CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ABŞ "qapaz"ına çinsayağı cavab

© REUTERSЛоготип компании Huawei
Логотип компании Huawei - Sputnik Azərbaycan
Abunə olmaq
"Hongmeng" sisteminin buraxılması bir neçə ay çəkə bilər

 

BAKI, 14 iyun — Sputnik. Çinin "Huawei" şirkəti cihazlarında "Android" əməliyyat sistemini əvəz edəcək yeni sistemi tətbiq etməyə hazırlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Reuters"ə şirkətin ictimai əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Endryu Uilliamson deyib.

Onun sözlərinə görə, "Hongmeng" adlanan yeni əməliyyat sisteminin buraxılması bir neçə ay çəkə bilər və "Huawei" hazırda Çində sınaqlardan keçən sistemin ticarət markasını qeydiyyatdan keçirmək niyyətindədir.

Mayın ortalarında ABŞ-ın Ticarət nazirliyi "Huawei"i qara siyahıya salaraq onun Amerika istehsalı olan komponentlərə və texnologiyalara çıxışını bağlamışdı. Buna görə də "Huawei" artıq müvafiq lisenziyalar olmadan Amerika şirkətləri ilə iş apara bilməz.

Çin şirkətinə qarşı məhdudiyyətlərin tətbiqindən sonra "Google" onunla avadanlıq, proqram təminatı və texniki xidmətlər sahəsində əməkdaşlığı kəsib. Amerika şirkəti bundan sonra "Huawei"in smartfonlarında quraşdırılmış "Android" əməliyyat sisteminə yeniləmələr göndərməyəcək.

Buna görə də "Huawei" özünün əməliyyat sistemini yaratmağı qərara alıb.

Xəbər lenti
0