İnternet, arxiv şəkli

Ən ucuz internetə sahib ölkələrin adları açıqlandı

40
(Yenilənib 20:45 05.03.2019)
Keçmiş sovet respublikalarında internetin qiymətləri daha aşağıdır

BAKI, 6 mart — Sputnik. “Cable” şirkəti tərəfindən dünyanın ən ucuz internetinə sahib ölkələrinin adları açıqlanıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, “Cable”ın siyahısında ilk yerdə Hindistan qərarlaşıb. Burada internetin aylıq qiyməti 0.26 dollar təşkil edir.

Növbəti yerdə isə Qırğızıstan qərarlaşıb. "Cable"nin məlumatına görə, burada internetin qiyməti 0.27 dollar təşkil edir. Qazaxıstan isə siyahıda 3-cü yerdədir. Burada internetin aylıq qiyməti 0.49 dollardır. Ukrayna isə bu siyahıda 4-cü yerdə qərarlaşıb. "Cable"nin məlumatına görə, Ukraynada internetin aylıq qiyməti 0.51 dollardır.

40