Qız İnstagram-dan sitifadə edir, arxiv şəkli

"Instagram"dan mühüm qərar

32
(Yenilənib 18:11 18.07.2019)
Bu addımı atmağa səbəb "izləyicilərinizin diqqətinin bəyənmə sayında yox, sizin paylaşdığınız video və fotolarda olmasıdır" deyə "Instagram" rəsmisi bildirib

BAKI, 18 iyul — Sputnik. "Instagram" kəskin qərar qəbul edir. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, bir çox ölkələrdə İrlandiya, İtaliya, Yaponiya, Braziliya, Avstraliya da daxil olmaqla "Instagram" bəyənməni ("like") ləğv edir. Artıq bununla bağlı Facebook-a məxsus olan şirkət Kanadada test edib. Adətən bəyənmə populyarlıq ölçüsü kimi nəzərə alınır. Bundan sonra, foto və videoda ürək formasında olan bəyənməni hesab sahibləri özləri görə biləcəklər. Bu addımı atmağa səbəb "izləyicilərinizin diqqətinin bəyənmə sayında yox, sizin paylaşdığınız video və fotolarda olmasıdır" deyə "Instagram" rəsmisi bildirib. Ekspertlər verilən qərarın insanların psixologiyasına müsbət təsir edəcəyini bildirsələr də, bu yolla gəlir əldə edənlərə mənfi təsir edəcəyini vurğulayıblar.

Eyni zamanda, "Instagram" öz platformasına yeni alət də əlavə edib. Bundan sonra, hesab sahibi tərəfindən gizlədilmiş rəyləri şərh yazan şəxsdən başqa heç kim görə bilməyəcək. Həmçinin paylaşıma yazılan şərhlərdə təhqir olarsa, dərhal paylaşım sahibinə məlumat veriləcək.

 

32
Intel şirkətinin loqosu, arxiv şəkli

Bir, iki, üç... məxfi məlumatlar getdi "Intel"in laqeydliyi ona baha başa gəlib

91
(Yenilənib 11:42 10.08.2020)
Anonim haker təxminən 20 GB məxfi məlumatı internetə sızdırıb. Məlumatlar kompüter istehsalçısı "Intel"in serverlərindən götürülüb. Maraqlıdır ki, qovluqların kilidlənməsi üçün istifadə olunan şifrə çox sadə imiş - "Intel123"

BAKI, 10 avqust — Sputnik. "Intel" şirkətinin təhlükəsizlik sistemində "dəlik" var imiş və anonim haker bundan istifadə edərək şirkətin 20 giqabayt məlumatını sızdıra bilib.

Sputnik radiosu xəbər verir ki, bu barədə məlumatı isveçli İT məsləhətçisi Tilli Kottmann yayıb.

Kottmann bu faylları anonim mənbədən aldığını izah edib. O, ən yaxın gələcəkdə daha çox qapalı məlumatları dərc edəcəyini vəd edib.

Sızan məlumatlar arasında "Intel CEFDK" yükləyicilərinin mənbə kodları, eləcə də Amerika şirkətinin müxtəlif platformalar üçün yaratdığı prosessorların proqram təminatının mənbə kodları var.

Korporasiyanın proqram təminatında səhvlərinin axtarışı üçün istifadə etdiyi bir neçə daxili proqramı da sızdırılıb.

Qeyd edək ki, Kottmann sızdırılmış arxivi araşdırıb və orada şifrə ilə qorunan zip arxivlər tapıb. O, arxivlərin "Intel123" və ya "intel123" şifrələri ilə açıldığını müəyyən edib. Lakin bu şifrə bütün arxivləri açmır.

Kottmann müəyyən edib ki, "Intel"də məlumatları qorumaq üçün məhz bu cür şifrələrdən istifadə edilir.

"ZDNet" nəşrinin mütəxəssisləri sızıntını təhlil ediblər və orada həqiqətən də "Intel"in əqli mülkiyyətinə dair məlumatların, sənədlərin və mənbə kodlarının olduğunu təsdiq ediblər. Arxivdəki faylların bir hissəsi bu ilin mayına aiddir.

"Intel" artıq sızıntını araşdırır. Amma çox gec deyil?

91
Əlaqədar
Kibercinayətkarlar "Zoom"-a hücumlar edirlər
Dediyini etdi! Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzalayıb
İki ölkənin gizli ticarət sənədləri oğurlandı – səsi bir il sonra çıxdı
"İnstagram" parolu və "Whatsapp" mesajına aldanmayın - Bu təxribat ola bilər
Böyük hücum! İlon Mask, Bill Qeyts və digər məşhurların "Twitter" hesabları sındırılıb
Robot, arxiv şəkli

Robotlar da yatmalıdır

14
(Yenilənib 00:20 07.08.2020)
Araşdırma müəllifləri yuxunun bu bərpaedici dəyərinin müasir kompüter sistemlərinə də kömək edə biləcəyinə inanırlar

BAKI, 7 avqust — Sputnik. Yuxu təkcə insanlar üçün deyil, robotlar üçün də əhəmiyyətlidir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yuxu orqanizmin yenidən təşkil olunması və yeni biliklərin əldə edilməsi üçün lazımdır. Bu qərara Kaliforniya Universitetinin alimləri gəliblər.

Araşdırma universitetin saytında yer alıb.

Təcrübə zamanı elm adamları yuxu və ayıqlıq kimi beyin vəziyyətlərini təqlid edən modellərdən istifadə ediblər. Müəyyən edilib ki, yuxu orqanizmə özünü bərpa etməyə yardım edir.

"Biz yatdığımız zaman beyin gün ərzində öyrəndiklərimizi təkrar edir. Yuxu xatirələrin toplanmasına yardım edir. Bizim nəticələrimiz göstərir ki, xatirələr dinamikdir, statistikdir. Yuxu hər zaman onları yeniləyir", - deyə universitetin professoru, araşdırmanın müəlliflərindən biri Maksim Bajenov deyib. O qeyd edib ki, yuxu zamanı köhnə və yeni xatirələr canlanır. Bu, xatırlamaq bacarığını yüksəldir.

Araşdırma müəllifləri yuxunun bu bərpaedici dəyərinin müasir kompüter sistemlərinə də kömək edə biləcəyinə inanırlar.

Onların fikrincə, süni intellektin davamlı öyrənmə qabiliyyəti olmadığı üçün robotlar yeni məlumat aldıqları zaman köhnə biliklərini unudacaqlar.

14
Əlaqədar
Koronavirusu məhv edən robot yaratdılar
İnsanlar kimə lazımdır? Rusiya gələcək robot ordusunun avanqardını yaradıb
İnsan günahını təyin edəcək texnologiya: istəsə ölüm hökmü verər, istəsə azad edər
Tullantıdan robotexnikaya - Kolumbiyalını Azərbaycana gətirən səbəb
Azərbaycanlı kiberpank yaradıb və orada Bakının gələcəyini nümayiş etdirib
 Koronavirusа qarşı peyvənd, arxiv şəkli

ABŞ-ın baş infeksionisti Rusiyanın koronavirus peyvəndinə şübhə edib

0
(Yenilənib 12:43 12.08.2020)
Ötən gün Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib

 

BAKI, 12 avqust — Sputnik. Amerika Birləşmiş Ştatlarının baş infeksionisti Entonu Fauçi iddia edir ki, onlar gələn həftə öz vaksinlərinin bir neçə variantını təqdim edə bilərdilər, lakin onların effektivliyi və təhlükəsizliyinə əmin deyillər. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ-ın baş infeksionisti "National Geographic" jurnalına açıqlamasında bildirib.

"Vaksinin olması və vaksinin təhlükəsiz və işlək olmasını sübut etmək – bunlar tamamilə fərqli şeylərdir. Bizim yarım düjün, hələ bir qədər də artıq vaksinimiz var. Ona görə də əgər biz risk edib, daha çox insana zərər versə idik, onlara işləməyən bir şeyi vermək istəsə idik, onda bunu gələn həftədən edə bilərdik", - deyə Fauçi "Doğrudanmı Rusiyada vaksin var?" sualını cavablandırarkən bildirib.

"Ona görə də mən ümid edirəm ki, rusiyalılar, doğrudan da vaksinin təhlükəsiz və işlək olmasına əmin olublar. Mən onların bunun etməsinə çox şübhə edirəm", - deyə ABŞ-ın Allergik və İnfeksion Xəstəliklər üzrə Milli İnstitutunun direktoru qeyd edib.

Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onu qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib. Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb.

Bu, 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.

""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.

RF Səhiyyə naziri Mixail Muraşko bildirib ki, peyvəndi ilk olaraq tibb işçiləri və müəllimlər alacaqlar. Onun sözlərinə görə, Qamaleya adına Mərkəzin hazırladığı klinik tədqiqatların nəticələrinə əsasən yüksək effektivlik və təhlükəsizlik, immunlaşmanın ciddi fəsadları heç kimdə qeydə alınmayıb. Nazir əlavə edib ki, vaksin daha altı peyvəndin əsaslandığı məlum platformada yaradılıb.

O, vaksinin bundan sonra da minlərlə insanın iştirakı ilə klinik sınaqdan keçəcəyini vurğulayıb. Muraşko bildirib ki, vaksinin iki meydançada - Rusiya Səhiyyə Nazirliyinin Qamaleya adına Mərkəzində və "Binnofarm" şirkətində - buraxılmasına başlanacaq. Rusiyanın Səhiyyə Nazirliyinin Gamaleya adına Mərkəzi və "Binnofarm"şirkəti.

Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova deyib ki, həkimlərin koronavirusa qarşı peyvəndlənməsinin avqust və ya sentyabr ayının sonlarında başlaya biləcəyini gözləyir.

0
Teqlər:
vaksin, peyvənd, Koronavirus, COVID-19
Əlaqədar
Rusiyada koronavirus peyvəndlərini ilk kimlərin alacağı açıqlandı
Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”
Koronavirusdan qurtulmaq şansımız yaranıb - "Təbii ki, peyvəndi Azərbaycana da verərik"
Ərdoğan: “Türkiyədə koronavirus peyvəndinin sınaqları uğurlu oldu“
Vəssalam! Koronavirusun dərmanına patent aldılar