Huawei loqotipi yüksək texnologiya liderlərinin Viva Tech toplantısında

"Huawei" ilə bağlı yeni xəbər var

57
(Yenilənib 22:28 23.05.2019)
Şirkət qısa müddətə öz sistemini hazır vəziyyətə gətirə bilər

BAKI, 24 may — Sputnik. Dünya bir neçə gündür "Google" şirkətinin Çinin "Huawei" şirkəti ilə əməkdaşlıqdan imtina etmə qərarını müzakirə edir. Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki, "Huawei" şirkəti bir neçə ay içərisində öz əməliyyat sistemini hazır vəziyyətə gətirə bilər.

İddia edilir ki, "Huawei" şirkətinin sözügedən əməliyyat sisteminin bütün "Android" tətbiqləri ilə uyğunluğu olacaq. Amma mütəxəssislər qısa müddət içərisində "Huawei"in öz əməliyyat sistemini istifadəyə verməsini çətin hesab edirlər.

"Huawei" "Apple" şirkəti kimi öz əməliyyat sisteminə sahib olmaq üçün çox səy göstərirdi.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çinin "Huawei" şirkətini "qara siyahı"ya salıb. Bu səbəbdən "Google", "İntel" və başqa şirkətlər "Huawei" ilə əməkdaşlıqdan imtina etməyi qərara alıb.

Amma daha sonra ABŞ sanksiya tətbiq olunan "Huawei" şirkətinə 90 günlük müvəqqəti lisenziya verib.

57