CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnformasiya cəmiyyəti gəlir: Biz orada yaşamağa hazırıq?

CC0 / geralt / it!!!
!!! - Sputnik Azərbaycan
Abunə olmaq
İnformasiya texnologiyalarının geniş tətbiq edildiyi cəmiyyətə necə uyğunlaşırıq - Mütəxəssislər danışacaqlar

BAKI, 12 fevral - Sputnik. Dünya Bankının hesabatında bildirilir ki, Azərbaycan İKT-nin inkişafı perspektivinə görə dünya ölkələri arasında ilk onluqda yer alır. İKT-nin inkişafı ilə bağlı Strateji Yol Xəritəsinin həyata keçirilməsi çərçivəsində 2021-ci ilə qədər ÜDM-lə bağlı göstəriciləri 235 milyon manatadək yüksəltmək və 1450 yeni iş yeri açmaq planlaşdırılır.

Bu ərəfədə hökumətin Bakıda "İnnovasiyalar Evi"nin qurulması barədə planı məlum olub. Hazırda "Hökümət buludu", "Data Mərkəz"in yaradılması, internetin inkişaf etdirilməsi, yeni ixtisasların açılması, onların ali təhsil müəssisələrində tətbiq edilməsi ilə bağlı iş aparılır.

Davos Forumunda qeyd edildiyi kimi hazırda təhsil alan uşaqların 65 faizi gələcəkdə bu gün mövcud olmayan ixtisaslar üzrə işləyəcək. Gündəlik təcrübədə informasiya texnologiyalarının necə tətbiq olunduğu, nağdsız hesablaşma sistemlərinin istifadəsi ilə əlaqədar insanların hansı çətinliklərlə üzləşdiyi, sənədlərin internet vasitəsilə icrası, kompüter təhlükəsizliyinin səviyyəsi və əhalinin əsas təbəqəsinin informasiya cəmiyyəti tərəfindən qarşıya qoyulan sürətlə dəyişən şəraitə uyğunluq dərəcəsi fevralın 15-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində müzakirə ediləcək. Tədbirdə iştirak edəcəklər:

Aleksey Sleptsov - STEP kompüter akademiyasının direktoru;

Vahid Qasımov - İT sahəsi üzrə mütəxəssis, professor;

Fuad Əlizadə - Sputnik Azərbaycan-ın iqtisadi şərhçisi.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi

Xəbər lenti
0