CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Apple" bazar payını qaytarmaq üçün radikal addıma əl atıb

© AP Photo / Richard DrewƏlində 100 dollar əskinası olan şəxs iPhone X alarkən, arxiv şəkli
Əlində 100 dollar əskinası olan şəxs iPhone X alarkən, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu model 2016-cı ildə buraxılmış "iPhone SE" smartfonundan sonra ikinci ucuz "iPhone" cihazı hesab edilir

BAKI, 5 sentyabr — Sputnik. Amerikanın "Apple" korporasiyası gələn il "iPhone" smartfonunun yeni ucuz modelini təqdim edəcək.

Bu barədə "Nikkei Asian Review" nəşri məlumatlı mənbələrə istinadən yazıb.

"Smartfon bazarında payını itirməkdə olan "Apple" şirkəti inkişaf etməkdə olan bazarlarda alıcıları cəlb etmək və Çində "Huawei Technologies" və digər rəqiblərin tutduğu mövqeləri qaytarmaq üçün gələn yaz ucuz "iPhone" modelini buraxacaq", - mənbələr deyiblər.

Bu model 2016-cı ildə buraxılmış "iPhone SE" smartfonundan sonra ikinci ucuz "iPhone" cihazı hesab edilir. Qeyd edək ki, "iPhone SE" smartfonunun ilkin qiyməti 399 dollar səviyyəsində təyin edilmişdi.

Yeni modelin adına dair heç bir məlumat verilmir.

Xəbər lenti
0