Krasnodar vilayətində hərbi təlim, arxiv şəkli

Ruslar bunu da etdi, daha bir hərbi yenilik

628
Saniyədə 300 meqabayt sürətlə informasiya mübadiləsi həyata keçirilib

BAKI, 1 avqust — Sputnik. Rusiya Müdafiə Nazirliyi bu dəfə qeyri-adi təlim keçirib. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, Müdafiə Nazirliyi bu təlimlərdə "hərbi internet"i sınaqdan keçirib.

Məlumata əsasən, lokal naqilsiz şəbəkə tamamilə müstəqildir və "xarici" internetlə onu birləşdirən mübadilə nöqtələrinə malik deyil. Sınaq nəticəsində aralarında iki min kilometrdən artıq məsafədə olan iki səhra idarəetmə məntəqəsi arasında saniyədə 300 meqabayt sürətlə informasiya mübadiləsi həyata keçirilib.

Məlumatlar şifrələmənin tətbiqi ilə nazirliyin aparat vasitələri ilə ötürülüb. Qurum sınaq üçün lazım olan bütün texnikanı bir saat ərzində quraşdıra bilib.

Ekspertlər vurğulayırlar ki, belə rabitə kanallarının əsas məqsədi – avtomatlaşdırılmış və hərbi idarəetmə sistemləri üçün məlumatların ötürülməsi və işlənməsidir. Bundan əlavə, onlardan mobil rabitə və internetlə bağlı problemlərin yarandığı fövqəladə vəziyyət zonalarında istifadə oluna bilər.

628