Whatsapp

WhatsApp bəzi istifadəçiləri məhkəməyə verəcək

197
(Yenilənib 15:45 15.06.2019)
Qərar bu il dekabrın 7-dən etibarən tətbiq ediləcək

BAKI, 15 iyun — Sputnik. WhatsApp qaydalarına riayət etməyən istifadəçilər məhkəməyə veriləcəklər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, şirkət avtomatik, qrup mesajlaşma və ya şəxsi olmayan istifadə kimi vəziyyətlərdə məhkəməyə müraciət edə bilmək hüququna malik olacaq.  WhatsApp xidmət şərtlərindən sui-istifadə və ya şərtlərin pozulmasının qarşısını almaq məqsədilə bu qərarı verib.

Şirkətdən verilən açıqlamada avtomatik mesajların göndərilməsi və digər istifadəçilərin narahat edilməsi kimi vəziyyətlərdə şəxslərə qarşı hüquqi addımların atılacağı xüsusilə qeyd edilib.

Qərar bu ilin dekabrın 7-dən etibarən tətbiq ediləcək.

197