CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Telegram" və "WhatsApp" istifadəçiləri, ehtiyatlı olun: yeni casus proqramı peyda olub

© AFP 2023 / Manan VATSYAYANASosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli
Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"FinSpy" təhlükəsiz sayılan mesajlaşma proqramları ilə göndərilən məxfi ismarıcları belə oxuya bilir

BAKI, 11 iyul — Sputnik. "Kaspersky Lab" kibertəhlükəsizlik şirkəti "FinSpy" casus proqramının yeni versiyasını aşkar edib.

Sputnik Azərbaycan şirkətə istinadən xəbər verir ki, ziyanverici proqram istifadəçinin mobil cihazda demək olar ki, bütün hərəkətlərini izləyir.

Логотип социальной сети Facebook на разбитом экране смартфона - Sputnik Azərbaycan
"Facebook" baş verənlərlə bağlı rəsmi izahat verdi

Bildirilir ki, "FinSpy" hətta təhlükəsiz sayılan mesajlaşma proqramları ilə göndərilən məxfi ismarıcları belə oxuya bilir.

"Bu proqram artıq "Telegram", "WhatsApp", "Signal" və "Threema" kimi şifrələmədən istifadə edən mesajlaşma proqramlarından məlumat toplaya bilir" - şirkət deyib.

Ekspertlər qeyd edir ki, cinayətkar "FinSpy" proqramını qurbanın cihazına giriş əldə etməklə yükləyə bilər. Bundan başqa, ziyanverici proqram SMS mesaj, elektron məktub və ya "push" bildirişlərlə göndərilir.

"FinSpy" smartfon və ya planşetlərdən müxtəlif məlumatları oğurlayır: bura cihazın kitabçasında olan nömrələr, elektron məktublar, mesajlar, təqvim qeydləri, "GPS" məlumatları, şəkillər, cihazın yaddaşında saxlanılmış fayllar və mesajlaşma proqramları ilə göndərilən ismarıclar daxildir.

Xəbər lenti
0