İnternet

İnternet üçün ödəniş sistemində dəyişiklik edildi

55
(Yenilənib 16:26 16.05.2019)
Artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək

BAKI, 16 may — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib. 

Sputnik Azərbaycan “Aztelekom” MMC-yə istinadən xəbər verir ki, 2019-cu ilin may ayından etibarən “Aztelekom” MMC-nin internet xidməti üzrə ödənişlər “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq.

Belə ki, artıq ödəniş günü  hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq.

Qeyd edək ki, əlavə məlumat üçün 170 qısa nömrəsinə müraciət edə bilərsiniz.

55