Instagramdan istifadə edən qız

"Instagram" istifadəçiləri üçün pis xəbər

144
(Yenilənib 16:58 20.04.2019)
"Facebook" parollarla bağlı xəbərdarlıq etdi

BAKI, 20 aprel — Sputnik. Sosial paylaşma şəbəkəsi olan "Facebook" sahibi olduğu "Instagram"la bağlı istifadəçiləri məyus edən xəbər yayıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, "Facebook"dan verilən açıqlamada “Instagram”da milyonlarla istifadəçinin parollarının şifrələnmədiyi bildirilib. Həmçinin qeyd olunub ki, parollar şifrələnmədiyi üçün bu cür özəl məlumatları əldə etmək digər şirkətlər üçün əlçatandır.

Bundan başqa, yayılan məlumatda "Facebook" istifadəçilərinin məlumatlarının, şifrələrinin qorunmadığı qeyd olunub.

144