Sosial şəbəkələr

Sosial mediadakı bəzi paylaşımlar ürək xəstələri üçün risk yarada bilər

232
(Yenilənib 20:55 10.01.2019)
Son zamanlar ürək xəstələri, infarktların sayının artmasında sosial medianın rolu danılmazdır.

BAKI, 11 yanvar — Sputnik. Sosial şəbəkələrdə aktivliyi artırmaq, daha çox izləyici əldə etmək üçün bəzən qorxu videoları paylaşılır. Lakin mütəxəssislər bildirir ki, bu cür paylaşımlar xüsusi qrup insanlar üçün müəyyən risk yarada bilir. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, qorxu videoları ürək xəstələri üçün böyük risk yarada bilir. Mütəxəssislərin məlumatına görə, xüsusən də ürək xəsətəsi olduğunu bilməyən şəxslər üçün bu cür paylaşımlar sağlamlıq üçün böyük təhdid hesab edilir.

Facebook istifadəçiləri
© REUTERS / Dado Ruvic / Illustration

"Zamanla yanaşı xəstəliklərin yaşı da dəyişib. Yaşadığımız həyat tərzi insanı yorur, gərginləşdirir. Artıq həyatımız bir qəlbdən ibarət olmağa başlayıb. Bu qəlib sırasında sosial şəbəkə həyatımız da mühüm yer tutur. Lakin bəzən burada yayımlanan videolar ürək çırpıntısı artıraraq risk yarada bilir. Xüsusən də qorxu videoları ürəkdə ciddi fəsadlar yarada bilir" – deyə türkiyəli həkimlər bildirib.

Həkimlər belə iddia edir ki, son zamanlar ürək xəstələri, infarktların sayının artmasında sosial medianın rolu danılmazdır.

232
Əlaqədar
Vaqif Əsədov sosial şəbəkədə yayılan səs yazısına aydınlıq gətirdi
İnadkar pişik sosial şəbəkənin fenomeninə çevrildi
Sosial şəbəkələrdə yayılan qalmaqallı fotoya aydınlıq gətirildi
“Sosial şəbəkələrdə Azərbaycana qarşı böhtan dolu fikirlər yer alır”
Intel şirkətinin loqosu, arxiv şəkli

Bir, iki, üç... məxfi məlumatlar getdi "Intel"in laqeydliyi ona baha başa gəlib

91
(Yenilənib 11:42 10.08.2020)
Anonim haker təxminən 20 GB məxfi məlumatı internetə sızdırıb. Məlumatlar kompüter istehsalçısı "Intel"in serverlərindən götürülüb. Maraqlıdır ki, qovluqların kilidlənməsi üçün istifadə olunan şifrə çox sadə imiş - "Intel123"

BAKI, 10 avqust — Sputnik. "Intel" şirkətinin təhlükəsizlik sistemində "dəlik" var imiş və anonim haker bundan istifadə edərək şirkətin 20 giqabayt məlumatını sızdıra bilib.

Sputnik radiosu xəbər verir ki, bu barədə məlumatı isveçli İT məsləhətçisi Tilli Kottmann yayıb.

Kottmann bu faylları anonim mənbədən aldığını izah edib. O, ən yaxın gələcəkdə daha çox qapalı məlumatları dərc edəcəyini vəd edib.

Sızan məlumatlar arasında "Intel CEFDK" yükləyicilərinin mənbə kodları, eləcə də Amerika şirkətinin müxtəlif platformalar üçün yaratdığı prosessorların proqram təminatının mənbə kodları var.

Korporasiyanın proqram təminatında səhvlərinin axtarışı üçün istifadə etdiyi bir neçə daxili proqramı da sızdırılıb.

Qeyd edək ki, Kottmann sızdırılmış arxivi araşdırıb və orada şifrə ilə qorunan zip arxivlər tapıb. O, arxivlərin "Intel123" və ya "intel123" şifrələri ilə açıldığını müəyyən edib. Lakin bu şifrə bütün arxivləri açmır.

Kottmann müəyyən edib ki, "Intel"də məlumatları qorumaq üçün məhz bu cür şifrələrdən istifadə edilir.

"ZDNet" nəşrinin mütəxəssisləri sızıntını təhlil ediblər və orada həqiqətən də "Intel"in əqli mülkiyyətinə dair məlumatların, sənədlərin və mənbə kodlarının olduğunu təsdiq ediblər. Arxivdəki faylların bir hissəsi bu ilin mayına aiddir.

"Intel" artıq sızıntını araşdırır. Amma çox gec deyil?

91
Əlaqədar
Kibercinayətkarlar "Zoom"-a hücumlar edirlər
Dediyini etdi! Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzalayıb
İki ölkənin gizli ticarət sənədləri oğurlandı – səsi bir il sonra çıxdı
"İnstagram" parolu və "Whatsapp" mesajına aldanmayın - Bu təxribat ola bilər
Böyük hücum! İlon Mask, Bill Qeyts və digər məşhurların "Twitter" hesabları sındırılıb
Robot, arxiv şəkli

Robotlar da yatmalıdır

14
(Yenilənib 00:20 07.08.2020)
Araşdırma müəllifləri yuxunun bu bərpaedici dəyərinin müasir kompüter sistemlərinə də kömək edə biləcəyinə inanırlar

BAKI, 7 avqust — Sputnik. Yuxu təkcə insanlar üçün deyil, robotlar üçün də əhəmiyyətlidir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yuxu orqanizmin yenidən təşkil olunması və yeni biliklərin əldə edilməsi üçün lazımdır. Bu qərara Kaliforniya Universitetinin alimləri gəliblər.

Araşdırma universitetin saytında yer alıb.

Təcrübə zamanı elm adamları yuxu və ayıqlıq kimi beyin vəziyyətlərini təqlid edən modellərdən istifadə ediblər. Müəyyən edilib ki, yuxu orqanizmə özünü bərpa etməyə yardım edir.

"Biz yatdığımız zaman beyin gün ərzində öyrəndiklərimizi təkrar edir. Yuxu xatirələrin toplanmasına yardım edir. Bizim nəticələrimiz göstərir ki, xatirələr dinamikdir, statistikdir. Yuxu hər zaman onları yeniləyir", - deyə universitetin professoru, araşdırmanın müəlliflərindən biri Maksim Bajenov deyib. O qeyd edib ki, yuxu zamanı köhnə və yeni xatirələr canlanır. Bu, xatırlamaq bacarığını yüksəldir.

Araşdırma müəllifləri yuxunun bu bərpaedici dəyərinin müasir kompüter sistemlərinə də kömək edə biləcəyinə inanırlar.

Onların fikrincə, süni intellektin davamlı öyrənmə qabiliyyəti olmadığı üçün robotlar yeni məlumat aldıqları zaman köhnə biliklərini unudacaqlar.

14
Əlaqədar
Koronavirusu məhv edən robot yaratdılar
İnsanlar kimə lazımdır? Rusiya gələcək robot ordusunun avanqardını yaradıb
İnsan günahını təyin edəcək texnologiya: istəsə ölüm hökmü verər, istəsə azad edər
Tullantıdan robotexnikaya - Kolumbiyalını Azərbaycana gətirən səbəb
Azərbaycanlı kiberpank yaradıb və orada Bakının gələcəyini nümayiş etdirib
Xəzər dənizindən Bakıya mənzərə, arxiv şəkli

Bölünə bilinməyən Xəzər - problem necə həll olunmalıdır?

0
(Yenilənib 13:19 12.08.2020)
Müəllifin uzun müddət ərzində üzərində işlədiyi bu kitabda region ölkələrinin siyasi, iqtisadi, hərbi, ekoloji problemlərindən bəhs edilir

BAKI, 12 avqust — Sputnik. Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzinin rəhbəri, politoloq İlqar Vəlizadənin "Xəzərin geopolitikası" adlı kitabı işıq üzü görüb.

Müəllifin uzun müddət ərzində üzərində işlədiyi bu kitabda region ölkələrinin siyasi, iqtisadi, hərbi, ekoloji problemlərindən bəhs edilir. Kitabda dənizin siyasi-hüquqi aspektlərin tənzimlənməsinə, Xəzərin statusu ilə bağlı danışıqlara, problemli məsələlərin həlli yollarının axtarışlarına xüsusi yer ayrılıb.

"Xəzərin Geopolitikası" kitabları
"2018-ci ildə avqustun 12-də Aktau şəhərində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın qəbul olunmasına baxmayaraq, dənizin, daha doğrusu, onun cənub hissəsinin bölgüsünə dair danışıqlar hələ də davam edir. Son illər region nəinki mühüm enerji mərkəzlərindən birinə, eyni zamanda da vacib nəqliyyat qovşağına çevrilib. Bu da onun dünyada, xüsusilə də Avrasiya məkanında geosiyasi və geoiqtisadi çəkisini artırır. Kitabımda bu məsələlərə geniş yer verilib", - deyə Vəlizadə öz kitabından danışarkən bildirib.

Kitabda eyni zamanda regionun hərbi-siyasi problemlərinə də toxunulub. Xəzər hövzəsi ölkələrinin hərbi donanmaların quruculuğu və inkişafı strategiyaları, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq və s. kimi məsələlər təhlil olunub. Kitabın son fəslində Xəzərin ekoloji problemlərinə və onların həlli yollarına toxunulub. "Xəzər unikal ekosistemdir və bu ekosistemin qorunması dənizin sahilləri boyu yaşayan milyonlarla insanın gələcəyini təmin etmiş olur", - deyə Vəlizadə kitabının nə qədər önəmli bir mövzuya həsr olunduğunu anlatmağa çalışıb.

Kitaba ön sözü Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov yazıblar.

0
Əlaqədar
Tanınmış yazıçıdan mütaliə həvəskarlarına əvəzolunmaz hədiyyə
İtirilmiş nəslin nümayəndəsi - Ernest Heminquey