“Google” şirkəti, arxiv şəkli

"Google" etiraf etdi: Danışıqlara qulaq asırıq

70
(Yenilənib 08:40 13.07.2019)
Şirkət bunu "Google Assistant" kimi məhsulların yaradılması prosesinin əhəmiyyətli bir hissəsi adlandırıb

BAKI, 13 iyul — Sputnik. "Google" etiraf edib ki, onun mütəxəssisləri "Google Assistant" səsli köməkçisinə istifadəçilər tərəfindən verilən əmrlərə qulaq asır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Məlumata görə, şirkət istifadəçilər və "Google Assistant" xidməti arasında baş tutan danışıqların bəzi hissələrini bütün dünya üzrə ekspertlərə göndərir.

Şirkət bunu "Google Assistant" kimi məhsulların yaradılması prosesinin əhəmiyyətli bir hissəsi adlandırıb.

Qeyd edək ki, bir müddət öncə şirkətin mütəxəssislərindən biri ona səs faylı ilə göndərilmiş məxfi məlumatları sızdırıb.

Bununla bağlı "Google" istintaq aparmağı və lazımi tədbirləri görməyi vəd edib.

70
Intel şirkətinin loqosu, arxiv şəkli

Bir, iki, üç... məxfi məlumatlar getdi "Intel"in laqeydliyi ona baha başa gəlib

91
(Yenilənib 11:42 10.08.2020)
Anonim haker təxminən 20 GB məxfi məlumatı internetə sızdırıb. Məlumatlar kompüter istehsalçısı "Intel"in serverlərindən götürülüb. Maraqlıdır ki, qovluqların kilidlənməsi üçün istifadə olunan şifrə çox sadə imiş - "Intel123"

BAKI, 10 avqust — Sputnik. "Intel" şirkətinin təhlükəsizlik sistemində "dəlik" var imiş və anonim haker bundan istifadə edərək şirkətin 20 giqabayt məlumatını sızdıra bilib.

Sputnik radiosu xəbər verir ki, bu barədə məlumatı isveçli İT məsləhətçisi Tilli Kottmann yayıb.

Kottmann bu faylları anonim mənbədən aldığını izah edib. O, ən yaxın gələcəkdə daha çox qapalı məlumatları dərc edəcəyini vəd edib.

Sızan məlumatlar arasında "Intel CEFDK" yükləyicilərinin mənbə kodları, eləcə də Amerika şirkətinin müxtəlif platformalar üçün yaratdığı prosessorların proqram təminatının mənbə kodları var.

Korporasiyanın proqram təminatında səhvlərinin axtarışı üçün istifadə etdiyi bir neçə daxili proqramı da sızdırılıb.

Qeyd edək ki, Kottmann sızdırılmış arxivi araşdırıb və orada şifrə ilə qorunan zip arxivlər tapıb. O, arxivlərin "Intel123" və ya "intel123" şifrələri ilə açıldığını müəyyən edib. Lakin bu şifrə bütün arxivləri açmır.

Kottmann müəyyən edib ki, "Intel"də məlumatları qorumaq üçün məhz bu cür şifrələrdən istifadə edilir.

"ZDNet" nəşrinin mütəxəssisləri sızıntını təhlil ediblər və orada həqiqətən də "Intel"in əqli mülkiyyətinə dair məlumatların, sənədlərin və mənbə kodlarının olduğunu təsdiq ediblər. Arxivdəki faylların bir hissəsi bu ilin mayına aiddir.

"Intel" artıq sızıntını araşdırır. Amma çox gec deyil?

91
Əlaqədar
Kibercinayətkarlar "Zoom"-a hücumlar edirlər
Dediyini etdi! Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzalayıb
İki ölkənin gizli ticarət sənədləri oğurlandı – səsi bir il sonra çıxdı
"İnstagram" parolu və "Whatsapp" mesajına aldanmayın - Bu təxribat ola bilər
Böyük hücum! İlon Mask, Bill Qeyts və digər məşhurların "Twitter" hesabları sındırılıb
Robot, arxiv şəkli

Robotlar da yatmalıdır

14
(Yenilənib 00:20 07.08.2020)
Araşdırma müəllifləri yuxunun bu bərpaedici dəyərinin müasir kompüter sistemlərinə də kömək edə biləcəyinə inanırlar

BAKI, 7 avqust — Sputnik. Yuxu təkcə insanlar üçün deyil, robotlar üçün də əhəmiyyətlidir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yuxu orqanizmin yenidən təşkil olunması və yeni biliklərin əldə edilməsi üçün lazımdır. Bu qərara Kaliforniya Universitetinin alimləri gəliblər.

Araşdırma universitetin saytında yer alıb.

Təcrübə zamanı elm adamları yuxu və ayıqlıq kimi beyin vəziyyətlərini təqlid edən modellərdən istifadə ediblər. Müəyyən edilib ki, yuxu orqanizmə özünü bərpa etməyə yardım edir.

"Biz yatdığımız zaman beyin gün ərzində öyrəndiklərimizi təkrar edir. Yuxu xatirələrin toplanmasına yardım edir. Bizim nəticələrimiz göstərir ki, xatirələr dinamikdir, statistikdir. Yuxu hər zaman onları yeniləyir", - deyə universitetin professoru, araşdırmanın müəlliflərindən biri Maksim Bajenov deyib. O qeyd edib ki, yuxu zamanı köhnə və yeni xatirələr canlanır. Bu, xatırlamaq bacarığını yüksəldir.

Araşdırma müəllifləri yuxunun bu bərpaedici dəyərinin müasir kompüter sistemlərinə də kömək edə biləcəyinə inanırlar.

Onların fikrincə, süni intellektin davamlı öyrənmə qabiliyyəti olmadığı üçün robotlar yeni məlumat aldıqları zaman köhnə biliklərini unudacaqlar.

14
Əlaqədar
Koronavirusu məhv edən robot yaratdılar
İnsanlar kimə lazımdır? Rusiya gələcək robot ordusunun avanqardını yaradıb
İnsan günahını təyin edəcək texnologiya: istəsə ölüm hökmü verər, istəsə azad edər
Tullantıdan robotexnikaya - Kolumbiyalını Azərbaycana gətirən səbəb
Azərbaycanlı kiberpank yaradıb və orada Bakının gələcəyini nümayiş etdirib
Külək istiqamətini göstərən qurğu, arxiv şəkli

Sərin külək əsəcək, bəzi rayonlara dolu yağacaq

0
(Yenilənib 13:54 12.08.2020)
Avqustun 13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 12 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

13 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə avqustun 13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0
Teqlər:
hava proqnozu