Qatlanan ekranlı telefonlar

Mobil telefon bazarında daha bir ilk

40
(Yenilənib 20:59 18.02.2019)
"Samsung" tərəfindən istehsal olunacaq qatlana biləcək ilk telefonun bu il ərzində satışa çıxarılması proqnozlaşdırılır

BAKI, 19 fevral — Sputnik. Texnologiyanın inkişafı bu dəfə istifadəçilərə telefonlarını qatlamağa imkan verəcək.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, qatlana bilən telefonların “Samsung” tərəfindən 2016-2017-ci illərdə satışa çıxarılması nəzərdə tutulmuşdu. Lakin müəyyən səbəblərdən şirkətin bu proqnozları özünü doğrultmadı. İlk dəfə olaraq 2015-ci ildə qatlana bilən telefonlarla bağlı ideya irəli sürülsə də, bunun reallaşdırılması müəyyən zaman almalı olub.

"Samsung" tərəfindən istehsal olunacaq qatlana biləcək ilk telefonun bu il ərzində satışa çıxarılması proqnozlaşdırılır.

40