirdiyi vaxtı valideynlər müəyyən etməlidirlər.

"Çalışın ki, sizinlə eyni otaqda internetdə zaman keçirsinlər. Müdaxilə etmədən  internetdə nə etdiklərini sizinlə paylaşmalarına nail olun. Sosial şəbəkələrdə hesab açmalarına mane olmağa çalışın. Əgər uşağın bir hesabı varsa, tanımadığı insanlarla söhbət etməsinə, gələn dostluq təkliflərini qəbul etməməsinə, şəxsi məlumatlarını paylaşmamasına nəzarət edin. İnternetdə uyğunsuz paylaşımlar qarşınıza çıxan zaman necə şikayət edə biləcəyinizi öyrənin və uşaqlarınıza da öyrədin", - deyə psixoloq qeyd edib.

O bildirib ki, kiberhücumları, zorakılığı, istismarı, söyüşü, uyğunsuz şəkilləri və reklamları şikayət edə bilərsiniz.

Sosioloq Əhməd Mansurov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nəzərə almaq lazımdır ki, uşaqlar da bizim istifadə etdiyimiz sosial şəbəkələrdən istifadə edirlər: "Məsələn, uşaqlar da "YouTube" şəbəkəsindən istifadə edirlər. Eyni zamanda uşaqların oynadığı bir neçə oyun var ki, onların çatları – söhbət yerləri var. Və uşaqlar burada danışıb, söhbət edə bilirlər".

Uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Uşaqları qorumayanlar cəzalanacaqlar: cəriməsi aşağısı 500 manat

Sosioloq qeyd edir ki, əsas problemli məsələ uşaqların internet bullinqə məruz qalmalarıdır. Uşaqlar bəzən oyunlar oynayan zaman digər uşaqlar tərəfindən təhqirlərə, zorakılığa məruz qalırlar. Bu, internet bullinqdir və kifayət edir ki, uşaq özünü lazımsız hiss etsin.

"İnternetin təhlükəsizliyi baxımından valideynlərin də davranışları nəzərə alınmalıdır. Sosial şəbəkələr vasitəsilə təhqirlərdən istifadə edilir və bunu uşaqlar da görürlər. Bunu bir nəfər edirsə, hamı edir. İnsanlar internetdə həyatda olduqları kimi olmurlar. Onlar hesab edirlər ki, əgər tanınmırlarsa, istədikləri kimi davrana bilərlər. Amma bu, yanlış fikirdir. Bu yanlış isə uşaqları da arxasınca sürükləyir".

Xəbər lenti
0