İnternetin kəsildiyi barədə məlumat, arxiv şəkli

Günortadan etibarən burada insanlar özlərini orta əsrlərdə hiss edirlər

86
Əraziyə xidmət göstərən ATS-dən verilən məlumata görə, qeyd olunan ərazidə fiberoptik kabel qırılıb. Hazırda qəza yeri müəyyənləşdirilir

BAKI, 12 sentyabr — Sputnik. Günorta saatlarından etibarən Goranboyda fiberoptik kabeldə qəza baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, nəticədə rayonun Goran qəsəbəsi, Qızılhacılı, Məşədiqaralar, Boluslu və Eyvazlı kəndlərində telefon rabitəsi və internet xidməti qismən və bəzi hissələrdə isə tamamən kəsilib.

Əraziyə xidmət göstərən ATS-dən verilən məlumata görə, qeyd olunan ərazidə fiberoptik kabel qırılıb. Hazırda qəza yeri müəyyənləşdirilir.

86
Teqlər:
Goranboy, kabel şəbəkəsi, telefon, internet
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə

"Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir" - Nazir

21
(Yenilənib 12:56 23.10.2020)
Ermənistanın son hərbi təxribatları səbəbindən Azərbaycanın bir neçə bölgəsində İKT və telekommunikasiya infrastrukturu ya tamamilə məhv edilib, ya da ciddi şəkildə ziyan görüb.

BAKI, 23 oktyabr — Sputnik. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Vyetnamın birgə təşkilatçılığı ilə "ITU Virtual Digital World 2020" beynəlxalq tədbiri çərçivəsində nazirlər səviyyəsində "dəyirmi masa" keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, BTİ-yə üzv olan çoxsaylı ölkənin İKT üzrə rəsmilərinin qatıldığı videotədbir "COVID-19" pandemiyası zamanı və sonrakı dövrdə rəqəmsal texnologiyaların rolu mövzusunu ehtiva edib.

Tədbir BTİ-nin Baş katibi Houlin Zao, Vyetnamın İnformasiya və Kommunikasiya naziri Nquyen Man Hunq və BTİ-nin Radiorabitə Bürosunun direktoru Mario Manieviçin açılış nitqləri ilə başlayıb. "COVID-19" pandemiyasının qlobal və milli səviyyədə rəqəmli inkişafa təsirinə dair müzakirələrin aparıldığı "dəyirmi masa"da Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxış edib. Nazir çıxışında ölkəmizdə "COVID-19"la mübarizə və pandemiyanın təsirini minimuma endirmək üçün görülmüş işlər barədə müfəssəl məlumat verib.

Əlində telefon olan qız, arxiv şəkli
© Sputnik / Murad Orujov

Ramin Quluzadə bildirib ki, pandemiya zamanında da vətəndaşlar yüksək keyfiyyətli nəqliyyat, poçt və telekommunikasiya xidmətləri, o cümlədən internet və mobil rabitə xidmətləri ilə təmin edilib. Telekommunikasiya infrastrukturunun davamlılığı tələbata uyğun olaraq artırılıb. Nazir dövlət qurumları tərəfindən yeni informasiya sistemlərinin yaradıldığını, xüsusi veb-saytlarla yanaşı, vətəndaşlar üçün məlumat-bildiriş sistemi və yoluxmuş insanlar üçün izləmə sistemi olaraq istifadə olunan mobil tətbiqetmənin hazırlandığını diqqətə çatdırıb.

"Pandemiya dövründə təhsil üzrə "Connected schools" və qurumlar üçün videokonfrans xidmətlərinin təmin edilməsi məqsədilə "Connected Government" layihələrinin tətbiqinə başladıq", – deyə Ramin Quluzadə qeyd edib. Nazir Azərbaycanın hazırda iki cəbhədə mübarizə apardığını söyləyib: "Pandemiya ilə yanaşı, bütün regionda İKT-nin inkişafına əngəl törədən erməni təxribatlarına və təcavüzlərinə cavab olaraq lazımi addımlar atırıq".

Ramin Quluzadə əlavə edib ki, Ermənistanın son hərbi təxribatları səbəbindən Azərbaycanın bir neçə bölgəsində İKT və telekommunikasiya infrastrukturu ya tamamilə məhv edilib, ya da ciddi şəkildə ziyan görüb. Son günlər bu təcavüz nəticəsində uşaqlar da daxil olmaqla, Azərbaycanın 63 dinc sakini həlak olub və 293 mülki şəxsi yaralanıb. Nazir çıxışının sonunda qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti inkişaf strategiyalarını genişləndirmək üçün səylərini davam etdirəcək.

21
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Baş Prokurorluq dinc əhaliyə dəyən zərərlərin statistikasını açıqladı
İşğal olunmuş ərazidə Qırmızı kitaba düşən 120-dək flora və fauna növündən məlumat yoxdur
Terror təhlükəsiylə bağlı yeni müraciət
Putin: "Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"
Beynəlxalq təşkilatlar rayonlarımızın raket atəşinə tutulması barədə məlumatlandırılıb
Əlində telefon olan qız, arxiv şəkli

Qarabağ artıq əhatə dairəsində

86
(Yenilənib 11:59 23.10.2020)
"Azercell Telekom" MMC işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlayıb və orada dördüncü nəsil LTE radio baza stansiyalarını quraşdırmaqdadır

BAKI, 23 oktyabr — Sputnik. Böyük sevinc hissi ilə bildirmək istəyirik ki, "Azercell Telekom" MMC işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlayıb və orada dördüncü nəsil LTE radio baza stansiyalarını quraşdırmaqdadır.

Sputnik Azərbaycan-a Azercell şirkətindən verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində qəhrəman ordumuzun bu zəfər yürüşünün möhtəşəm bir qələbə ilə başa çatacağına əmindir. Buna görə də operator ölkəmizin azad edilmiş bütün tarixi ərazilərini müasir mobil şəbəkə ilə əhatə etməyə, eləcə də tezliklə öz evlərinə qayıdacaq sakinlərini fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyə hazırdır. Azərbaycanda bağlantısız heç bir nöqtə qalmayacaq! Qarabağdan eşidilmək ümidilə #gəlirik! Qarabağ Azərbaycandır!

86
Azərbaycan HHQ-nin təyyarəsi, arxiv şəkli

Ağdam istiqamətində Ermənistan SQ-nin hərbi texnikası infrastrukturu məhv edilib

27
(Yenilənib 19:29 24.10.2020)
Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edilib.

BAKI, 24 oktyabr - Sputnik. Oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.

27
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə