ABŞ konqresinin binası, arxiv şəkli

Nəhəngləri parçalamaq üçün plan hazırlanıb: Nəticələr hər birimizə təsir edəcək

1176
(Yenilənib 14:35 15.07.2019)
Konqresmenlər ən radikal addımı atmağa hazırdırlar

BAKI, 15 iyul — Sputnik. "Google", "Facebook", "Apple" və "Amazon" şirkətlərinin rəsmiləri Federal Ticarət Komissiyası və ədliyyə nazirliyinin apardığı antimonopoliya təhqiqatı çərçivəsində Konqresin qarşısına çıxacaqlar. Konqresmenlərin fikrincə, Silikon Vadisinin bu dörd nəhəngi o qədər güclənib ki, onlar artıq bazarı əllərinə keçiriblər və bununla bağlı nə isə etmək lazımdır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu həftə Nümayəndələr Palatasının Məhkəmə Komitəsində məsələ ilə bağlı dinləmələr başlayacaq.

Facebookun qurucusu Mark Zukerberq, arxiv şəkli
© AP Photo / Paul Sakuma

Bazarı ələ keçiriblər

Sözügedən antimonopoliya təhqiqatı çərçivəsində Federal Ticarət Komissiyası və ədliyyə nazirliyi İKT nəhənglərinin hazırkı hakim vəziyyətlərindən sui-istifadə edib-etmədiyini araşdıracaq.

Məmurlar belə bir qənaətə gəliblər ki, bu şirkətlər bazar azadlığına təhdid törətməklə yanaşı, istehlakçılara əsassız yüksək qiymətlər sırıyır və "pulsuz" xidmətlər və proqramlar vasitəsi ilə istifadəçilərin şəxsi məlumatlarını toplayır.

Məsələ ilə bağlı müzakirələr iyulun 16-sı başlayacaq. Dinləmələr zamanı "böyük dördlük" onların dominantlığının bazara ziyan vurmadığını, əksinə innovasiyalara uyğun olduğunu iddia edəcəklər.

Milyardlar dəyərində cərimələr

Lakin İKT nəhənglərinin gətirəcəyi əsaslar çətin ki, kimisə inandırsın. Son illər ərzində bu şirkətlərin adı bir neçə antimonopoliya işində çəkilib və onlara külli miqdarda cərimələr kəsilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da bir neçə dəfə Silikon Vadisinin nəhənglərinə qarşı təhqiqat aparmağı təklif edib. Onu ən çox sosial platformalar - "Google", "Facebook" və "Twitter" narahat edir. Trampın fikrincə, adıçəkilən bu üç nəhəng amerikalı mühafizəkarlara qarşı "elan edilməmiş müharibə" apararaq onları senzuraya məruz qoyur.

“Google” şirkəti
© REUTERS / HANNAH MCKAY

Həll yolu – parçalamaq

Hazırkı vəziyyətdə konqresmenlər hətta ən radikal addımı atmağa hazırdırlar.

Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Elizabet Uorren bir müddət öncə deyib ki, Silikon Vadisinin əsas oyunçuları "rəqabətin üstündən buldozerlə keçərək, innovasiyaları boğublar və digərlərinə zərər vuran qaydalar yeridiblər". Buna görə də, bu şirkətlərlə kobud rəftar edərək onları parçalamaq lazımdır.

Uorrenin planına əsasən, illik mədaxili 25 milyard dolları keçən şirkətlərin potensial rəqiblərini satın almasına qadağa qoyulmalı, onların dominant vəziyyətdən sui-istifadə edərək digər biznes sektorlarına keçidinin qarşısı alınmalıdır. Bu şirkətlərin, həmçinin istifadəçilər haqqında məlumatları üçüncü tərəflərə ötürməsinə qadağa qoyulmalıdır.

Bundan başqa, adıçəkilən nəhənglərin digər şirkətləri satın almaq üçün son dövrlərdə imzaladığı razılaşmalar qeyri-qanuni elan edilməlidir, çünki bunun rəqabətə ziyan vurduğu hesab edilir.

Belə olan halda "Facebook" şirkəti "Instagram" və "WhatsApp"ı, "Amazon" "Zappos" və "Whole Foods"u, "Google" "YouTube"u, "Apple" isə "App Store"u itirə bilər.

1176
Koronavirus, arxiv şəkli

Koronavirusu məhv edən robot yaratdılar

24
(Yenilənib 09:49 02.07.2020)
Robot 12 dildə danışa, bədənin hərarətini ölçə, səsli komandalara reaksiya verə və xəstələrin üzlərini tanıma texnologiyasından istifadə edə bilir

BAKI, 2 iyul — Sputnik. Bəhreyndə koronavirusu və digər mikroorqanizmləri məhv etməyə qadir robot hazırlayıblar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Mail yazıb.

Robot 12 dildə danışa, bədənin hərarətini ölçə, səsli komandalara reaksiya verə və xəstələrin üzlərini tanıma texnologiyasından istifadə edə bilir.

Robot virusa qısa dalğalı ultrabənövşəyi şüa ilə təsir edir. 30 dəqiqə ərzində robot bütün mikroorqanizmlərin 90%-ni öldürür: membranını dağıdaraq, DNT-sini məhv edir. Ancaq emal zamanı məkanda insan olmamalıdır, çünki robotun işığı insan hüceyrələrini zədələyə bilər.

Şərqi İngiltərə Universitetinin professoru Pol Hanter deyib ki, ultrabənövşəyi şüalar virusların əksəriyyəti ilə effektiv mübarizə aparır, ona görə də “ultrabənövşəyi işığın SARS-CoV-2 virusunu dezaktivasiya etməsi təəccüblü deyil”.

Hazırda robot sənaye şərtləri altında sınaqdan keçirilir. Bunlardan ikisi artıq Bəhreynin tibb müəssisələrində istifadə üçün buraxılıb. Bəhreynin Səhiyyə naziri Valid Əl-Manea bu maşınları “tibbdə inqilab” adlandırıb, çünki onlar həkim və tibb bacılarına böyük kömək göstərə bilər.

Mühəndislər əvvəllər buna bənzər, yəni ultrabənövşəyi şüalarla işləyən cihazlar düəzldiblər. Bunlar səthlərin virus və zərərli mikroorqanizmlərdən təmizlənməsi üçün nəzərdə tutulurdu.

Çinin Quançjou şəhərində isə süni intellektə malik iki robot koronavirusa yoluxmuş xəstələrə qulluq edir - onlara yemək və dərman gətirir, yataqlarını düzəldir və tibbi zibili yığışdırırdı.

 

24
Teqlər:
ultrabənövşəyi, virus, təmizlik, tibb, robot, Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Təsdiq olundu! Maska koronavirusa yoluxma ehtimalını bu qədər azaldırmış
Koronavirus pandemiyası 1998-ci ildəki vəziyyəti xatırladır – Qref
Koronavirus fırıldaqları: fleş kart, krem və gözmuncuğu da təklif oluna bilər
Koronavirusun ilk yarandığı yer Çin deyilmiş
"Koronavirusun ikinci dalğası bir sıra sahələrə sarsıdıcı zərbə vuracaq"
Tokioda piyadalar, arxiv şəkli

Hamı 5G-dən qorxur, Yaponiya isə 6G-yə hazırlaşır

11
Nazirlər Kabineti daha əvvəl yeni formatın tətbiqi üçün hərtərəfli strategiya hazırlamaq məqsədilə iş adamlarından və texniki mütəxəssislərdən ibarət xüsusi ekspertlər şurası yaratmışdı.

BAKI, 30 iyun — Sputnik. Yaponiya hakimiyyəti 6–cı nəsl (6G) mobil əlaqə sistemi yaradan şirkətə 70 milyard yen (652,4 milyon dollar ) vəsait ayırmağı planlaşdırır.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun icrası növbəti on illiyə planlaşdırılır.

Nazirlər Kabineti daha əvvəl yeni formatın tətbiqi üçün hərtərəfli strategiya hazırlamaq məqsədilə iş adamlarından və texniki mütəxəssislərdən ibarət xüsusi ekspertlər şurası yaratmışdı.

Hazırda, Yaponiya beşinci nəsil rabitə sistemlərinə (5G) keçir. Bu baxımdan Yaponiya bu prosesin daha əvvəl başladığı Cənubi Koreya və ABŞ-dan geri qalır. Bununla yanaşı, Tokio müvafiq avadanlıqların hazırlanmasında Çindən geri qaldığına görə narahatdır.

Qeyd edək ki, Yaponiya hökuməti, bizneslə birlikdə altıncı nəsil sistemlərinə keçiddə lider olmaq istəyir. Bu sistemlərdən pilotsuz nəqliyyat vasitələrində və uzaq tibbi xidmətin təşkili üçün istifadə edilə bilər.

11
Günəş, arxiv şəkli

Yunanıstanda maraqlı təbiət hadisəsi baş verib

0
"Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

BAKI, 2 iyul — Sputnik. Yunanıstanda "Günəş iti" adlanan nadir bir təbiət hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisənin video görüntüsü "Youtube"-da paylaşılıb. Videoda Günəşin su üzərində dayandığı an təsvir olunur. Göy gövdəsi yarıya qədər buludla örtülüb. Nəticədə günəşin "ikiqat olması" xəyalı yaranır. "Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

Xatırladaq ki, kameralar 2019-cu ilin dekabrında Amerikanın Missuri ştatındakı Sent-Luis şəhəri üzərində səmada Yer atmosferinə daxil olan meteoru çəkmişdi.

0
Teqlər:
Günəş, Yunanıstan