Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli

"Facebook", "Instagram" "WhatsApp"ın birləşməsi nələrə səbəb olacaq - İZAHAT

12348
(Yenilənib 14:04 29.01.2019)
Bu 3 platformanın bir-birinə necə birləşdiriləcəyi barədə, hələlik heç bir məlumat yoxdur

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 yanvar — Sputnik. "Facebook", "Instagram" sosial şəbəkələri və "WhatsApp" mobil tətbiqi birləşə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu amerikalı proqramçı, milyarder, sözügedən hər üç internet platformanın sahibi Mark Zukerberq planlaşdırır.

Məlumata görə, bu xidmətlərin hamısına nəzarət edən "Facebook" şirkətinin planı sistemin işini yenidən qurmaq və birləşdirməkdir. Birləşmə prosesi başa çatdıqdan sonra istifadəçilər dostlarına fərqli tətbiqlərdən yaza biləcəklər. Məsələn, "Instagram"da hesab sahibi "WhatsApp" istifadəçisinə, hətta sonuncu sosial şəbəkədə olmasa belə, cavab verə bilər.

Maraqlıdır, bu birləşdirmə həyata keçirilərsə, istifadəçilərin məlumatları necə qorunacaq? Ümumiyyətlə, 3 platformanın birləşməsi zamanı yaranacaq vəziyyət necə olacaq? İT üzrə mütəxəssislər Vahid Qasımov və Emil Gözəlov Sputnik Azərbaycan-a açıqlamasında məsələyə aydınlıq gətiriblər.

Vahid Qasımov sözlərinə görə, "Facebook", "Instagram" və "WhatsApp"-ın birləşdirilməsi heç nəyi dəyişməyəcək: "Çünki hər üç tətbiq sosial şəbəkədir. Sosial şəbəkələrin digər orta statistik saytlardan fərqi ondadır ki, burada saxta profillərdən, təxəllüslərdən, niklərdən çox istifadə olunmur. Əgər istifadəçi istəmirsə, tanımadığı, saxta hesab etdiyi profilləri və insanları dostluğuna qəbul etmir. Onlar da sizin yazdıqlarınızı və paylaşdıqlarınızı görə bilmir. Əgər hansısa bir insan sosial şəbəkələrdən hansındasa sizin dostluğunuzdadırsa, deməli buna siz özünüz icazə vermisiniz".

Ekspert hesab edir ki, bu birləşdirmə hansısa mənada istifadəçilər üçün daha yaxşı olacaq: "Məsələn, biz hansısa sosial şəbəkədə kiminləsə danışmışıqsa və buna əminiksə, bizə lazım olan zaman gərək hər 3 şəbəkədə onunla söhbətimizi axtaraydıq ki, görəsən hansında danışmışıq. Bunlar birləşdikdən sonra isə daha asan olacaq. Sosiallaşma, şəxsi yazışma platformasının olması daha yaxşıdır".

V.Qasımov bildirib ki, 3 sosial şəbəkə birləşdikdən sonra onların söhbət platforması bir olacaq: "Yəni biri sizə "Facebook" sosial şəbəkəsindən yazırsa, bu, o demək deyil ki, həmin şəxs sizin "Instagram" və ya "WhatsApp"dakı məlumatlarınızı görə və ya nömrənizi biləcək. Sadəcə 3 şəbəkənin bir yazışma platforması olacaq. Və siz insanlarla hansı sosial şəbəkədə dostsunuzsa, sizin haradan yazmanızdan asılı olmayaraq, dostunuz ancaq sizinlə dost olduğu şəbəkədə sizin məlumatlarınızı görə biləcək".

Emil Gözəlov isə düşünür ki, son zamanlar "Facebook" digər sosial şəbəkələrlə müqayisədə çöküb: "Facebook"un aktiv istifadəçiləri bunu daha yaxşı başa düşürlər. Lakin bu Mark Zukerberqi çox da maraqlandırmır. "Facebook"un istifadəçiləri azalsa da, "Instagram" kimi bir platforma da "Facebook"un bazasında olduğu üçün Mark bu vəziyyətdən çox da narahat deyil".

E.Gözəlov onu da qeyd edib ki, "Messenger", "WhatsApp" və "Instagram" "Facebook"un tərkibindədir: "Zukerberq bu 3 platformadakı istifadəçilərin bir-biri ilə əlaqə qura bilməsi üçün yeniliklər üzərində işləyir. Yəni bu 3 sosial şəbəkənin qismən birləşəcəyini demək olar. Çoxu elə düşünür ki, bu sosial şəbəkələr birləşərək bir sayt olacaq. Əslində isə, hamısı ayrılıqda öz fəaliyyətini davam etdirəcək. Ancaq "Instagram"dan "WhatsApp" və ya "Facebook Messencer"ə mesaj göndərmək mümkün olacaq".

Gözəlovun sözlərinə görə, birləşdirmədən sonra sistemin necə işləyəcəyi, bu 3 platformanın bir-birinə necə birləşdiriləcəyi barədə hələ ki, heç bir məlumat yoxdur.

Mütəxəssis istifadəçilərin bu proqramdan necə istifadə edəcəklərinə də aydınlıq gətirib: "Bu, istifadəçi istəyinə görə olacaq. Yəqin ki, kim istəsə, aça biləcək, kim istəməsə, bu funksiyanı bağlayacaq. Bu, əsasən, hər hansı xidmət göstərən şirkətlər üçün daha yaxşı olacaq. Bu zaman onlar "Facebook" üzərindən və ya "Instagram" üzərindən "WhatsApp"a və ya əksinə mesaj yaza bilərlər".

"Arzu olunmayan şəxslərin yazmasının qarşısını almaq barəsində də, yəqin ki, düşünərlər. Hələ ki, bu barədə dəqiq bir söz demək olmaz. Bu proqramların birləşdirilməsi bir il çəkəcək" - müsahibimiz vurğulayıb.

E.Gözəlov mesajların şifrələnməsinə məsələsinə isə, belə şərh verib: "Məlumatlara görə, mesajlar tam olaraq şifrələnir və qorunur. Yəni 2 nəfər olduqda, 3-cü şəxsin görməsi, qrup halında olduqda isə qrupdan kənar kiminsə mesajları görməsi mümkün olmayacaq".

Qeyd edək ki, "The New York Times"ın məlumatına görə, bu proyekt üzərində 1000-dən çox insan işləyir.

12348
Teqlər:
ekspert, birləşmə, proqram, "WhatsApp", Instagram, Facebook
Əlaqədar
Sosial şəbəkələrdə yayılan qalmaqallı fotoya aydınlıq gətirildi
Sosial şəbəkələrdə təxribat yayırlar
Sosial şəbəkənin fenomenləri - KARİKATURA
“Sosial şəbəkələrdə Azərbaycana qarşı böhtan dolu fikirlər yer alır”
Работа за компьютером, фото из архива

"Qara cümə"nin "Kiber bazar ertəsi" - bu gün daha çox qorunmalısınız

16
(Yenilənib 15:39 30.11.2020)
Böyük markalar tərəfindən təşkil olunduğu iddia edilən saxta aksiya və anketlərin istifadə edildiyi fırıldaq mənbələrinin də sayı artır.

BAKI, 30 noyabr — Sputnik. Böyük endirim və satış günü olan "Qara Cümə" gününün ardınca "Kiber bazar ertəsi" günü gəlir. Bu gün bu il 30 noyabr tarixinə təsadüf edir. "Kiber bazar ertəsi" günü "Qara Cümə" kimi hər il insanların Yeni il bayramına hazırlaşmağa başladığı bir dövrdə keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı "Kapersky"nin məlumatına görə, həmin dövrdə markalar yaxşı endirimlər təklif etdikləri və təcavüzkarların gizlənməsini asanlaşdıran çox sayda mesaj göndərdikləri üçün, fişinq və fırıldaqçı hücumların sayı əhəmiyyətli dərəcədə artır:

"Əvvəlki illərin təcrübəsindən də göründüyü kimi, dördüncü rübdə, xüsusilə maliyyə sektorunu hədəf alan fişinq hücumlarının faizi, bütöv il ilə müqayisədə təxminən 10% daha yüksək olub. Fırıldaqçılar bu il də koronavirus mövzusundan aktiv şəkildə istifadə edirlər. Bu il ən geniş yayılan əfsanələrdən biri, guya müəyyən vətəndaş qruplarına görə verilən sosial müavinətlər idi. Təkcə 2020-ci ilin birinci yarısında "Kaspersky" mütəxəssislərinin aşkar etdiyi bu cür saxta mənbələrin sayı keçən ilin ilk altı ayı ilə müqayisədə təxminən beş dəfə çox olub. Təcavüzkarlar adətən uydurma fondlardan maddi yardım, müavinətlər və müxtəlif növ ödəmələr təklif edən xəbərdarlıqları təqlid edirlər".

"Böyük markalar tərəfindən təşkil olunduğu iddia edilən saxta aksiya və anketlərin istifadə edildiyi fırıldaq mənbələrinin də sayı artır. Bunlar istifadəçilərə müəyyən "komissiya" ödənişi qarşılığında böyük pul mükafatlarının vəd olunduğu saxta saytlardır. Bu sxem nəticəsində yalnız kiber cinayətkarlar pul əldə edirlər. 2020-ci ildə fırıldaqçılıq dünya istifadəçiləri üçün getdikcə daha aktual bir təhlükəyə çevrilir: mütəxəssislərimizin fikrincə, bu cür mənbələrin sayı daha da artacaq. İnsanlar getdikcə internetdə daha çox vaxt keçirirlər və kiber cinayətkarlar da bundan istifadə edirlər. Hiylələrini cari xəbər gündəminə uyğunlaşdırır və istifadəçiləri onlara könüllü olaraq pul köçürmək üçün aldadırlar. Son vaxtlar fırıldaqçılar mütəmadi olaraq lotereya və aksiyalara olan maraqdan istifadə edirlər. Pulu verməzdən əvvəl, məbləğin miqdarı əhəmiyyətsiz görünsə belə, pul köçürməyinizi tələb edən istənilən təklifdən şübhələnməyinizi tövsiyə edirik," - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Fırıldaqçıların tələsinə düşməmək üçün, "Kaspersky" onlayn təhlükəsizliyin əsas qaydalarını xatırladır:

• elektron poçt, messencer və ya sosial şəbəkələrdə şübhəli linklərə daxil olmayın və şübhəli saytlarda reklam banerlərinə klikləməyin;

• ödəniş üçün məlumat daxil etməzdən əvvəl ünvan zolağındakı saytın ünvanını diqqətlə yoxlayın;

• onlayn alış-veriş üçün ayrıca bir kart, məsələn, virtual bir kart almaq, içində az miqdarda pul saxlamaq və gündəlik pul çıxarma qoymaq daha yaxşı olar;

• onlayn mağaza naməlum bir mənbədirsə, xüsusi whois (kimdir?) xidmətlərindəki domen məlumatlarını yoxlamaq daha yaxşı olar: tamamilə təzədirsə və fərdi olaraq qeydiyyatdan keçibsə, oradan heç nə almamalısınız;

• fişinq və ya fırıldaqçılıq saytına və ya zərərli reklam banerlərinə girmək cəhdini əngəlləyəcək təhlükəsizlik proqramı quraşdırmaq təhlükəsizlik üçün faydalıdır.

16
Kaspersky Lab şirkətinin loqotipi, arxiv şəkli

Kaspersky gələcəyin proqnozunu verir - hücumlar daha dağıdıcı olacaq

29
(Yenilənib 13:36 25.11.2020)
Ehtimallara görə, müxtəlif ölkələrin hökumətləri konkret bir qrupun bu və ya digər bir hücumda iştirakı barədə daha ciddi bəyanatlar verəcəklər.

BAKI, 25 noyabr — Sputnik. "Kaspersky" şirkətinin mütəxəssisləri 2021-ci ildə mürəkkəb kibertəhdid mənzərəsinin necə dəyişəcəyinə dair proqnozlarını açıqlayıb.

Sputnik Azərbayan şirkətin məlumatına istinadla xəbər verir ki, APT-qruplar tərəfindən digər təcavüzkarların qurban şəbəkəsinə sızmaq üçün resurs satınalmasını əsas və ən təhlükəli tendensiyalarından biri kimi göstəriblər.

Məsələn, 2020-ci ildə fidyə proqramlarının təcavüzkarların adi, yüksək dərəcədə ixtisaslaşdırılmamış zərərli proqramlardan istifadə edərək sistemdə möhkəmlənməsinə yol açan çox sayda hədəf hücumu qeydə alınıb. Əksər hallarda oğurlanmış hesab məlumatları satan Genesis kimi gizli onlayn mağazalarla onlar arasında əlaqə olduğu bildirilir. Mütəxəssislər təcavüzkarların mürəkkəb hədəf kampaniyaları üçün bu cür sxemlərdən istifadəyə davam edəcəklərinə inanır.

Şəbəkədə daha mürəkkəb kiber təhdidlərin quraşdırılmasının qarşısını almaq üçün təşkilatlara hədəfə alınmış hər bir kompyuterdəki bütün zərərli proqramı hərtərəfli yoxlamaq və cavab tədbirləri görmək tövsiyə olunur.

Əlavə olaraq, mütəxəssislər onların fikrincə gələn il üstünlük təşkil edəcək bir sıra tendensiyaları da qeyd ediblər.

Ehtimallara görə, müxtəlif ölkələrin hökumətləri konkret bir qrupun bu və ya digər bir hücumda iştirakı barədə daha ciddi bəyanatlar verəcəklər. Məxfiliyi aradan qaldırılmış alətlərin istifadəsi daha çətin olduğundan kiber silahlar barədə məlumatların dövlət qurumlarının rəsmi kanalları vasitəsilə açıqlanması kiber casusluq kampaniyaları ilə daha fəal şəkildə mübarizə aparmağa imkan verəcək.

Silikon Vadisi şirkətləri hesab məlumatlarının təhdidlərə açıq olmasına görə 2020-ci ildə məhkəmə iddiası ilə üzləşmiş Whatsappı nümunə götürəcək və sistem boşluğundan istifadə edən eksployt brokerlərini daha tez-tez məhkəməyə verəcəklər.

Həmçinin şəbəkə cihazlarına yönəlmiş hədəf hücumlarının sayı artacaq: qlobal məsafədən işləmə tendensiyası nəticəsində, təcavüzkarlar şəbəkə cihazlarının VPN şlüzləri kimi boşluqlarından istifadə etməyə yönələcək və vişinq (etibarlı mənbədən gəlmiş kimi görünən, əslində saxta olan elektron məktub, zəng, mesaj və s.) kimi sosial mühəndislik metodlarından istifadə edərək istifadəçi məlumatlarını toplayacaqlar.

Bundan əlavə fidiyə təhdidlərinin də artacağı qeyd edilir. Geniş potensial qurban kütləsinə malik təsadüfi, sistemsiz hücumları, təcavüzkar tərəfindən müəyyən bir təşkilatın məlumatlarını şifrələndiyi və ondan böyük məbləğdə fidyə tələb edildiyi hədəf hücumları əvəzləyəcək. Onlar bu cür əməliyyatlar üçün mürəkkəb, bahalı alətlər hazırlayacaqlar.

"Kaspersky" hesab edir ki, hücumlar daha dağıdıcı olacaq. Həyatımız getdikcə texnologiyadan və internet əlaqələrindən asılı olduğuna görə onların səthi də genişlənir.

Şirkəyətin proqnozuna görə, 5G texnologiyasındakı boşluqların istismarı da artacaq. O, nə qədər populyarlaşsa, təcavüzkarlar ondakı boşluqları daha aktiv şəkildə axtaracaqlar.

Bundan əlavə, mürəkkəb kiber kampaniyalar pandemiyadan qazanc götürməyə və onlardan hədəf sistemlərinə sızmaq üçün istifadə etməyə davam edəcək, çünki COVID-19 gələn il də qlobal səviyyədə insanların həyatını təsir edəcək.

"Dünya çox tez dəyişir və sabah nə baş verəcəyindən əmin olmaq mümkün deyil. Şahidi olduğumuz və təhdid mənzərəsinə təsir edən dəyişikliklərin miqdarı və mürəkkəbliyi müxtəlif ssenarilərə səbəb ola bilər. Dünyada bütün mürəkkəb kiber hücumları hərtərəfli qavrayacaq bir mütəxəssis qrupu yoxdur, amma əvvəlki təcrübəmizin də göstərdiyi kimi, bir çox mürəkkəb təhdidləri qabaqcadan görə və nəticədə onlara qarşı daha yaxşı hazırlaşa bilərik. Təcavüzkarların taktikalarını və metodlarını öyrənməyə, öyrəndiklərimizi bölüşməyə və aşkarlanan hədəf hücumlarının nəticələrini qiymətləndirməyə davam edəcəyik", - deyə "Kaspersky"nin Qlobal Təhdid Araşdırmaları və Təhlili Mərkəzi rəhbərinin müavini Sergey Novikov bildirib.

29
Teqlər:
kiberhücum, kiber, Silikon Vadisi, silikon, My Kaspersky, Kasperski Laboratoriyası, Kaspersky Safe Kids
Bayılda sürüşmə zonası

Təbiətlə məmurlar sanki Bayıl sakinlərinin qəsdinə durublar - FOTOLAR

7
(Yenilənib 22:32 04.12.2020)
"Bizə bildirdilər ki, burada yaşamaq həyatımız üçün təhlükəlidir. Amma bizim buradan başqa yerdə evimiz yoxdur. Ona görə də məcburuq burada yaşayaq".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Bakının Bibiheybət qəsəbəsində yenidən torpaq uçqunu olub. Sputnik Azərbaycan bu barədə xəbər tutan kimi hadisə yerinə yollanıb. Bibiheybət məscidindən bir qədər aşağıda, yamacda baş verən torpaq uçqunu ərazidə olan evlərdə yaşayanlar üçün təhlükə yaradıb. Ərazidə yaşayan sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, torpaq uçqunu gecə saatlarında baş verib. Bu səbəbdən də dövlət qurumları burada yaşayan insanlara evlərini tərk etməyi tövsiyyə edib.

  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
1 / 6
© Sputnik / Irade JELIL
Bayılda sürüşmə zonası

Nazilə Məmmədova adlı sakin bildirib ki, bu ərazidə yerləşən evlərdə kirayə qalan sakinlər evlərdən köçüb: "Dövlət qurumlarının nümayəndələri gəlib əraziyə baxış keçirdilər. Bizə bildirdilər ki, burada yaşamaq həyatımız üçün təhlükəlidir. Amma bizim buradan başqa yerdə evimiz yoxdur. Ona görə də məcburuq burada yaşayaq" - deyə sakin bildirib.

Sakinlərlə söhbət əsnasında öyrəndik ki, ərazidəki evlərin heç birinin kupçası yoxdur. Odur ki, sakinlər əgər köçsələr, evlər sökülərsə onlara kompensasiya verilib-verilməyəcəyini bilmək istəyirlər: "Buradakı evlərin heç birinin sənədi yoxdur. Amma burada ev alsan, torpaq alsan bir kvadratmetri 2000 manatdır. Belə məlumatlar var ki, sökülərsə evlərə görə sakinlərə hər kvadrat metrə iki min manat ödəniləcək. Amma rəsmi qurumlar bizə bu barədə heç bir söz deməyiblər".

Sakinlər bildirir ki, yamacda yağıntılar çox olanda torpaq uçqunları baş verir. Amma onlar buna adətkərdə olublar: "Biz də istəyərik ki, bu təhlükəli yerdən köçək. Amma buna görə gərək bizə kompensasiya ödənilsin. Çünki, bizim başqa yerdə evimiz yoxdur. Nə də imkanımız yoxdur ki, köçüb başqa yerdə kirayə yaşayaq".

Sakinlər dövlət qurumlarının gələcəyi nəticəni gözlədiklərini söyləyiblər.

Məsələyə Səbail Rayon İcra Hakimiyyətindən münasibət bildirən olmadı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığımız sorğunun da cavabını gözləyirik.

7
Teqlər:
Səbail rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bayıl, sürüşmə, torpaq uçqunu