CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kişilərin min illik arzusu həyata keçdi, amma....

CC0 / StockSnap / PeopleНоги женщины и мужчины, фото из архива
Ноги женщины и мужчины, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tətbiqi yükləmək pulsuz olsa da, nəticələri paylaşmaq üçün 50 dollar ödəmək lazımdır.

BAKI, 30 iyun — Sputnik. Qadınları geyimsiz göstərən proqram yaradılıb.

Sputnik Azırbaycan xarici mətbuata istinadla xəbər verir ki, Windows və Linux tətbiqi tərəfindən mart ayında yaradılan "Deep Nude" adlı proqram süni zəka istifadə edərək geyimli qadınları geyimsiz formasını yaradır.

Антенна LTE - Sputnik Azərbaycan
İnternetin beynimizə qorxulu təsirləri

Tətbiqi yükləmək pulsuz olsa da, nəticələri paylaşmaq üçün 50 dollar ödəmək lazımdır. Tətbiqi yaradan Alberto adlı şəxs Vice News-a verdiyi açıqlamada bildirib ki, "DeepNude" Kaliforniya Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış qara və ağ şəkilləri rəngli fotoşəkillərə çevirən Pix2Pix alqoritminə əsaslanır.

Tətbiqi 10 min lüt qadın fotosu ilə yaratdığını qeyd edən şəxs tətbiqin kişilər üçün versiyasını da hazırlayacağını deyib.

"Mən rentgençi deyiləm. Bir texnologiya həvəskarlyam. Alqoritmi inkişaf etdirməyi davam etdirəcəyəm. Son zamnalar iqtisadi problemlərlə əlaqədar bu proqramı yaratmışam", - deyə o bildirib.

Yazı hazırlanarkən məlum olub ki, tətbiqi düzəldən şəxs onun ortadan qaldırıldığını elan edib. O bunu gözlənilmədən proqrama marağın həddindən böyük olması ilə izah edib. İstifadəçilər isə bu addımın ictimai təzyiq altında atıldığını və bir müddətdən sonra bərpa olunacağını vurğulayırlar.

Xəbər lenti
0