Mini Cooper konveyerdə

"Mini" bu dəfə sürəti ilə hər kəsi sevindirəcək

33
(Yenilənib 23:07 13.02.2019)
Dünyanın ən sürətli MİNİ avtomobili məhdud sayda istehsal olunacaq

BAKI, 13 fevral — Sputnik. Britaniyanın British Motor Corporation şirkəti özünün “Mini John Cooper Works GP" adlanan yeni modeli ilə hər kəsi heyrətləndirəcək.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, "Mini" bununla da 2020-ci ildə avtomobil sevənlərə yenilik bəxş edəcək. İlkin mərhələdə bu avtomobillərin məhdud sayda istehsalı nəzərdə tutulur.

1 / 7
Mini John Cooper Works GP

Qeyd edək ki, 3 min ədəd istehsal ediləcək "JCW GP" bu günədək istehsal edilmiş ən sürətli mini avtomobil hesab edilir. Avtomobil gücü 300 at qüvvəsi olan dördsilindirli turbomühərriklə təchiz edilib.

Bundan əlavə, avtomobilə yüngül təkər diskləri quraşdırılıb.

33