WhatsApp logo

“Whatsapp”a barmaq izi skanı olacaq

62
Sözügedən funksiya messencerin "Gizlilik" ayarlar bölməsində aşkar edilib

BAKI, 13 yanvar - Sputnik. “Whatsapp”ın “Android” versiyasında messencerin istifadəçinin barmaq izi ilə qorunması funksiyası aşkar edilib. Lakin bu funksiya adi istifadəçilərdən hələlik gizlədilib.

Oxu.Az xəbər verir ki, sözügedən funksiya messencerin "Gizlilik" ayarlar bölməsində aşkar edilib. Bu funksiya aktivləşdiriləndə ayrı-ayrı çatlar deyil, messencerin özü tamamilə bloklanır.

62